Mədəni fəaliyyət

Universitetdə mədəni həyatın inkişafı həmişə diqqət mərkəzində olmuşdur. Xəzərin tələbə və müəllimlərdən ibarət iki mahnı və rəqs ansamblı Azərbaycanda və bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə təşkil olunan bir çox musiqi festivallarında uğurla iştirak etmiş, bir sıra yarışların qalibi olmuşlar.

Xəzər Universiteti ansamblı Qafqaz və Türk xalqları da daxil olmaqla, dünyanın bir çox xalqlarının milli rəqs və mahnılarını ifa edir.

Universitetdə 285 yerlik «Dünya Konsert salonu» mövcuddur. Burada universitetin müxtəlif tədbirləri, klassiklərimizin və müasir sənət adamlarımızın həyat və yaradıcılıqlarına həsr olunmuş yaddaqalan elmi toplantılar, görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş görüşlər, muğam və klassik musiqi gecələri, eləcə də yerli və beynəlxalq konfranslar və.s tədbirlər keçirilir.