Departament Tarixi

Hüquq departamenti 1994-cu ildə hüquq fakültəsində yaradılmışdır. Hüquq departamentin ilk müdiri görkəmli alim, hüquq elmləri doktoru, professor Cəfər Mövsümov olmuşdur. Fəaliyyət göstərdiyi müddətdə Hüquq departamenti yüzlərlə yüksək ixtisaslı hüquqşünas kadr yetişdirmiş, respublikanın hüquq mühafizə orqanlarını, dövlət, hökumət və özəl qurumlarını hüquqşünas kadrlarla təmin etmişdir.

Missiyası

Hüquq departamentinin əsas elmi tədqiqat sahələri: dövlət və hüquq nəzəriyyəsi və tarixinin problemləri; konstitusiya hüququ; bələdiyyə hüququ; inzibati hüquq; bazar iqtisadiyyatına keçid şəraitində mülki hüququn problemləri; əmək hüququ; biznes hüququ; cinayətkarlığın səbəb və şəraitinin öyrənilməsi, aradan qaldırılması proflaktikasını işləyib hazırlanması; ədalət mühakiməsinin həyata keçirilməsi münasibətlərinin tənzimlənməsi; cinayətlərin açılmasında, istintaqında və məhkəmə baxışında elmi-texniki vasitələrin tətbiqi məsələləri; cinayətlərin istintaqının taktiki məsələləri.