Haqqımızda


DEPARTAMENT HAQQINDA

 


İncəsənət və musiqi departamenti ixtisasından asılı olmayaraq bütün universitet  tələbələri üçün incəsənət və musiqinin müxtəlif sahələri ilə məşğul olmasına imkan yaradır və bu fənlər universitetdə tələb olunan fənlər siyahısına salınır.

Departamentin proqramı Azərbaycan və dünya musiqisinin mirasını və arxivlərini öyrənmək üçün mühit yaradır. Departament peşəkar və istedadlı qrafik rəssamlarının sərgilərini, xarici teatr və konsert qruplarının turlarını və hörmətli rəssamlarla görüşləri təşkil edir. Bu davamlı fəaliyyət Xəzər Universitetini Bakının ən zəngin mədəni mərkəzlərindən birinə çevirmişdir. Xəzərin mahnı və rəqs ansamblı  Avropa, Türkiyə, Qatar və Gürcüstanda çıxış edərək bir neçə müsabiqələrin qalibi olmuşdur. Xəzər Universitetinin ansamblı Qafqaz, rus, ispan, ərəb, ingilis, italyan, fars, türk, qaraçı və digər milətlərin mahnı və rəqslərini ifa edir.

Departamentin  qaydalarına əməl olunması şərti ilə musiqi, rəqs, xor, xalça toxunması və yüksək ali dərəcələr əldə etmək üçün professional treyninq kursları təşkil edilir. Həmçinin departament tərəfindən mütəmadi olaraq incəsənət tarixi, dünya incəsənəti və mədəniyyəti, Asiya və Avropa mədəniyyəti kimi ixtisaslaşmış fənlər də təklif olunur. Bu departament Xəzər Universitetinin mədəniyyət sahəsinin inkişafında əsas rol oynayır.

Bu səbəbdən də Departament üçün şəhərin (Bakı) mərkəzindəki məşhur “Dünya” konsert salonu, Dünya məktəbinin yeni tikilən binasında yerləşən, müasir texniki avadanlıqlarla yüksək səviyyədə təhciz edilən konsert salonu və eyni zamanda universitetin öz binasında  “Mərmər” konsert salonu fəaliyyət göstərir.  2013 –cü il mart ayının 1-də Xəzər Universitetində Mədəniyyət Mərkəzinin təntənəli açılışı oldu. Mərkəzin yaradılmasında məzsəd kiçik görüşlərin, poeziya məclislərinin, universitetə gələn qonaqların qəbulunu təşkil etməkdir. Xüsusi dizaynla hazırlanmış mərkəz xarici qonaqları Azərbaycan mədəniyyətinin inciləri- ancaq əl işlərindən ibarət olan incəsənət əsərləri ilə valeh edir.

Mədəniyyət Mərkəzində Dekorativ-tətbiqi sənətin müxtəlif sahələri öz əksini tapır:


  • taxta üzərində şəbəkə;
  • batika;
  • rəngkarlıq;
  • keramika
  • qurama;
  • milli tikmə və muncuqla əl işləri

daxildir.

Təhsil və tədqiqatla yanaşı universitetin mədəni həyatını zənginləşdirmək məqsədi ilə digər təşkilatlarla əlaqələr yaradır, konsertlər və şoular təşkil edir və buraxılış mərasimləri və digər tədbirlərdə mühüm rol oynayır.

Departamentin məqsədi xalça toxuma, musiqi duyumunun inkişafı, musiqi biliyi, həmçinin Xəzərin tələbələrinin artistik və intelekt imkan və bacarıqlarının inkişafı üçün performans imkanlarının inkişafı kimi Azərbaycan Milli incəsənətinə aid sahələrdə treyninqlər təşkil etməkdir. Universitetin toplantı salonları eyni zamanda Azərbaycan və dünya mədəniyyətinin inkişafı və təbliğinə töhfə vermək üçün universitet və digər qrupların toplantıları, məşqləri və konsertləri üçün istifadə olunur. Departament tərəfindən təklif olunan fənlər Azərbaycanın fundamental estetik dəyərlərinin təbliğini həyata keçirir. Hər tələbə milli mədəniyyətimizi daha dərindən öyrənmək üçün arzuladıqları sahəni seçə bilər. Tələbələr Xəzər Universitetində təhsil aldıqları müddətdə musiqi, rəqs, teatr və digər qruplarda iştirak edə bilər və eyni zamanda muğam, xalq musiqisi, Azərbaycanın klassik musiqisi və vokal, xor, xalçaçılıq, zərgərlik və milli kostyum dizaynı üzrə tanınmış mütəxəssislərdən dərslər alaraq akademik kredit əldə edə bilərlər. Musiqi və İncəsənət departamenti həmçinin Xalça muzeyiZərgərlik muzeyi və Milli geyimlər muzeyi daxil olmaqla bir neçə mərkəzlərin işinə nəzarət edir.

Musiqi Departamentinın müxtəlif illərdə həyata keçirdiyi bəzi  tədbirlər:  

  1. C.Cabbarlının anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi. 23 fevral 2000-ci il
  2. Azərbaycan yurdum mənim adlı ədəbi bədii kompaziya. 27 may 2000-ci il
  3. Türkiyə “Alın boynu” dünya universitetlər halk dansları yarışması. Iyul 2000-ci il
  4. Ziya Bünyadova həsr edilmiş musiqi gecəsi. 28 fevral 2002-ci il
  5. “Musiqi xəzinəmizin inciləri” rubrikası. Prof. Fidan Qasımova və Xuraman Qasımova ilə görüş. 3 aprel 2003-cü il
  6. “Musiqi xəzinəmizin inciləri” rubrikası.Prof. Vasif Adıgözəlovla görüş. 2 may 2003-cü il
  7. Milli musiqi incilərimiz rubrikası. “Rast Dəstgahı” Azərbaycanın görkəmli muğam ustaları ilə görüş. 8 dekabr 2003-cü il
  8. “Ömür yolu bircə andır” Prof. Hamlet İsaxanlının şeirləri əsasında mono vocal tamaşa. 24 iyun 2003-cü il
  9. Nəriman Həsənzadənin anadan olmasının 70 illiyinə həsr olunmuş sərgi.
  10. Xəzər Universiteti  “Musiqi xəzinəmizin inciləri” (Klassik musiqi istedadli ifaçılarla üz-üzə) 1 may 2004-cü il
  11. Qatar dövlətinə uğurlu səfərdən sonra Xəzər Universitetinin mahnı və rəqs ansamblının konserti. 23 may 2004
  12. Xəzər Universiteti Beynəlxalq xorunun və vokalçılarının konserti. 1 iyun 2004
  13. DOHA milli festivalı. 2004 –cü il
  14. Sevgi poeziyası.
  15. Azərbaycanda təhsil alan xarici tələbələrlə “Dostluq görüşü”
  16. “Qarabağ çağırır bizi” (Ədəbi-bədii kompazisiya)
  17. Qatar- Beynəlxalq festival. 2004-cü il
  18. Şair tərcüməçi dramaturq Alla Axmadovanın yaradıcılıq gecəsi. 1iyun 2004-cü il
  19. Şotlandiya –Beynəlxalq festival
  20. “Musiqi xəzinəmizin inciləri” rubrikası. Prof. Fərhad Bədəlbəyli ilə üz-üzə TARİXƏ BAXMALI
  21. Üzeyir Hacıbəyovun 120 illiyinə həsr olunmuş konsert. 22 dekabr 2005-ci il
  22. Poeziya və Musiqi Məclisi. Hamlet İsaxanlı ilə görüş. 21 oktyabr 2005-ci il
  23. Üz. Hacıbəyov “Arşın mal alan”( İngiliscə) 5-6 oktyabr 2006-cı il
  24. Üzeyir Hacıbəyov və Müslüm Moqamayev-120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə. 19 yanvar 2006-cı il
  25. Türkiyə Respublikasında Beynəlxalq festival. 1-5 may 2007
  26. Fikrət Əmirovun 85 illiyinə həsr olunmuş xatirə gecəsi. 6 iyun 2007-ci il
  27. “Tələbə baharı” Tələbələrin II yaradıcılıq festivalı. 2008-ci il
  28. Türkiyə -Ağdəniz Universitəsi “XI Uluslararası Ağdəniz Gənclik şənliyi” 6 may 2008-ci il
  29. “Tələbə baharı” tələbələrin IV yaradıcılıq festivalı. 24 aprel 2010-cu il
  30. Şair Musa Yaqubla görüş. 28 aprel 2010-cu il
  31. Xəzər Universitetinin 20 illik yubileyi. 18 may 2011-ci il
  32. Fikrət Əmirov “Sevil” operası. 28 may 2011-ci il
  33. Bəstəkar Xalq Artisti Arif Məlikovla görüş Dekabr 2012