Ən çox soruşulan suallar


Beynəlxalq tələbə üçün təhsil haqqı nə gədərdi?

Təhsil haqqı ildə 5000 USD  təşkil edir.

 

Beynəlxalq tələbə olaraq tələbə vizası üçün necə müraciət etməliyəm?

Tələbə vizası əldə etmək üçün, öz ölkənizdə yerləşən Azərbaycan Səfirliyinə və ya Konsulluğuna müraciət etməlisiniz. Əgər ölkənizdə Azərbaycan Səfirliyi yoxdursa Beynəlxalq Əlaqələr Ofisindən uyğun Səfirliyə yönəltmələrini xahiş edin.

Vizanın alınması kifayət qədər uzun müddətli (adətən bir aydan çox) proses olduğu üçün viza sənədlərini gəlməmişdən bir ay əvvəl verməyiniz məsləhətdir.

 

Universitetin tədris dili nədir?

Xəzər Universitetin tədris dili İngilis dilidir.

 

Sənədləri necə təqdim edə bilərəm?

Siz sənədləri poçt vasitəsilə və ya skan olunmuş nüsxələrini electron şəkildə göndərə bilərsiniz. Buna baxmayaraq, elektron müraciətlər daha çox arzuolunandır.

 

Akademik proqramlar haqqında məlumatı necə əldə edə bilərəm?

Siz bir fakültə haqqında məlumatı Xəzər Universitetin vebsayti vasitəsi ilə əldə edə bilərsiz.


Xəzər Universitetinə nə zaman gəlməliyəm?

 Ölkəyə daxil olmaq üçün son tarix 7 sentyabrdır.

 

Yaşayış yeri ilə təmin olunmaq üçün nə etməliyəm?

Beynəlxalq Əlaqələr Ofisi istəyiniz əsasında sizə yaşayış yeri tapmaqda kömək edə bilər. Nəzərinizə çatdırırıq ki, kirayə haqqını Universitet ödəmir.

 

Təhsil aldığım müddətdə işləyə bilərəm?

Tələbə vizası əyani təhsil almağınız üçün verilir və bu səbəbdən siz heç bir iş yerdə çalışa bilməzsiniz.

 

Universitetdə təhsil aldığım müddətdə vizanın müddətini necə artıra bilərəm?

Sizin gəlişinizdən əvvəl tələbə vizanız 1-3 ay müddətində yararlı hesab olunur. Viza müdətinin bitməsindən bir ay əvvəl siz vizanı 6 ay və ya  1 il müddətinə artırılması üçün sənəd təqdim etməlisiniz.