Baxışımız

Baxışımız ölkənin iqtisadi inkişafında və dinamikasında keyfiyyətli və effektiv təhsilin mühim bir faktor olduğunu mənimsəyən, dünya təhsil sisteminə adaptasya edə bilən,  iş dünyasının  ehtiyac və tələblərini ödəyən, cəmiyyətdə xüsusi nüfuzu olan şəxsiyyətli,  elm və texnologiyadan tutmuş incəsənətə qədər hər sahədə intellektual kimliyə sahib peşəkar müəllim hazırlayan təhsil müəssisələrindən biri olmaqdır. 

Təhsil fakültəsi ibtidai təhsildən başlayaraq təhsilin hər pilləsində missiyasinda və vizyonunda əks olunan prioritetləri həyata keçirəcək və gələcək nəsillərin məsuliyyətini daşıya biləcək müəllimlərə bu sahədə yaxşı təhsilalma imkanı verir. 2003-cü ildə İbtidai təhsilin metodikası və pedaqogikası proqramı ilə fəaliyyətə başlayan faklütəmizdə bu gün 6 ixtisasda bakalavr, 5 ixtisasda magistr və doktorantura təhsili verilir. 

Fakültə peşəkar kadr hazırlığı, elmi tədqiqatlarla yanaşı, ölkənin təhsil siyasətində və strategiyasında mühim yer tutan əlavə təhsil və ixtisasartırma proqramlarının hazırlanması və müəllimlərin əmək fəaliyyəti müddətində mütəmadi təlimlərinin təşkili ilə də məşğul olur.