Xəzər Universiteti Kamera Ansamblı



Kamera orkestri

 

   Qədim tarixi Misirdən başlayan orkestr Azərbaycanda ilk dəfə 1920-ci ildə yaradılmışdır. Tezliklə repertuarını zənginləşdirən orkestr dünyanın tanınmış bəstəkarlarının musiqilərinin ifa etməyə başladı.

  Xəzər Unuversitetində fəaliyyət göstərən orkestr universitetin tədbirlərində Azərbaycan və dunya bəstəkarlarının musiqi nömrələrini ifa edərək zövqləri oxşayır. Yeni yaranmasına baxmayaraq bu musiqi növü artıq repertuarını xeyli zənginləşdirmişdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə Azərbaycanın müxtəlif bölgələrində  keçirlən “Tələbə Baharı” tələbələrin Beynəlxaq Yaradıcılıq Festivalında Xəzər Universitetinin orkestri I yerə layiq görülmüşdür.

Universitetin orkestri Türkiyənin Ankaranın Hacettepe Konservatoriyasında, Kahramanmaraş Sütçü İmam Universitəsi, Kayserinin Erciyez Universitəsinin böyük konsert salonlarında uğurla çıxış etmişlər. Dekabrın 19-da “Art Garden” İncəsənət Mərkəzində “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq –Muzeyi ilə Xəzər Universitetinin Musiqi və İncəsənət departamentinin 31 dekabr Dunya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş birgə layihəsi- “Vətənim mənim” adlı tədbir keçirildi. 2014-cü ildə Ərciyəz və Xəzər Universtəsinin “21 –ci əsrin pəncərəsindən mədəniyyət və kimlik” adlı beynəlxalq simpozium, 2015 –ci ildə isə Xəzər Universiteti Texno-Parkı və Türkiyə MİTEK şirkətlər qrupunun birgə fəaliyyətinə həsr edilmiş konfransın açılışında, Potensial Məktəb Direktorlarının Məktəbin İdarəedilməsi üzrə peşəkar ixtisas sertifikatlarının təqdim etmə mərasimində konsert proqramları ilə çıxış etmişlər. 2015-ci il sentyabr ayının 21-de Heydər Əliyev fondu və mədəniyyət və turizm nazirliyinin tərəfindən təşkil olunmuş Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII beynəlxalq musiqi festivalında, 13 noyabrda “Dərsliklərin yazılması və qiymətləndirilməsi” təliminin açılış mərasimində, 16 noyabr tarixində Xəzər universitetinin mərmər zalında ABŞ-ın Azerbaycandakı səfirliyi ilə birgə təşkil olunmuş Gabrielle Stravelli caz qrupu Xəzər universitetinin mərmər zalında, 17 noyabrda isə həmin caz qrupu ilə birgə milli incəsənət muzeyində çıxış etmişdirlər.

 Bunlardan əlavə orkestr Azərbaycanın tanınmış mədəniyyət xadimləri xalq artistləri Samir Cəfərov, Fidan Hacıyeva, Nəzakət Teymurova, skripkaçı Oleq Paxanovski (Kanada), vokalçı cazzmen Gabrielle Stravellini müşayət etmişlər.

          26 dekabr 2015-ci il tarixdə Xəzər Universitetini müxtəlif illərdə bitirmiş məzunlarla keçirilən görüşün açılış mərasimində, 29 yanvar 2016-cı ildə Avrasiya Akademiyasının təntənəli açılış mərasimində çıxış etmişdirlər. (LİNK) 14 fevral Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi(BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları üçün keçirilən böyük tədbirdə konsert proqramı ilə çıxış etmişlər.(LİNK)

          1 mart Hamlet İsaxanlıya həsr olunmuş tədbirdə, 5 mart 2016-cı il Təhsil Nazirliyinin keçirdiyi “Təhsil ağlın simasıdır” adlı olimpiada qaliblərinin mükafatlandırma mərasimində, 8 mart Qadınlar gününə həsr olunmuş bayram konsertində, 11 mart 2016-cı il Prof. M. Nuriyevin yubiley gecesinə həsr olunmuş konsertdə, 25 aprel Asəf Zeynallı adina musiqi kollecinin konsert salonunda Xəzər universitetinin 25 illiyinə həsr olunmuş konsert proqramında, 28 aprel 2016-cı ildə Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursunun diplom verilmə mərasimində,  12 may 2016-cı ildə İctimai televiziya kanalında, 17-18 may 2016-ci ildə Turkiyə Cumhuriyyətinin Kahramanmaraş şəhəri Sütcü İmam Universitəsində, 2 iyun 2016-cı ildə Sumqayıt şəhəri “28 may” mədəniyyət evində, 16 iyun 2016-cı ildə Xəzər universitetinin 25 illiyinə həsr olunmuş yekun qala konsertində solo proqramlarla cıxış etmişlər.

Azərbaycandakı ABŞ səfirlyində keçirilən Amerikanın müstəqillik gününə həsr olunmuş, Böyük Britaniya səfirliyində kralıça Yelizavetanın doğum gününə həsr olunmuş tədbirlərin aparıcı qüvvəsi hesab edilən Xəzər Universitetinin kamera orkestri bir daha profisional tərkibə malik olduğunu sübut edir. (LİNK)






















HƏZİYEV  ELXAN
15 dekabr 1966-cı ildə Azərbaycanın Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. İlk musiqi təhsilini 1973-84 illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1984-91-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatorıyasını bitirmiş, tam ali təhsil almışdır.1984-86-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etmişdir. 1988-90-cı illərdə Moskva şəhərində keçirilən Beynəlxalq Musiqi festivallarında xüsusi mükafata layiq görülmüşdür.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin tərkibində çalışdığı illərdə bir çox beynəlxalq festival və müsabiqələrin iştrakçısı olmuşdur.Fransa,Belarusiya,Moldova,Ukraina,İran İslam Respublikası, Tacikistan kimi ölkələrdə Azərbaycan mədəniyyəti günlərində iştrak etmişdir.Hal hazırda Xəzər Universitetinin Kamera ansanblında çalışır.