Tələbə qeydiyyat və məlumat şöbəsi

Tələbə qeydiyyat və məlumat şöbəsi bütün tələbələrin fənnə qeydiyyatına məsuliyyət daşıyır və eyni zamanda akademik göstəricilərə dair məlumatlar üçün rəsmi mənbə vəzifəsini daşıyır.

Şöbə  aşağıda qeyd olunanlara cavabdehdir:


  • akademik transkriptlərin verilməsi
  • köçürülən kreditlərin təhlili
  • məzunluq sənədlərinin yoxlanılması və hesabatların hazırlanması
  • tələbələrlə əlaqədar müxtəlif akademik işlərin icrası

Qeydiyyata, imtahanlara və fənnlərin siyahıları ilə əlaqədar işlərə və cədvəllərin yekunlaşmasına və elan olunmasına nəzarət edir.