Tələbə qəzeti


Tələbə Qəzeti “KHAZAR COURIER”

2012-ci ilin dekabr ayından etibarən universitetdə “Khazar courier” adlı tələbə qəzeti nəşr olunmağa başlamışdır. Qəzet ingilis dili və ədəbiyyatı departamenti tərəfindən ingilis dilində nəşr olunur. Qəzet universitet tələbələrinin məqalələri, müsahibələri, bədii yaradıcılıqları və s. əsasında formalaşır, burada universitetdə baş verən yeniliklər, keçirilən görüşlər haqqında yazılar dərc olunur. “Khazar Courier” tələbələrin ingiliscə yazı və danışıq dili vərdişlərinin formalaşması, ingilis dilli mətbuat oxucularının sayının artırılması və s. məqsədi ilə yaradılıb. Qəzet hazırda A3 formatlı kağızda, dörd səhifə həcmində rəngli çap olunur, gələcəkdə həm həcmi, həm də formatı dəyişə bilər. Qəzetin redaktoru ingilis dili və ədəbiyyatı departamentinin baş program koordinatoru Cəmalə Məmmədova, redaktor müavini isə jurnalistika departamentinin koordinatoru Cabir Məmmədlidir. Qəzetin ideyaçısı və yaradıcısı Joel Robbinsdir 

Əlaqə: redaktor Cəmalə Məmmədova
             Jamala.mammadova@gmail.com 
 Tel: (+99412) 421 79 16
 Fax:(+99412) 498 93 79 
 redaktor müavini Cabir Məmmədli
E-mail:  ja1az@yahoo.com
           cmammadli@khazar.org
 
Telefon:    (+99450) 526 55 68 (mobil)
               (+99412) 421 7916