Muğam və xalq mahnıları





Muğam və xalq mahnıları



Muğam sənəti Azərbaycanın profisional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan muğamın yaranmasını alimlər keçən minilliyə, islamaqədərki dövrə aid edirlər.  

Xalqın bütün mahnı yaradıcılığı kimi, Şərq sənətinin mühüm formalarından olan muğam da müasir bəstəkarlıq yaradıcılığında çox şeyi müəyyən edir, müasir Azərbaycan musiqisinin ən müxtəlif saһələrini qidalandırır. 
Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.

Xəzər Universitetində Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsi sayılan xalq mahnıları və muğamların yaranması tarixi də geniş şəkildə tələbələrə açılanır. Azərbaycanın görkəmli muğam ustalarınin tədris etdiyi muğam dərsləri tələbələri ritmik muğamlar və əsas muğamlardan törəyən muğamlar haqqında məlumatlandırır.

 


Syllabus


Film about Khazar University