Fənlər


PHIL 110: Fəlsəfəyə giriş (3 kredit)

Müəllim: Dr. Mail Yaqubov

Bu dərsdə qədim Yunan dövründən başlayaraq, postmodernizmə qədər fəlsəfənin tarixi mərhələləri, xüsusilə qərb fəlsəfi fikrininin tarixi inkişaf mərhələləri izah edilir.

Tədris Proqramı: Introduction to Philosophy

 

PHIL 314: Modern Avropa fəlsəfəsi  (3 kredit)

Müəllim: Dr. Mail Yaqubov

Modern Avropa fəlsəfəsi dərsində Qərb fəlsəfəsinin əsas mövzuları tarixi ardıcıllıqla araşdırılır. Dekartın fəlsəfi fikirlərindən başlayaraq müasir fəlsəfi cərəyanlar, o cümlədən ekzistensialzm fəlsəfi cərəyanı və post modernist filosofların düşüncələri tədqiq edilir.  

 

PHIL 319: Etika (3 kredit)

Müəllim: Dr. Mail Yaqubov

Burada Qədim Yunan fəlsəfəsindən 20-ci əsrin sonlarına qədər mövcud olan  qərb fəlsəfi cərəyanlarında etika-əxlaq fəlsəfəsinə aid olan mövzular araşdırılır. Bundan əlavə dini və sekulyar əxlaq münasibətləri də tədqiqata cəlb olunur.

 

PHIL 417: Din Fəlsəfəsi (3 kredit)

Müəllim: Dr. Mail Yaqubov

Din fəlsəfəsi fənnində bütün dinlərə aid edilə bilən ortaq mövzular təhqiq olunur. Şübhəsiz burada dini ideyaların və prinsiplərin fəlsəfi köklərinə nəzər yetirilir, qərb fəlsəfi fikrində dinin fəlsəfi əsaslarına aid mövcud olan əsas istiqamətlər təqdim olunur.

 

SOC101: Sosiologiyaya giriş (3 kredit)

Müəllim: Dr. Cavid Şahmalıyev

Sosioloqların böyük əksəriyyəti fərdlərlə cəmiyyət arasındakı əlaqəni dərindən tədqiq etməklə məşğul olmuşlar. Sosiologiyanın prioritet mövzularından biri olan fərd-cəmiyyət yaxud fərd-struktur mövzusuna mövcud fərqli baxışlar və prizmalar kurs boyu nəzərdən keçiriləcəkdir. Kurs boyunca sosiologiya elmindəki əsas nəzəriyyələr, sosioloji təxəyyül, mədəniyyət, sosial sinfin insan həyatına təsiri, sosial bərabərsizlik və sosial institutlar (media, dövlət, din, ailə, iqtisadiyyat, səhiyyə sistemi, ətraf mühit) tədris olunacaqdır.

Tədris Proqramı: Introduction to Sociology

 

PHIL417: Mədəniyyətin fəlsəfi problemləri (3 kredit)

“Mədəniyyətin fəlsəfi problemləri” kimi nəzərdə tutulan kursda əsasən mədəniyyətin terminoloji və etimoloji mənası, mədəniyyətşünaslığın əhatə etdiyi elm sahələri və onların bir birləri ilə əlaqələri, Qədim Hind, Cin, Şumer, Misir, Babil, Yunan və Roma mədəniyyətləri və onların tarixi mədəniyyət nümunələri, dini fəlsəfi dünyagörüşləri və mədəniyyət olaraq fəlsəfi paradiqmaları yer alacaqdır. Ayrıca geniş olaraq Xristian-Avropa və İslam-Şərq mədəniyyəti müqayisəli şəkildə yer veriləcəkdir. Bu perspektivdə müasir tendensiyalar modernizm, postmodernizm və  bu mədəniyyətlərin gətirmiş olduğu yeni anlayışlar və dəyərlər kursda yer alacaqdır.   

Tədris Proqramı: Philosophical problems of culture