Tarixi

Dillər və mədəniyyətlər departamenti 2015-cil may ayının 1-də Şərq Dilləri və Dini Araşdırmalar departamenti və Müasir Dillər və Müqayisəli Ədəbiyyat departamentinin əsasında yaradılmışdır. Dillər və mədəniyyətlər departmenti dünya dilləri və mədəniyyətlərini öyrənmə imkanı yaradır. Department alman, fransız, ispan, italyan, rus və digər Qərb dilləri, o cümlədən çin, koreya, türk, ərəb, fars, ivri və urdu kimi Şərq dillərinin tədrisini həyata keçirir. Department həmçinin Şərq və Qərbin qədim və müasir mədəniyyətlərinin tədris və tədqiqi ilə məşğul olur.