Fənlərin təsviri


AZLL 102.  Yazıya giriş (6 kredit)

Prerekvizit: AZLL 101.

Yazı qaydası. Materialların yazılması, yenidən baxılması, redaktə olunmasının planlaşdırılması və təşkili.  Mətnlərin xülasəsi, təhlili və sintezi. Esse və yaradıcı yazı. Akademik və işgüzar yazışma.  Nəsr üsulu.

 

AZLL 104: Azərbaycan dili-2 (6 kredit)

Prerekvizit: AZLL 101

Bu kurs Azərbaycan dilində aşağıdakı sahələri əhatə edir. Semantik quruluş, onun mənasının daralması və genişlənməsi, Azərbaycan dilində semantik qruplar. Qrammatika, onun əsas bölmələri və onlar arasında əlaqə, qrammatik kateqoriyalar. Sintaksis, söz birləşməsi və cümlə növləri,  mətn dilçiliyi və onun problemləri, şeir sintaksisi, durğu işarələri və onların funksiyaları.

 

AZLL 106: Müasir Azərbaycan dili 1 (6 kredit)

Prerekvizit: Yoxdur

Bu kurs səs sistemi, fonetik fenomen və Azərbaycan ədəbi dilinin qaydalarını əhatə edir. Tələffüz normaları, yazının formalaşması və növü, əlifbanın xüsusiyyətləri, lüğət strukturu və onun zənginliyi, xüsusiyyətləri və inkişaf yolları izah olunur. Azərbaycan dilinin orfoqrafiyası  barədə məlumat verilir. Sözlərin xarakterik mənası, xüsusi adların növləri, mənşəyi və Azərbaycan ədəbi dilində istifadəsi işıqlandırılır. Həmçinin lüğət və onun müxtəlif növləri, lüğət tərtibi və ədəbi dildə sözdüzəltmə yolları haqqında da məlumat verilir.

 

AZLL 205: Azərbaycan ədəbiyyatı-2 (6 kredit)

Prerekvizit: AZLL 105

Bu fənnin məqsədi Müasir Azərbaycan ədəbiyyatı üzrə geniş bilik verməkdir. Bu fənn son dövrlər Azərbaycan ədəbiyyatını, jurnalistika janrlarının inkişafını, ədəbiyyatda yeni forma və məzmunu araşdırır. Bu fənnin tədrisinə həmçinin müasir ədəbi əsərlərin oxudulması və təhlili daxildir.

 

AZLL 206: Müasir Azərbaycan dili 3 - Sintaksis (6 kredit)

Prerekvizit: AZLL 108

Bu fənndə söz birləşmələri, sintaktik əlaqələr, cümlələr və onların struktur növləri, durğu işarələri və onların düzgün istifadəsi tədris edilir.

 

 ART 231: Rəsmxətt və onun tədrisi metodikası (6 kredit)

Prerekvizit: yoxdur

Təsviri sənət fənninin məqsədi estetik dünyagörüşlü, zəngin mənəviyyata, bədii zövqə və yara­dıcı təxəyyülə malik, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, incəsənət əsərlərini duyub qiymətləndirən, obrazlı və simvolik düşüncə tərzinə malik şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

 

CMS 435 İnformatikanın tədrisi metodikası (6 kredit)

Prerekvizit: CMS 101

İnformatika sürətlə inkişaf edən və daim yenilənən bir sahə olduğundan, onun tədrisində məqsəd elmi informasiyanın bolluğundan daha çox, daxili-mənəvi mədəniyyətin və əxlaqi-insani kamilliyin səviyyəsini yüksəltmək olmalıdır. Fənnin tədrisində məqsəd həm də tələbəyə hazır mühakimə əzbərlətmək yox, mühakimə yürütməyi öyrətməkdir. Bu kursun əsas məqsədi müasir dövrdə aktual olan əməliyyat sistemlərini, ofis proqramlarını, müxtəlif səpgili tətbiqi və xidməti proqramlardan istifadə bacarığı, İKT avadanlıqlarının təyinatını, kompüterun ibarət oldugu elektron qurğuların tanıdılması, internetlə iş bacarığını tələbələrdə aşlamaqdır. 

 

 

EDU 495 Təlim metodları (6 kredit)

Prerekvizit: EDU 101

Fənnin məqsədi həm nəzəri,  həm də praktik baxımdan peşəkar  müəllimlərin hazırlanmasını təmin etmək; təhsilə müasir yanaşmaların və yeni fənn kurikulumlarının  uğurlu tətbiqinə nail olmaq; ümumi təhsilin keyfiyyətini yüksəltmək üçün  lider, yaradıcı, tədqiqatçı pedaqoji kadrlar hazırlamaq

 

EDU 101 Təhsilə giriş (6 kredit)

Prerekvizit: yoxdur

“Təhsilə giriş” kursu təhsilin fəlsəfi əsaslarını və təhsilin əsas nəzəri və təcrübi problemlərini anlamaq üçün tələbələrə zəmin yaradır.

 

PSYCH 304 Təhsil psixologiyasının əsasları (6 kredit)

Prerekvizit: EDU 101

Tələbələr təhsilin psixoloji əsasları haqqında ilkin anlayışlar qazanmalı,   öyrənmə haqqında olan nəzəriyyələri və bu nəzəriyyələr arasındakı oxşarlıq və    fərqlilikləri   görə bilməli  və  hər  bir nəzəriyyəyə görə   öyrənmə  prosesisinin  necə olduğunu, bu prosesə  təsir edən faktorları  və pedaqoji fəaliyyət  və müəllim şəxsiyyətininin xüsusiyyətlərini  izah edə bilməlidirlər.

 

 

PSYC101 Psixologiyaya giriş:  Uşaq inkişafı (6 kredit)

Prerekvizit: EDU 101

Uşaq psixologiyası: uşağın inkişafına və davranışlarına, doğumdan yeniyetməliyə qədər olan mərhələni öyrənən psixologiya sahəsidir. Uşaq psixologiyası sadəcə uşağın fiziki inkişafını deyil, social-emosional, koqnitiv inkişafını öyrənməkdədir. Uşaq inkişafı sadəcə daxili səbəblərdən (genetic, fərdi xüsusiyyətlər və s) deyil bir çox xarici amillərdən də (mədəni, social münasibətlər və s) təsirlənməkdədir.Uşaq psixologiyası bu səbəblə uşağın inkişafını fərqli aspektlərdən nəzərdən keçirir (fiziki, emosional, hərəki, düşüncə, cinsi, əxlaqi və s)                                                                                                Uşaq psixoloqları uşağın içində olduğu vəziyyəti (hər mənada) nəzərə alaraq, uşağın yararlana biləcəyi formada ailə münasibətlərini tənzimləmə, qulluğunun təmin olunması,təhsil dəstəyinin təmin olunması kimi uşağın inkişafını daha sağlam vəziyyətə gətirilməsini və lazım olduğu hallarda (sosial-emosional və davranış problemləri) terapiyalar verilməsini hədəfləyir. 

 

MATH 412Riyaziyyatın tədrisi metodikası (6 kredit)

Prerekvizit: MATH 223, MATH 224

Riyaziyyatın tədrisi metodikası kursunda riyaziyyat fənninin məktəbdə tədrisi nəzəriyyəsinin və metodikasının ümumi və xüsusi məsələləri öyrənilir.

Riyaziyyatın tədrisi metodikasının predmeti riyaziyyatın təlimi prosesidir. O, bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir.

 

EDU 437 Biologiyanın tədrisi metodikası (6 kredit)

 

Prerekvizit: EDU 101

Biologiyanın tədrisi metodikası pedaqogikanın müasir bir sahəsi kimi formalaşmışdır və təlim və tədrisin,  məktəb biologiyasının spesifikası ilə müəyyənləşən məzmun, forma və vasitələrinin nəzəri və praktiki məsələlərinin işlənib hazırlanması ilə məşğuldur. Biologiyanın tədrisi metodikasınn öyrənilməsi tam orta məktəblərdə çalışmaq üçün biologiya müəlliminin, müasir istiqamətlər və yanaşmalar nəzərə alınmaqla,  hərtərəfli hazırlanması üçün zəruridir. Metodiki hazırlığın bütün mərhələlərində tələbələrin diqqəti biologiya müəlliminin şəxsi və peşə keyfiyyətlərinə olan tələblərin səviyyəsinin yüksəldilməsinə yönəldilir.

 

 

EDU 437 Tarixin Tədrisi Metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Tarixin tədrisi metodikası şagirdlərə cəmiyyətin inkişafı, xalqların tarixi haqqında bol-bol informasiya verməkdən daha çox onları həmin informasiyalardan baş açmaq, zehni və əməli fəaliyyətlərini məntiqi-elmi əsaslarla təşkil etmək, cəmiyyətdə öz yerini tutmaq bacarıqlarını aşılamağa xidmət edir.

 

EDU 409 Azərbaycan dilinin tədris metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Kursda fənn müəllimlərinə ana dilinin tədrisinin məqsəd və vəzifələri, Azərbaycan dili təliminin məzmunu və nəzərdə tutulan təlim nəticələrinin mahiyyəti, təlim məqsədlərinin təyini, qazandırılacaq  yüksək idraki bacarıqların formalaşdırırlması  metodları üzərində durulacaqdır. Ana dilinin təlim strategiyaları, konstruktiv  təlim nəzəriyyəsinə əsasən təliminin təşkilinə verilən tələblər, təliminin təşkilində istifadə olunan forma, üsul və texniklardan və fəaliyyətin planlaşdırılmasından bəhs olunacaq, şagird nailiyyətlərinin qiymətləndirilməsi növlərindən və qiymətləndirmə vasitələrinin hazırlanması üsulları, səmərəli müəllim- şagird ünsiyyəti və öyrənmə mühiti haqqında tövsiyyələr veriləcəktir.

 

EDU 456 Təhsil hüququ və qanunvericiliyi (6 kredit)

Prerekvizit: yoxdur

Tələbələr təhsil hüququ və qanunvericiliyi üzrə ətraflı və mükəmməl bilgilər əldə edəcəklər.

 

EDU 350 Sağlamlıq və fiziki tərbiyyə (6 kredit)

Prerekvizit: yoxdur

Bu kurs ibtidai məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur. Bu fənn çərçivəsində sağlamlığın əsasları, sağlamlığın möhkəmləndirilməsi yolları və bununla əlaqədar fiziki fəaliyyətin əhəmiyyəti öyrənilir.

 

EDU 444 Kimyanın tədrisi metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Kimyanın tədris metodikası kursu ilə tələbələrə ümumi və tam orta təhsil səviyyəsində (VII-XI siniflər)kimya fənninin  təlim metodlarının inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin və bacarıqların aşılanması təmin olunur. Kimya fənni üzrə təlimin təşkilinə verilən tələblər, təlimin təşkili formaları və üsulları barədə tövsiyələr, fənn üzrə təlimin planlaşdırılmasına dair nümunələr  tədris edilir.

 

SPH 202 Nitq mədəniyyətinin əsasları ( 6 kredit)

Prerekvizit: yoxdur

“Nitq mədəniyyətinin əsasları” fənninin bütün humanitar fakultələrə, xüsusən müəllim ixtisası alanlara tədrisi vacibdir.Kursun məqsədi – natiqlik məharəti, bunun üçün lazım olan keyfiyyətləri aşılamaqla yanaşı, tələbələrdə öz fikirlərinin düzgün, aydın, məntiqli, yığcam şəkildə ifadə edə bilmək vərdişi yaratmaqdır.Bu kurs nəzəri biliklə yanaşı praktiki məşğələlərdən ibarətdir. Danışıq texnikası, orfoepiya, intonasiya, mimika və jest, analitik və bədii verilişlərdə oxu tərzi kimi anlayışları ayrı-ayrılıqda öyrətmək, nitq mədəniyyətinin praktik cəhətdən mənimsənilməsini və fakultənin proqram tələblərini təmin etmək məşğələlərin əsas məqsədidir.Tədris prosesində nitq mədəniyyətinə yiyələnməyin daha səmərəli üsulları şərh olunacaq.

 

EDU 438 Cografiyanın tədris metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Məktəb coğrafiyasının metodikasını, ənənəvi coğrafiya ilə müasir coğrafiyanın tədrisinin fərqli xüsusiyyətlərini, məzmun standartlarının funksiyaları və əhəmiyyətini şərh edəcək,coğrafiyanın tədrisi zamanı fəal təlim üsul və formalarından məqsədəuyğun istifadə, tədris zamanı məqəsəduyğun resurslardan istifadə, yeni qiymətləndirmə vasitələrinin hazırlanmasınımənimsəyəcəklər.

 

MGT Təşkilatı davranış (6 kredit)

Prerekvizit: yoxdur

"Təşkilatlarda davranış” fənninin tədrisinin əsas məqsədi, ali məktəblərin pedoqoji fakültə və ixtisaslarında təhsil alan tələbələrə, təşkilati davranış haqqında məlumatların verilməsi və praktiki nümunələrlə yaşayaraq öyrənməyi təmin etməkdir. Bundan əlavə, kursun digər məqsədi, təşkilatların uğuru üçün hansı davranışların hansı şərtlərdə təsirli ola biləcəyini, fərdi və qrup davranışları və bunların səbəblərini, motivasiya və stres kimi şərtlər altında insan davranışlarının necə istiqamətləndirilə biləcəyini araşdırmaqdır.

 

EDU 408 Təhsilin İdarəedilməsi (6 kredit)

Prerekvizit: EDU 101

Tələbələr məktəb idarəçiləri üçün nəzərdə tutulan başlıca idarəetmə nəzəriyyələri, idarəçiliyin təsiri, məktəb liderliyi və eyni zamanda müasir məktəb idarəçiliyindəki əsas prinsip və təcrübələr barədə öyrənəcəklər. İştirakçılar təşkilati yenidənqurma, məktəb idarəçiliyi proseslərinə tətbiq edilə biləcək klassik və müasir idarəçilik nəzəriyyələri ilə tanış ola biləcək və onları məktəb idarəçilyində tətbiq etmək üçün bacarıqlara sahib olacaqlar.Nəticədə, tələbələr təhsildə idarəetmə məsələləri, onlaramüasir yanaşmalar vəonların bugünkü məktəblərə tətbiqi barədə bilik və bacarıqlarla təchiz olunacaqlar.

 

LIT 201:  Dünya Uşaq ədəbiyyatı (6 kredit)

 Prerekvizit: AZLL 105

Kursda Dünya Uşaq ədəbiyyatının görkəmli yaradıcıları, onların əsərləri barədə məlumat verilir, təhlillər aparılır, uşaq ədəbiyyatının tədrisi üçün bilik və bacarıqlarla təmin edir.