İnsan Resursları


Xəzər Universitetinin İnsan resursları (IR) departamenti aşağıdakı sahələr də daxil olmaqla insanların ehtiyac və fəaliyyəti ilə bağlı bütün funksiyaları yerinə yetirməkdə məsuliyyət daşıyır.

 

·         Cəlb etmə

·         İşəgötürmə

·         Təlim

·         Təşkilatın inkişafı

·         Ünsiyyət

·         İdarəetməyə nəzarət

·         Təlimat

·         Siyasət tövsiyyəsi

·         Maaş və yardım

·         Komanda yaratma

 

IR departamenti bütün akademik departamentlər və  universitetin insan resursları ilə yaxından maraqlanan digər departamentlərlə birgə çalışır.

IR departamenti daima universitet daxilində müxtəlif vəzifələr üçün namizədlər axtarışındadır. Bu, Xəzər Universitetinin Karyera Mərkəzi, ixtisaslaşmış xarici təşkilatlarla və xaricdə PhD təhsili alıb Azərbaycana dönməyi planlaşdıran tələbələrlə əlaqə yaratmaq vasitəsilə həyata keçirilir. IR departamenti həmçinin işlə təmin etmə və işdən azad etmə prosesində də yaxından iştirak edir.
İşəgötürmədən sonra IR departamenti yeni əməkdaşın orientasiya prosesini təmin edir. Vacib məsələlərdən biri də mövcud işçilər üçün müxtəlif peşəkar təlimlər, seminarlar təşkil etməkdən ibarətdir.

İR departamenti İşəgötürmə və orientasiya proseslərindən sonra  hər bir işçi üçün əsas vəzifə borclarını müəyyən edilir. Departament davranış və rəftar halları ilə bağlı qarışıqlıq yaranarsa yeni qaydalar müəyyən edə bilər.

Xəzər Universiteti üçün standart qaydalar hazırlamaq və hamını bu qaydalara riayət etmək üçün  təlimləndirmək çox vacibdir. Bunun üçün IR departamenti işçilərin gördükləri işləri daimi olaraq nəzərdən keçirməlidir. Bu baxımdan IR departamenti əməkdaşların gərgin işlərini qiymətləndirməkdə, onlara müxtəlif təyinatlı sertifikat və mükafatların verilməsi işinə də məsuldur.

IR departamenti əməkdaşları ruhlandırmalı, onlarda yüksək əhval-ruhiyyə yaratmalı və daha yaxşı çalışmaq üçün həvəsləndirməlidir.