Zərgərlik Mərkəzi

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.

Tariximizdə Azərbaycan xalqının yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillər var. Belə ki, gümüşdən, misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir. Bu maddı irsi yaşatmaq və gənclərə aşılamaq uçun universitetdə 2007-ci ildə Zərgərlik Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəzin zərgərlik işinə  fərqli yanaşması ondan ibarətdir ki, burada hər şey əl işi, göz nuru ilə hazırlanır.

Mərkəz- Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığını yaşatmaq və inkişaf etdirmək məqsədilə yaradılıb və bu yolda xeyli ugurlar qazanmışdır. 

Zərgərlik kursunda tələbələr dekorativ sənət üzrə işləyən rəssam və ustaların əl işləri ilə tanış olur, həmçinin gələcək yaradıcılıq fəaliyyətində çox əhəmiyyətli olan metalın bədii emalında istifadə olunan son texnaloji nailiyyətlərinə yiyələnirlər. Zərgərlik sahəsini öyrənən tələbələr təkcə metal deyil həm də iş prinsipində istifadə olunan digər material və alətləri də tanımalıdırlar. Mərhələ-mərhələ keçdikləri , gördükləri ən yeni texnalogiyalar,hər yeni üslub gələcəkdə onların fikirlərini daha da formalaşdırır, estetik zövqlərini zənginləşdirir.

Xəzər Universiteti zərgərlik mərkəzi həm də kredit qazanmaq məqsədi ilə zərgərlik sənətini seçmə kurs kimi götürən tələbələr üçün emalatxanadır. Daha çox gümüş üzərində işlər görülən mərkəzdə artıq xeyli sayda əl işləri toplanıb.

Zərgərlik mərkəzinə peşəkar zərgər rəhbərlik edir. 

Zərgərlik