Tarixi

TARİX

Təhsil sahəsində tədqiqat fəaliyyətləri Xəzər Universitetinin başlanğıcından etibarən və sonrakı strateji inkişaf prosesində başlıca yer tutmuşdur. Bu məqsədlə 1992-ci ildə Xəzər Universiteti Kaliforniya və Los-Angeles Universitetləri ilə Universitet Menecmenti sahəsində əməkdaşlığa başlamışdır. Bu əməkdaşlıq proqramı çərçivəsində Xəzər Universitetində “Təhsil və Bilik Çalışmaları Mərkəzi” qurulmuşdur. Sonra Avropa Komissiyasının dəstəyi ilə təhsillə əlaqədar bir başqa mərkəz olan – Akademik Keyfiyyətin Təminatı Mərkəzi - qurulmuşdur

Bundan başqa, Xəzər Universitetinin Təhsil fakultəsinin əməkdaşları Azərbaycanın bölgələrində, eləcə də məcburi köçkünlərin yaşadığı çadır şəhərciklərində müəllimlərin təlimində rol almışlardır. Anoloji olaraq İqtisadiyyat, Biznes Tədqiqatları və Təhsil Mərkəzi qurulmuşdur. Bu mərkəz Bakıda və Azərbaycanın bölgələrində mütəmadi olaraq məktəb müəllimlərinə, təşəbbüskarlara fərqli sahələrdə təlimlər təşkil edir.

2003-cü ildə İbtidai Sinif Müəllimliyi bakalavr ixtisası təklif olunmuşdur. Gənc nəsilləri yetişdirməyin əhəmiyyəti bu ixtisasın quruluşu ilə Universitet tərəfindən daha da qabağa çəkilmişdir.  

2009-cu ildən etibarən isə Təhsil Fakultəsi Azərbaycan Dili və Ədəbiyyatı Müəllimliyi, Riyaziyyat və İnformatika Müəllimliyi, Kimya və Biologiya Müəllimliyi , Tarix və Coğrafiya Müəllimliyi bakalavr ixtisasları fəaliyyətə başlamışdır. Bu bakalavr proqramları departament daxilində biri-birindən bəhrələnən proqramlardır və Riyaziyyat, İnformatika, Kimya, Biologiya, Tarix, və Coğrafiya departamentləri ilə birgə fəaliyyət göstərməkdədirlər.