Tələbə Birliyi


Tələbə Məclisi

Tələbə Məclisi Xəzər Universitetinin əsas tələbə təşkilatıdır. Bu təşkilat Tələbə Məclisi Prezidenti, Vitse-prezident və digər lider tələbə-şəxsiyyətlərdən təşkil olunmuş Tələbə Senatı tərəfindən öz nizamnaməsi əsasında idarə edilir. Tələbə Məclisi öz fəaliyyətini müxtəlif departamentlər üzrə qurmuşdur:

Təhsil departamenti

  • Tələbələrin təhsil aldıqları müddətdə meydana çıxan hər cür problemlərini həll etməyə kömək edir
  • Tələbələrlə fakultə və işçi heyət arasında görüşlər keçirir
  •  Müxtəlif maraq klubları təşkil edir
  •  Tələbə sorğusunun keçirilməsi prosesinə kömək edir

Mədəniyyət departamenti 

  • Azərbaycan mədəniyyətini yerli və beynəlxalq tələbələr arasında təbliğ edir və digər milli mədəniyyətlər haqqında məlumat verir
  • Universitetin mahnı və rəqs ansambıllarının konsert və təqdimatlarına dəstək göstərir

İdman departamenti 

  • Universitet tələbələrini müxtəlif idman növləri üzrə yarışlarda iştirak etməyə həvəsləndirir
  • Yerli çempionat və turnirlər təşkil edir

Hüquq departamenti 

  • Tələbə Məclisinin rəsmi sənədlərini hazırlayır və onların hüquqi baxımdan düzgün tətbiqinə nəzarət edir
  • Universitet tələbələrinin hüquqlarının qorunmasına nəzarət edir

Tələbələrin mətbuat departamenti 

  • Xəzər Xəbər jurnalı üçün müxtəlif məqalə və xəbərlər hazırlayır
  • Universitetdə həyata keçirilən maraqlı tədbirlər haqqında yazılar dərc etdirir

Kommunikasiya və informasiya departamenti

  • Universitetlə bağlı yenilikləri universitet ictimaiyyətinə çatdırır

İctimai əlaqələr departamenti 

  • Xəzər universiteti və tələbə məclisi haqqında məlumatları yayır
  • Orta məktəblər və digər universitetlərlə əlaqələr yaradır
  • Beynəlxalq kompaniya və təşkilatlarla əməkdaşlıq edir

Sponsor axtarışı departamenti 

  • Nazirliklər, QHT, tələbə təşkilatları, beynəlxalq fondlarla birgə yeni layihələr təşkil edir və  müəyyən münasibətlər qurur. 

Məzunlarla əlaqələrin yaradılması departamenti 

  • Məzunların uğurlarını izləmək və onların daimi olaraq universitetlə əlaqədə olmalarını təmin etmək məqsədi ilə Məzunlar Birliyi ilə birlikdə işləyir 

Beynəlxalq tələbələr departamenti 

  • Xəzər Universitetində təhsil aldıqları zaman xarici tələbələrin universitet həyatına və ictimai həyata uyğunlaşmasına köməklik göstərir.

Debat klubu 

  • Müxtəlif treyninq və debatlar təşkil edir.