Vakansiyalar

Vakansiya: Müəllim axtarılır

Xəzər Universitetinə aşağıdakı departamentlər üzrə tam ştat müəllim heyəti axtarılır:

  • Dillər və ədəbiyyatlar (Azərbaycan dili və ədəbiyyatı)
  • Təhsil
  • Kimya və kimya mühəndisliyi (Kimya)
  • Coğrafiya və ətraf mühit
  • Kompüter elmləri
  • İqtisadiyyat və menecment
  • Fizika və elektronika
  • Neft-qaz mühəndisliyi

Tələblər:

  • Doktorluq dərəcəsi
  • İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti
  • Tədqiqat bacarıqları
  • Sahə üzrə ən azı 3 illik iş təcrübəsi
  • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları

Əsas vəzifələr:

  • Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək
  • Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi
  • Universitet standartlarına cavab verən sillabusların hazırlanması
  • Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması
  • Departament istiqamətinə aid dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək
  • Rəhbərlik tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.

Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini martın 15-nə qədər e-mail ünvanına göndərə bilərlər: contact@khazar.org.


Vakansiya: İşçi axtarılır

Xəzər Universitetinə aşağıdakı departamentlər üzrə tam ştat işçi heyəti axtarılır:

  • Dillər və ədəbiyyatlar (Azərbaycan dili və ədəbiyyatı)
  • Təhsil
  • Kimya və kimya mühəndisliyi (Kimya)
  • Coğrafiya və ətraf mühit
  • Kompüter elmləri
  • İqtisadiyyat və menecment
  • Fizika və elektronika
  • Neft-qaz mühəndisliyi

Əsas tələblər və bacarıqlar:

  • Magistr və ya bakalavr dərəcəsi (xüsusi hallarda)
  • Azərbaycan və ingilis dillərini mükəmməl yazma və ünsiyyət qabiliyyəti (Rus dilini işçi səviyyədə bilmək arzu olunandır)
  • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları
  • Microsoft Office kompüter proqramlarında sərbəst işləmə bacarığı
  • Sənədlərlə işləmək bacarığı
  • Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
  • Departamentin müdiri və koordinatoru tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək

İş təcrübəsi:

1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər).

Qeyd: İşçinin səriştəsindən asılı olaraq, əməkhaqqı komissiya tərəfindən müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini martın 15-nə qədər e-mail ünvanına göndərə bilərlər: contact@khazar.org.


Vakansiya: Müəllim axtarılır

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Mexanika mühəndisliyi departamenti 2019-2020-ci tədris ili üçün Mexanika mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi almış, “Solid Mechanics” və “Manufacturing” fənlərini tədris edəcək namizədlər axtarır. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlanan namizədlər öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova@khazar.org


Vakansiya: Beynəlxalq əlaqələr şöbəsi koordinator axtarır

Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsi koordinator vəzifəsi üzrə vakansiya elan edir.

Minimum tələblər:

  • Bakalavr dərəcəsi;
  • Əla ingilis dili biliyi;
  • Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yaxşı təşkilatçılıq bacarığı;
  • Təfsilatlara fikir vermək, öhdəlikləri vaxtında icra etmək, vaxtı idarə etmək bacarığı;
  • Müstəqil və komanda işinə uyğulaşma, sürətli mənimsəmə bacarığı.

Vəzifə öhdəlikləri aşağıda göstərilmiş, eləcə də, digər bacarıqları ehtiva edir:

  • Əcnəbi tələbələrin qəbulu prosesi;
  • Əcnəbi tələbələrin qəbulunun koordinasiyası;
  • Əcnəbi tələbələrin yönləndirilməsi və fəaliyyətə cəlb edilməsi;
  • Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramının idarə edilməsi;
  • Mevlana Mübadilə Proqramının koordinasiya edilməsi;
  • ·Digər layihə və proqramların icrasında iştirak edilməsi.

Müraciət etmək istəyənlər 2018-ci il oktyabrın 10-dək öz CV-lərini “Coordinator at International Affairs Office” mövzusu ilə aşağıdakı emailə göndərə bilərlər: hr@khazar.org.

Gecikmiş müraciətlər nəzərə alınmayacaq. Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 10 oktyabr 2018-ci il.

 

Beynəlxalq əlaqələr şöbəsi

Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsinin vəzifəsi əcnəbi tələbələrin qəbulu, qeydiyyatı, təlimlərə cəlb edilməsi, müəllim və tələbələr üçün mübadilə proqramları, universitet/təşkilat/Azərbaycandakı xarici səfirliklərlə əməkdaşlıq, eləcə də, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə əməkdaşlıq, o cümlədən, universitetin fəaliyyət çərçivəsində digər layihə və tapşırıqları özündə ehtiva edən beynəlmiləlləşmə strategiyasını hazırlamaq və icra etməkdir. Həmçinin, Beynəlxalq əlaqələr şöbəsi əcnəbi tələbə/tədqiqatçı/qonaqlara bələdçilik və məsləhət xidməti də göstərir. Beynəlxalq əlaqələr şöbəsi haqqında əlavə məlumatı bu link vasitəsilə əldə etmək olar: http://international.khazar.org/


Vakansiya: İnşaat Mühəndisliyi departamenti müəllim axtarır

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, İnşaat Mühəndisliyi departamenti 2018-ci ilin payız semestrində əsas fənlərin (Engineering Drawing, Fluid Mechanics, Foundation Engineering, Architectural Structures, Fundamentals of Steel design, Reinforced Concrete Fundamentals I, Hydraulics, Engineering Seismology) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. İnşaat mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova@khazar.org.


Əlilliyi olan Tələbələr üçün Mərkəz əlilliyi olan tələbələri və məzunları əməkdaşlığa dəvət edir

Hörmətli Xəzər Universitetinin əlilliyi olan tələbələri və məzunları! 

Hazırda iş axtarırsınızsa, CV-lərinizi rmammadova@khazar.org e-mail ünvanına göndərməyiniz xahiş olunur. Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzi bu sahədə Sizə dəstək göstərməyə hazırdır.

Hər hansı bir sualınız olarsa, e-mail və ya (012) 421-10-93 (dax. 234) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 


Vakansiya: Mexanika Mühəndisliyi departamenti müəllim axtarır 

Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, Mexanika Mühəndisliyi departamenti 2018-ci ilin yaz semestrində əsas fənlərin (Fluid Mechanics II, Materials Science, Solid Works, System Dynamics and Control, Dynamics, Theory of Machines, Machine Vibration) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Mexanika mühəndisliyi ixtisası üzrə magistr və doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin akademik işlər üzrə dekan müavini Dr. Fəxrəndə Əlimərdanovaya göndərə bilərlər: falimardanova[at]khazar.org

Son müraciət tarixi 2018-ci il fevralın 15-dir.





Vakansiya: Siyasi elm və beynəlxalq münasibətlər departamenti inzibati köməkçi/laborant vəzifəsinə işçi axtarır

Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamenti inzibati köməkçi/laborant vəzifəsi üçün vakansiya elan edir.

Müraciət edən namizədlər minimum bu tələblərə cavab verməlidirlər:

  • Uyğun ixtisas üzrə minimum bakalavr təhsili;
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməli (rus dili arzu olunandır);
  • Kompüter proqramları və Microsoft Office (Word, PowerPoint, MS Project, Excel) proqramları ilə sərbəst işləmək bacarığı;
  • İntizamlı və məsuliyyətli olmaq və verilən işləri vaxtında və peşəkarlıqla icra etmək bacarığı.

Maraqlananlar, dekabrın 30-dan gec olmayaraq, CV-lərini Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayevə göndərə bilərlər: elmar.mustafayev@khazar.org.






Vakansiya: Kompüter Elmləri və Kompüter Mühəndisliyi departamenti müəllim axtarır 

Data Structures, Computer Organization, Operations Research, Introduction to Theory of Computation, Introduction to Compilers, Operating Systems, Information Security, Computer Graphics) tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi olan şəxslər müraciət edə bilərlər. Mühəndislik və Tətbiqi Elmlər fakültəsində tədris dili ingiliscədir. Maraqlananlar öz CV-lərini Kompüter Elmləri və Mühəndisliyi departamentinin koordinatoru Dr. Məhəmməd Şərifova göndərə bilərlər: msharifov[at]khazar.org

Son müraciət tarixi 2018-ci il yanvarın 31-dir





Vakansiya: Kitabxana-İnformasiya Mərkəzinə kitabxanaçı tələb olunur

Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi kitabxanaçı vəzifəsi üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün kitabxanaçılıq üzrə ali təhsilin olması vacibdir.Kitabxanaçının vəzifələrinə daxildir:

  • istifadəçiləri kitabxananın müxtəlif resursları ilə tanış etmək;
  • kitabxanaya daxil olan informasiya resurslarının qeydiyyatını aparmaq, MARC formatında e-kataloqa daxil etmək;
  • müəllim və tələbə heyətinə elektron biblioqrafik məlumat bazasında axtarışlarda kömək etmək;
  • kitabxana tədbirlərində fəal iştirak etmək;
  • kitabxana işi ilə bağlı gündəlik işləri yerinə yetirmək;
  • digər vəzifələr.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilini mükəmməl şəkildə bilməli, ingilis dilində olan mətnləri başa düşməli, ofis proqramlarında işləməyi, ünsiyyət qurmağı, gərgin iş rejimində işləməyi bacarmalıdırlar. Namizəd məsuliyyətli olmalı, işləri vaxtlı-vaxtında və peşəkarlıqla görməlidir. Müsabiqədə iştirak etmək istəyənlər məktub və CV-ni amiskerli@khazar.org elektron poçt ünvanına göndərsinlər. Son müraciət tarixi 2017-ci il dekabrın 1-dir.


Vakansiya: İngilis dili müəlliminə ehtiyac var

Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamenti 2017-ci il payız semestri üçün “ingilis dili müəllimi” vəzifəsi üzrə vakansiya elan edir. 

Ali məktəblərdə ingilis dilinin tədrisi üzrə ən az 3 illik təcrübəsi olan, dilçilik və ya ingilis dilinin tədrisi sahəsində magistr dərəcəsi olan müəllimlərə üstünlük veriləcək. Maraqlananlar 2017-ci il sentyabrın 1-dən gec olmayaraq, Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinə müraciət edə və CV-lərini göndərə bilərlər: emehdiyev[at]khazar.org




Vakansiya: Mühəndislik və tətbiqi elmlər fakültəsi müəllim axtarır

Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsi, Kompüter elmləri və kompüter mühəndisliyi departamenti 2017-ci il yaz semestri dövründə əsas fənlərin tədrisi üçün vakant yerlərə namizədlər axtarır. Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi olan şəxslər müraciət edə bilərlər. Mühəndislik və tətbiqi elmlər fakültəsində tədris dili ingilis dilindədir. Maraqlananlar öz CV-lərini Mühəndislik fakültəsinin dekanı Dr.Hassan Niknafsa göndərə bilərlər. hniknafs[at]khazar.orgSon müraciət tarixi 2017-ci il yanvarın 31-dir.


Vakansiya:  Rektorun ofis assistenti

Xəzər Universitetində rektorun ofis assistenti vəzifəsinə işçi tələb olunur. Gündəlik işlər:  ofis işləri, sənədlərin idarə edilməsi, qonaqların qarşılaması, tədbirlər və görüşlərin təşkil edilməsi, rektorluqla bağlı digər gündəlik işlərdən ibarətdir.Namizəd Azərbaycan və ingilis dillərində sərbəst danışmalıdır, rus dilini bilənə üstünlük verilir. Namizəd məsuliyytəli olmalı, işləri vaxtlı-vaxtında və peşəkarlıqla görməlidir.Maraqlananlar məktub və CV-ni contact[at]khazar.org-a göndərsinlər (başlıqda “Rector Assistant Application” yazılsın).Son müraciət tarixi 2016-cı il dekabrın 15-dir.




Vakansiya: İngilis dili müəllimi

Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamenti 2016-cı il payız semestri üçün yarımştat ingilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Müraciət edənlərin dilçilik və ya ingilis dilinin tədrisi sahəsində magistr dərəcəsi olmalıdır.

Ali məktəblərdə ingilis dilinin tədrisi üzrə ən az 3 illik təcrübəsi olanlara üstünlük veriləcək.

Maraqlananlar Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinə 2016-cı il iyulun 10-dan gec olmayaraq müraciət edə və CV-lərini göndərə bilərlər: zqurbanova[at]khazar.org.



Kompüter müəllimi üzrə vakansiya elan olunur

Xəzər Universiteti Kompüter elmləri departamenti kompüter müəllimliyi üzrə vakansiya elan edir. Namizədlər arasında müsabiqə keçiriləcək. Müsabiqə ölkədaxili namizədlər üçün nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək üçün namizədlərdən aşağıdakı şərtlər tələb olunur:


  • İxtisas üzrə ən azı magistratura diplomunun olması;
  • Elmi tədqiqat bacarığının olması;
  • İngilis dilində tədris bacarığının olması.

Əlavə məlumat almaq üçün bu e-mail-ə müraciət edə və CV-nizi göndərə bilərsiniz: jmehri@khazar.org.

 Vakansiyaya son müraciət tarixi Sentyabrın 1-idir



İqtisadiyyat və Menecment Departamenti- Maliyyə Bölməsinin Koordinatoru

İş barədə məlumat

  • Təhsil proqramlarının və iş sxemlərinin, o cümlədən departament sənədlərinin hazırlanmasında departament müdirinə kömək etmək.
  • Departamentin ixtisas sahələri ilə bağlı fəaliyyətlərin və tədbirlərin planlaşdırılması və həyata keçirilməsində departament müdirinə kömək etmək.
  • Müxtəlif təhsil proqramları ilə bağlı məlumat toplamaq və ilkin təhlil etmək.
  • Bakalavr və magistr proqramlarında maliyyə fənlərini tədris etmək.
  • Müəllimlər ilə ünsiyyət saxlamaq və fənn üzrə işçi tədris proqramlarını toplamaq.
  • Departamentdə yerinə yetirilən elmi-tədqiqat işlərində iştirak etmək və tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallarda dərc etmək.
  • Departament müdiri tərəfindən tapşırılan vəzifələri yerinə yetirməklə departamentin ümumi idarə olunmasına kömək etmək.

Tələblər


  • Maliyyə/Mühasibat sahəsi üzrə fəlsəfə doktoru dərəcəsi (və yaxud bitirmək üzrə).
  • Əla səviyyədə ingilis dili (danışıq və yazılı).
  • Yaxşı kompyuter bacarıqları (o cümlədən, məlumat bazasını idarə etmə bacarığı).
  • Yaxşı şifahi və yazılı ünsiyyət qurmaq və səmərəli işləmək bacarıqları.
  • Sərbəst şəkildə işləmək və təşəbbüs göstərmək bacarığı.
  • Müsbət düşüncəyə və ozünü motivasiya etmək xüsusiyyətinə malik olmaq.
  • Vaxt və stress idarəetmə bacarığı.
  • Kolleqiallıq: güclü iş əlaqələri və müsbət iş mühiti yarada bilmək bacarığı, hörmətcil, komandada işləmə bacarığı.

İşə başlama tarixi: 2016-cı ilin sentyabr ayı.

Müsabiqədə iştirak etmək üçün maraqlanan namizədlərdən tərcümeyi-hal, rəy (rəy verən 3 şəxsin əlaqə məlumatları) və motivasiya məktublarını İqtisadiyyat və Menecment Departamentinin müdiri Dr. Ceyhun Məmmədova göndərmələri xahiş olunur: jmammadov@khazar.org



Fars dili müəllimi üzrə dosent vəzifəsi vakansiyası 

Xəzər Universiteti Dillər və mədəniyyətlər kafedrası fars dili müəllimi üzrə dosent vəzifəsi vakansiyası (1 yer) üçün müsabiqə elan olunur. Müsabiqə daxili namizədlər üçün nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı şərtlər tələb olunur:


  • İxtisas üzrə fəlsəfə doktoru elmi adı;
  • İxtisas üzrə 5 il pedaqoji staj;
  • Elmi tədqiqat bacarığı.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq, 30 gün müddətində Xəzər Universiteti “Neftçilər” kampusunda  (506-cı otaqda) qəbul edilir.

Tələb olunan sənədlər:


  • Şəxsiyyət vəsiqəsi;
  • Diplomların surəti;
  • Elmi əsərlərin siyahısı.

Əlavə məlumat üçün bu nömrələrlə əlaqə saxlamaq olar:

Tel: +994 12 421 7916 (215);

Fax: +994 12 498 93 79.

Sənədlərin qəbulu komissiyası


Vakansiya: Tam ştat müəllim axtarılır

Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamenti tam ştat müəllim vəzifəsinə vakansiya elan edir.

Tələblər:

  • Siyasi elmlər/Beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsi;
  • İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti;
  • Tədqiqat bacarıqları;
  • Departamentin fəaliyyət sahəsi üzrə ən azı 3 illik iş təcrübəsi;
  • Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları.

Əsas vəzifələr:

  • Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi;
  • Universitet standartlarına cavab verən sillabusların hazırlanması;
  •  Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması;
  • Departament koordinatoruna siyasi elmlər, beynəlxalq münasibətlər ilə bağlı dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək;
  • Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək;
  • Departamentin koordinatoru tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini bu E-mail ünvanına göndərə bilərlər: elmar.mustafayev@khazar.org. Müraciət edənlərin “Mövzu” hissəsinə vəzifənin adını (“Tam ştat müəllim”) qeyd etməsi tövsiyə olunur.

Film about Khazar University