Tarixi

Jurnalistika departamenti 1994-cü ildə Humanitar və sosial elmlər fakültəsinin tərkibində yaradılmışdır. Departament hazırda Humanitar və sosial elmlər fakültəsinin ən vacib bölmələrindən biridir. Departament radio və televiziya studiyaları, yüksək keyfiyyətli istehsalat təchizatı, elm adamları və mediada çalışanlardan ibarət müəllimlərlə birgə fəaliyyət göstərir. Departament tələbələrə üç istiqamət üzrə proqram təklif edir:

  • Televiziya və radio jurnalistikası.
  • Qəzet və jurnal jurnalistikası.
  • Kütləvi informasiya vasitələrində marketinq və reklam.

Hər bir kiçik bölümdə mütəxəssislərin nizamlı şəkildə, tələbələri müəyyən bir sahədə ardıcıl olaraq, biliklə təmin etmək üçün kommunikasiya və media fənlərinin əsasını qoruyaraq, nəzəriyyəyə əsaslanan mükəmməl təlim bacarıqları vardır. Jurnalistikada ixtisas fənləri təcrübəli jurnalistlər tərəfindən təklif edilir və tələbələrin fərdi yanaşmasına və marağına əsaslanır. Departament KİV qanunları və siyasətini, KİV-də ictimai aradırmaları, kino çəkilişi/ tənqidini, radio və televiziya verlişlərini, ictimaiyyətlə əlaqələri əhatə edən proqramlar təklif edir. Əlavə olaraq, jurnalistika ixtisasına yiyələnən tələbələrə təhsilin müəyyən hissəsi kimi ingilis dili fənləri təklif edilir.