Humanitar və Sosial elmlər fakültəsi

Yaranma tarixi:

Humanitar və Sosial elmlər fakültəsi Xəzər Universitəsində yaradılan ilk fakültələrdən biridir. Belə ki, Universitetimizin əsası 1991-ci ildə qoyulmuş, bir il sonra isə Humanitar fakültəsinin yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Beləliklə, 1992-ci ildən fəaliyyət göstərən fakültədə əsas istiqamət humanitar elmlər sahəsində gənc və peşəkar mütəxəssisər yetişdirməkdən ibarət idi. Böyük ümidlər bəslənən fakültənin nəzdində ilk olaraq iki departament (kafedra), İngilis dili və ədəbiyyatı departamenti və Jurnalistika departamenti fəaliyyət göstərirdi.

2004-cü ildə o zaman hələ fəaliyyətdə olan Hüquq və Sosial elmlər fakültəsi nəzdindəki bir sıra departamentlərin də Humanitar fakültəsinə qatılması haqqında qərar qəbul edildi və nəticədə, 2005-ci ildə fakültənin adı Humanitar və Sosial elmlər fakültəsi olaraq müəyyənləşdirildi.

Missiyamız:

Azərbaycançılıq ideyalarına sadiq olan fakültəmizin əsas missiyası milli əqidəli və Avropa təfəkkürlü vətəndaşlar yetişdirməkdən ibarətdir. Bu səbəbdən, fəaliyyətimizi qabaqcıl Avropa universitetlərinin təcrübəsindən, eləcə də müasir tədris metodlarından istifadə etməklə, çağdaş tələblərə cavab verən və eyni zamanda milli dəyərlərə sadiq mütəxəssislər hazırlamaq istiqamətində qurmuşuq.

Hal hazırda Humanitar və Sosial elmlər fakültəsi Xəzər Universitetində bakalavriat pilləsində 7 və magistratura pilləsində 9 ixtisas üzrə təhsil verən ən böyük fakültələrdən biridir.

 İxtisaslar:

Bakalvr ixtisasları:

Magistr ixtisasları:

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi

İngilis dili və Ədəbiyyatı

Beynəlxalq münasibətlər və diplomatiya

Dizayn

Regionşünaslıq

Regionşünaslıq

Konfliktologiya

Politologiya

Dünya siyasi prosesləri

Psixologiya

Dilşünaslıq (İngilis dili üzrə)

Tərcümə

Tərcümə (İngilis dili üzrə)

 

Klinik Psixologiya

 

Ümumi Psixologiya


Fakültəmizdə yuxarıda adları qeyd olunmuş bütün bu ixtisaslar üzrə tədris İngilis dilində aparılır. Eyni zamanda ixtisasdan asılı olaraq tələbələrə ikinci xarici dil kimi Alman, Fransız, Çin, Ərəb, Fars və digər dilləri seçmək imkanı yaradılır. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərə biləcək, yüksək ixtisaslı mütəxəssislər olacaq tələbələrə dil dərsləri tədris olunmaqla yanaşı, onların öz profillərinə uyğun arzularını reallaşdıra biləcək  ixtisas fənnləri və seçmə fənnlər də təqdim olunur.

Beləliklə, fakültəmizdə öz peşəsinin əsl mütəxəssisi olan, innovativ metodlarla işləyən müəllimlər tərəfindən təşkil olunmuş yaradıcı, effektiv və keyfiyyətli tədris mühiti yaranmış olur.

Fakültənin nəzdində fəaliyyət göstərən departamentlər (kafedralar) aşağıdakılardır:

·İngilis dili və Ədəbiyyatı departamenti

·Siyasi elm və Beynəlxalq münasibətlər departamenti

·Psixologiya departamenti

·Tarix və Arxeologiya departamenti

·Dillər və Mədəniyyətlər departamenti

·Dizayn departamenti

·İncəsənət və Musiqi departamenti

·Fəsəfə və Sosiologiya departamenti

·Hüquq departamenti

·Jurnalistika departamenti

Film about Khazar University