Fənlərin təsviri

PSYCH 410. Psixopatologiya

Bu fənn psixopatologiyanın təbiəti və keçmişi haqqında ümumi bir məlumat verməklə yanaşı, müxtəlif nəzəriyyələri tədqiq edərək, anormallıqları anlamağa kömək edir. Dərsin əsas məğzi müxtəlif psixoloji xəstəliklərin diaqnozu, təsnifatı, etimologiyası və müalicəsi ilə bağlı olacaq.

 

PSYCH 318. Eksperimental psixologiya

 Bu fənn psixoloji araşdırmalarda məlumatların toplanması və təşkil edilməsi üçün psixologiyada istifadə olunan təcrübi metodologiyaları təqdim edir. Fənnin əsas məğzi heyvan və insan davranışını və zehni prosesləri öyrənmək üçün istifadə olunan tədqiqat metodlarından, öyrənmə, yaddaş və problem həllində təcrübələrin necə aparılmasından, məlumatların təhlili, elmi hesabat yazımı, klassik və cari tədqiqatların tənqidi qiymətləndirilməsi üçün statistik metodlardan ibarətdir.

 

PSYCH 406. Sosial psixologiya

Fənnin əsas məqsədi insan davranışının sosial məzmunda digər insanların duyğu və davranışlarından təsirləndiyini ortaya çıxarmaqdır. Sinif və qrup daixilində insanların fərd olaraq qarşılıqlı əlaqələri, kütləvi informasiya vasitələrinin və sosial-iqtisadi sinifin ictimai təsirlərini öyrənmək dərsin əhatə dairəsinə aiddir. Tələbələr kurs ərzində ictimailəşmə, davranış, dilin qavranılması, kütləvi davranış, azğın davranış, ön mühakimələr və şiddət də daxil olmaqla, ictimai reaksiya qəliblərinin seçilmiş formalarını araşdırırlar.

 

PSYCH 302. Neyropsixologiya

Bu kurs neyropsixologiya, funksional neyroanatomiya və beyin davranışı əlaqələrini araşdırır. Beyin zədələri koqnitiv, şəxsiyyət və psixososial funksionallığa əks təsirləri ilə yanaşı, əksər hallarda qarşımıza çıxan neyropatoloji sindromlar da kursun əhatə dairəsindədir (məs., Travmatik beyin zədələnməsi, serebrovaskular qəzalar –iflic, demensiya, və s.).

  

PSYCH 102. Psixologiyaya giriş

Bu fənn psixologiyanın təməl anlayışı üçündür və insanın inkişafı, öyrənmə, yaddaş, zəka, motivasiya və duyğular, şəxsiyyət, anormallıq, ictimai qarşılıqlı təsirlər və etika kimi təməl sahələri əhatə edərək psixologiya elmini tanıdır. Tələbələr fəlsəfə, nəzəriyyə, biologiya və mədəniyyət kimi sahələrdə psixoloji faktorları kəşf edirlər.

 

PSYCH 316. Sosial elmlərdə araşdırma metodları

Bu fənn, tətbiqi statistika daxil olmaqla, sosial elmlərin əsas metodik vasitələrini əhatə edir. Mövzular: araşdırma dizaynı, ölçmə, müşahidə, sorğular, miqyas, seçmə, analiz və şərh etmə, araşdırma hesabatları və proqramlar.

 

PSYCH 202. Psixoloji testlər və ölçülər

Əsas qiymətləndirmə prinsiplərinə giriş, təhsil və psixoloji testlərin yoxlanılması. Mövzuların seçilməsində test etmənin rolu, testlərin uyğun olmayan şəkildə istifadə edilməsi, test ballarının şərhi (norma, istinad və meyarlar), test ballarının və şərhlərinin etibarlılığı, sinif qiymətləndirməsi və maddə analizi,fərqli test tiplərinə ümumi baxış: standart müvəffəqiyyət və qabiliyyət testləri, kəşfiyyat testləri, şəxsiyyət testləri.

 

PSYCH 306. Fizioloji psixologiya

Beynin tədqiq olunması, əsas fizioloji proseslər və davranışdakı rollar. Tələbələr beyin anatomiyası, fiziologiya və farmakologiya haqqında əsas bilikləri inkişaf etdirirlər. Mövzular aşağıdakıları əhatə edir: duyma və qavrama, neytral hərəkət prinsipləri, motivasiya, öyrənmə və yaddaş, şüur. Həm eksperimental, həm də klinik məlumatları əhatə olunmuşdur.

 

PSYCH 402. Şəxsiyyət psixologiyası

Bu fənn şəxsiyyətin öyrənilməsinin tarixi olaraq, əhəmiyyətli və aktual faktorları da daxil olmaqla, insan şəxsiyyətinin araşdırılması istiqamətində fərqli empirik yanaşmaları da araşdırır. Mövzu şəxsiyyətinin tərifi, şəxsiyyətin bioloji və mədəni aspektləri, psixoanalitik, idrak və davranış perspektivlərini, gender fərqləri və şəxsiyyət pozuntularını əhatə edir.

 

PSYCH 414. Klinik psixologiya

Bu kurs klinik psixologiya sahəsində nəzəriyyələri, tədqiqatları, xəstəliklərin qarşısının alınması, qiymətləndirilməsi və klinik tətbiqlərin həyata keçirilməsini öyrədir. Klinik psixoloqlar tərəfindən istifadə edilən diaqnoz və müalicə strategiyaları araşdırılacaq və tələbələr tənqidi yanaşmaya dəvət ediləcəklər.

 

PSYCH 404. İnkişaf psixologiyası

Bu fənn hamiləlik və doğum, körpəlik, uşaqlıq, yetkinlik, ölüm kimi başlanğıcdan başlayaraq insanın inkişafı ilə əlaqədar təməl məlumatları əhatə edəcək. İnkişaf psixologiyasında olan nəzəriyyələr əsasında erkən və orta uşaqlıq dövrünə aid sosial və koqnitiv təsirlər araşdırılacaq.

 

PSYCH 310. Koqnitiv psixologiya

İnsanın informasiya qəbulunun əsas anlayışları, sorğulama üsulları və əhəmiyyətli tapıntılar, qəbul etmə və informasiya emalı, diqqət, qısa və uzun müddətli yaddaş prosesləri və psixoterapiya ilə əlaqədar təməl nəzəriyyələri, əhəmiyyətli mövzuları və araşdırma üsullarını koqnitiv psixologiya kursu özündə birləşdirir.

 

PSYCH 308. Öyrənmə prinsipləri

Bu kurs insanın öyrənmə mövzusundakı əsas sahələri və tədqiqatları əhatə edir. Kurs zamanı tələbələr həm yaddaşın praktiki aspektlərinə, həm də nəzəriyyə əsaslı biliklərə yiyələnəcəklər.

 

PSYCH 240. Psixoloji nəzəriyyələr

Bu dərs prsixologiyada əsas cərəyanların inkişafını və yaranmasını əhatə edir. Kurs praktik biliklərdən istifadə etməklə yanaşı, nəzəri bilikləri də əhatə edir.


PSYCH 418. Rəhbərlik (Konsultasiya) psixologiyası

Bu kurs psixoloji konsultasiyanın öyrənilməsi prinsiplərinə nəzəri girişdir. Psixoloji konsultasiya nəzəriyyələri əhatə olunacaq və praktik məsələləri həll etmək üçün istifadə olunacaq. Psixoloji konsultasiyaları həyata keçirən zaman münasibətlərin qurulması və düzgün terapiya metodlarından istifadə kursun əhatə dairəsindədir.

 

PSYCH 340. Psixofarmakologiya

Bu dərs neyrofiziologiya və psixotrop dərmanlar arasındakı qarşılıqlı təsiri və insan üzərindəki effektləri tədqiq edir. Psixotrop dərmanlar, onların neyrokimyəvi əsasları, təsirləri və klinik tətbiqləri əhatə olunur.

 

PSYCH 320. Evlilik, ailə və cinsəllik

Bu kurs psixoloji baxımdan nikah, ailə, insan yaxınlığı və cinsəlliyi əhatə edir. Fərdlər arasında münasibətlər, evlilik, ər-arvad münasibətləri, şəxsiyyət tiplərinə görə ailə qurma, cinsəllik kimi mövzular praktiki və nəzəri cəhətdən izah ounacaq.

 

PSYCH 322. Uşaq psixologiyası

Bu kursun məqsədi prenatal inkişafdan uşaqlar üçün məktəbəqədər dövrə qədər olan əsas məlumatları öyrənməkdir. Uşaq pixologiyası kursu tələbələrə uşaqların psixoloji, koqnitiv, duyğusal, fiziki və davranış inkişafını izah edən müxtəlif nəzəriyyələri təqdim etmək üçün nəzərdə tutulmuşdur.

 

PSYCH 440. Hüquq psixologiyası

Bu kursun məqsədi tələbələrə məhkəmə psixologiyasının bəzi sahələrini təqdim etmək və məhkəmə psixoloqlarının hüquqi sistemə necə kömək etdiyini öyrətməkdir. Kurs narkotik vasitələrin davranışlara təsirini, cinayət davranışını, yeniyetmə cinayətini, psikopatologiyanı və peşəkar qatillər haqqında təməl bilikləri əhatə edir.

  

PSYCH 304. Emosiya və motivasiya

Bu kurs insan motivasiyası və duyğularına nəzəri və empirik yanaşmalar təqdim edir. Motivasiya, dürtülər və instinkt nəzəriyyələri, şüur ​​və istəkli davranış, özünə nəzarət və özünü tənzimləmə kimi mövzuları əhatə edir.

 

PSYCH 415. Sənaye psixologiyası

Tələbələrə sənaye psixologiyasının məzmununu çatdırmaq və psixoloji nəzəriyyəni təşkilati məsələlərə tətbiq etmək bu kursun əsas məqsədidir. Mövzular biznes təhlili, işə götürmə və seçmə, təlim, performans qiymətləndirmə və intizam, işçilərin motivasiyası və iş yerlərinin təhlükəsizliyini əhatə edir. Tətbiqi bir yanaşma istifadə edərək, bu kurs tələbələri işçilərinə və rəhbər rollara hazırlamağa kömək edəcək.

  

PSYCH 417. Koqnitiv nevrologiya

Koqnitiv nevrologiya beyin funksiyaları ilə (nevrologiya) davranış tədqiqatını (psixologiya) qarışılaşdırır. Bu kurs tələbələrə qavranama, diqqət, yaddaş, öyrənmə, planlaşdırma və digər koqnitiv fəaliyyətlər kimi davranışlar zamanı beynin rolunu öyrədir.


PSYCH 419. İctimai iş

Bu kurs sosial rifahın, sosial işin və müxtəlif sosial xidmətlərin tarixi inkişafına yönəlib. Kurs əsas sosial problemlərin təbiəti, səbəbləri və ölçülərini əhatə edir və insanların bu problemlərdən necə təsirləndiyinə dair nümunələr verir. Yaşlılar, uşaqlar, cinsi azlıqlar, yoxsullar, ailələrin və risk altındakı əhalinin ehtiyaclarına cavab verən ictimai xidmət mütəxəssislərinin düzgün iş prinsiplərini əhatə edir.

 

PSYCH 421. Sağlamlıq davranış nəzəriyyələri

Bu kurs insan sağlamlığının müəyyənləşdirilməsində davranışın əhəmiyyəti haqqında ümumi məlumatları əhatə edir. Tədqiqatlar fərdi, insanlararası, təşkilati və icma strukturlarının sağlamlıq davranışının müəyyənləşdirilməsində rolunu təsvir etmək üçün ümumiləşdirilmişdir. Kurs səhiyyə müəssisəsi və ictimai səhiyyə işçilərinin bütünlüklə bilinən davranışlara təsirini artırmaq üçün sosial baxımdan necə addımlar atığını əhatə edir.