Təhsil Fakültəsi


Missiyası

Ənənəvi olaraq, Azərbaycan xalqının təhsilə marağı yüksəkdir. Sovet dövründə Azərbaycanda təhsilin yüksək səviyyədə olmasına baxmayaraq, Sovet sisteminin dağılması və sürətlə dəyişən mühitin tələblərinə uyğun olaraq təhsilin müxtəlif pillələrində- məktəbəqədər, ibtidai məktəb, orta məktəb, peşə məktəbi və ikiillik texniki kollec, habelə tam bakalavr və magistr təhsilində yeni yanaşmalara və təhsilin inkişafı üçün yaxşı hazırlanmış strategiyalara tələb artırdı.

Elmi bilik, peşəkar təlim və təcrübə toplusu müəllim, pedaqoq, alim və yöneticilərin yetişdirilməsinə dair  bütün proqramların əsasını təşkil edir. Təhsil fakültəsinin  əsas məqsədləri  təhsilin müxtəlif sahələrində tədqiqat aparmaq üçün təhsil siyasəti və strategiyası hazırlamaq, təhsil, humanitar elmləri üzrə savadlı müəllimlər yetiştirmək və onları qabaqcıl bilik və müasir tədris metodları ilə təmin etməkdir. Bilik və bacarıqların ötürülməsinə xüsusi diqqət verilir ki, bu da tələbələrimizə milli dəyər və ənənələrimizi   onların gələcək tədris, elmi-tədqiqat və insanın inkişaf fəaliyyətinin ümumbəşəri dəyər və normaları ilə birləşdirməyə imkan verəcək.

Təhsil fakültəsi  təhsillə bağlı müxtəlif tədqiqat və fəaliyyətlə məşğul olur və bununla əlaqədar Təhsil Nazirliyi və bəzi özəl təhsil müəssisələri ilə əməkdaşlıq edir. Fakültə həmçinin  təhsil, insan inkişafı habelə digər təhsil xidmətləri sahəsində mütəxəssislər üçün ixtisasartırma təklif edir.

Hal-hazırda fakültənin  əsas məqsədi hər təhsil pilləsinə uyğun  ixtisaaslı müəllim və pedaqoqlar yetişdirməkdir.

Fakültənin təklif etdiyi nəzəri, habelə tətbiqi fənlər  son elmi nailiyyət və texnoloji inkişaf ilə daim maraqlanan və  bu inkişafı öz tədris fəaliyyətlərinə tətbiq etmək qabiliyyəti və həvəsi olan perspektivli müəllimlərə   peşəkar olmaq imkani verir.



Elza Səmədova

Ph.D  Dekan







Zərifə Əliyeva

Tədris İşləri üzrə dekan müavini 

 




Aygün Verdiyeva

Tələbə İşləri üzrə dekan müavini