Xəzər Universitetinin himni


Dinlə:

Xəzər Universitəm

Sözlər: Hamlet İsaxanlı
Musiqi: Vasif Adıgözəlov və Ramiz Mustafayev


Xəzərimin sahilində əzəmətli Bakımda
Dünyamıza şəfəq saçar Xəzər Universitəm.
Şer, sənət, insaniyyət dərslərindən pay verər,
Kainatın sirrin açar Xəzər Universitəm.


Həyat dolu qucağıdır,
Könlümün saf bucağıdır,
Xoş niyyətlər ocağıdır
Xəzər Universitəm.

Gəncliyimin qaynar çağı,
Dəryaları, uca dağı,
Gül-çiçəkli sevgi bağı
Xəzər Universitəm.

Adı elə bəlli oldu, ölkə-ölkə arandı,
Qucağında pıçıldandı neçə-neçə yar andı.
Məna doldu həyatıma, zirvələrə can atdım,
İlhamımın gur bulağı Xəzərimdən yarandı.


Həyat dolu qucağıdır,
Könlümün saf bucağıdır,
Xoş niyyətlər ocağıdır
Xəzər Universitəm.


Gəncliyimin qaynar çağı,
Dəryaları, uca dağı,
Gül-çiçəkli sevgi bağı
Xəzər Universitəm.