Nəşrlər

Fakültə əməkdaşımızın məqaləsi çap olundu

    Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın (doktorant) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən, Bakı Dövlət Universitetinin Psixologiya jurnalının 1-ci buraxılışındaməqaləsi çap edilmişdir. Məqalədə uşaq və yeniyetmələrdə internet asılılığının təyini ilə əlaqədar testin Azərbaycan mühitinə uyğunlaşdırılması zərurəti və metodunun ətraflı şərhinə yer verilmişdir.  

    Türkiyə mətbuatı Xəzər Universitetində keçirilmiş konfransdan yazdı

      Xəbər verildiyi kimi, 2017-ci il aprelin 22-23-də Xəzər Universitetində Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirilmişdi. Aprelin 29-da İstanbuldakı BİA Haber Merkezinin (BİAQAM)  internet səhifəsində konfransda iştirak etmiş jurnalist Ayla Türksoyun konfrans haqqında məqaləsi dərc olunmuşdur. Məqaləni bu link vasitəsilə oxumaq olar: http://m.bianet.org/biamag/bilim/185976-hazar-in-soraginda

      Psixologiya departamentinin magistrları dissertasiya müdafiə etdilər

        2017-ci il mayın 18-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsi Psixologiya departamentinin magistrları aşağıdakı mövzularda dissertasiya müdafiə etdilər: Günay Məmmədova – “Ağır psixi pozuntusu olan xəstələrin psixososial reabilitasiyasının qiymətləndirilməsi” (elmi rəhbər: tibb e.f.d. Fuad İsmayılov); Günel Məmmədova – “Natamam ailələrdə böyüyən yeniyetmələrdə şəxsiyyət pozuntuları problemi və onların reabilitasiya məsələləri” (elmi rəhbər: fəl.e.f.d. Eldar Shahgaldiyev); Tərlan Qənbərova – “Autizimli uşaqların valideynlərində rast gəlinən psixopotoloji xüsusiyyətlərin aşkarlanması və eksperimental tədqiqi” (elmi rəhbər: tibb e.ü.f.d. İkram Rüstəmov). Müdafiədə Şurasının sədri fəl.ü.f.d. Eldar Şahgəldiyev, üzvləri olaraq hüquq ü.f.d., dos. Cabir Xəlilov, AR-nın Ədliyyə Nazirliyi Penitensiar xidmətinin aparıcı psixoloqu, psixologiya ü.f.d. Ləman Verdiyeva, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, sosial fəlsəfə üzrə doktorant Mələk Kərimova, Tibb Universiteti psixiatriya kafedrasının assistenti, ATU-nun Tədris terapevtik klinikası Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzində aparıcı mütəxəssis tibb e.ü.f.d. İkram Rüstəmov və şuranın elmi katibi Humanitar və sosial elmlər fakültəsinin dekan köməkçisi, german dilləri üzrə doktorant Validə Kərimova iştirak etdilər.İşlər Müdafiə Şurası tərəfindən müsbət qiymətləndirildi.

        Fakültə əməkdaşımız Ordu Universitetində çıxış etdi

          2017-ci il mayın 11-də Türkiyənin Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova “Azərbaycan universitet tələbələrinin internet asılılığı və psixoloji simptomları arasında əlaqə” adlı tədqiqat işi ilə çıxış etdi. Tədqiqat işində universitet tələbələri arasında keçirilmiş və internet asılılığı ilə müxtəlif alt şkalalar (somatizasiya, obsesiya, depresiya, anksiyetə, fobiya, paranoya, psixotizm, şəxsiyyətlərarası kimi) arasında əlaqə araşdırılmışdır. Məruzə böyük maraq doğurdu və mədəniyyətlərarası tədqiqatların aparılması ilə əlaqədar təkliflər verildi.Sonda məruzəçi Mələk Kərimovaya sertifikat və məruzələrin çap edildiyi kitab verildi.Qeyd edək ki, mayın 11-dən 14-dək Türkiyənin Ordu şəhərində Ordu Universiteti və EAB (Eğitim Araştırmaları Birliği) tərəfindən təşkil edilən 9-cu Beynəlxalq Təhsil Tədqiqatları konfransında 12 ölkədən 1254 tədqiqatçı iştirak edirdi. 

          Fakültə əməkdaşımız beynəlxalq konfransda çıxış etdi

            2017-ci il mayın 13-də Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfransda “Sənətkarlar və onların şəxsi psixoloji xüsusiyyətləri” adlı tezis ilə çıxış etdi. Tədqiqatda incəsənət, incəsənət xadimlərinin şəxsi keyfiyyətləri, incəsənətin şəxsiyyətə və şəxsi keyfiyyətlərin də incəsənət əsərlərində əks olunmasına dair verilən milli nümunələr konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.Qeyd edək ki, mayın 11-dən 13-dək Türkiyənin Çanakkale şəhərində Rating Academia və Kəpəz Bələdiyyəsi tərəfindən Beynəlxalq “Elm, Mədəniyyət və Gözəli Axtarış” adlı konfrans keçirilirdi.Sonda məruzəçi Mələk Kərimovaya sertifikat verildi.

            Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi

              2017-cı il aprelin 22-si və 23-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.Aprelin 22-də konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 23-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə Omandan dəvət olunmuş Pr.Dr. Ali Kemal Tekin dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda İstanbul Bilgi Universitetində akademik fəaliyyət göstərən Dos. Dr. Aytən Zara, Sultan Qaboos Universitetinin Məktəbəqədər Uşaqların Təhsili kafedrasının müdiri, UNESKO-nun müşaviri Pr.Dr. Ali Kemal Tekin, Hasan Kalyoncu Universitetinin prorektoru, Qara Dəniz Texnik Universitetində akademik fəaliyyət göstərən Pr.Dr. Yaşar Özbay və Antalya Fərdi Terapiya Tibb Mərkəzində psixiatriya üzrə ekspert Pr.Dr. Burhanettin Kaya iştirak edirdilər. Dos. Dr. Aytən Zara konfransa 6 nəfərdən ibarət “World Human Relief” komandası ilə qatılmışdı. Bu komandanın üzvləri Dilan Bozdağ, Seher Tarhan, Esra Zırhlıoğlu, Tuğçe Merve Aytac, Narlı Yıldız, Kader Tarhan çıxış edərək, konfransı daha da zənginləşdirdilər.Konfransda uşaqlarda aqressiv, antisosial, emsional və asılı davranış pozuntularının səbəbləri və aradan qaldırılması yolları, pozitiv ailə inkişafı və dayanıqlılıq, uşaqlara qarşı cinsi təcavüz və istimar, travma və onunla əlaqədar pozuntulara EMDR metodundan istifadə edilməsi haqqında müzakirələr aparıldı.Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi.Konfrans iştirakçılarına Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin hazırladığı  konsert proqramı təqdim olundu.

              Əlillik və əlilliyə münasibət” adlı məqalə yarışmasının qalibləri elan olundu

              2016-ci il dekabrın 28-də Xəzər Universiteti Əlilliyi olan Tələbələr üçün Mərkəzi və  Xəzər Psixoloji Xidmət Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Əlillik və əlilliyə münasibət” adlı məqalə yarışmasının yekun tədbiri həyata keçirildi. Tədbir zamanı Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova çıxış edərək, “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsi və Əlilliyi olan Tələbələr üçün Mərkəz haqqında geniş məlumat verdi. Tədbirdə Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova əlillik, onun xüsusiyyətləri və onlara yanaşma tərzi barəsində danışdı. O, həmçinin Xəzər Psixoloji Xidmət Mərkəzinin fəaliyyəti haqqında məlumat verdi.Cari ilin oktyabrında elan edilmiş “Əlillik və əlilliyə münasibət” adlı məqalə yarışmasının göndərilmiş məqalələrdən 8 ən yaxşısı mükafata layiq görülmüşdür. İlk üçlük isə belə müəyyənləşdirilmişdir: Samir İmanov (I yer); Kəmalə Rəsulova (II yer); Elşən Dağlar (III yer).Tədbirin sonunda Samir İmanov məqalə yarışması haqqında öz fikirlərini söylədi və özünün “Hədəfdəki insan” adlı romanı haqqında da məlumat verdi. “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsində tərəfdaş olan Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin nümayəndələri, Xəzər Universitetinin akademik və inzibati işçiləri və digər qonaqlar iştirak etdilər.


              Ülkər İsayeva – Psixologiya Departamentinin koordinatoru və müəlliməsi






              Mələk Kərimova-Psixologiya Departamentinin Müəlliməsi, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru






              Günay Babazadə - Xəzər Universitəsinin 4-ci kurs psixologiya tələbəsi 

              Ağlamanın Faydaları Nələrdir

              Utancaqlıq probleminin öhdəsindən necə gəlinə bilər?