"Xəzər" Ekoloji Klubu


Xəzər Ekoloji Klubu könüllülər tərəfindən yaradılan açıq ƏTRAF MÜHİT təşkilatıdır. Təşkilatın əsas məqsədi Azərbaycanda və dünyada olan ətraf mühit problemlərinin müzakirəsi, mümkün həll yollarının göstərilməsi və təşkilat üzvləri arasında ətraf mühitə aid fikir mübadiləsi aparmaqdır. Ətraf mühit problemləri həm də sosial problem olduğundan, təşkilat qarşısına ətraf mühitlə əlaqəli olan sosial problemlərin müzakirəsini də məqsəd kimi qoyur. İxtisasından aslılı olamayaraq, təşkilatın daxili qaydalarına əməl etməyə razılıq verən hər bir kəs bu təşkilatın üzvü ola bilər.