Xəzər Universiteti Beynəlxalq Təqaüd Proqramıyeni

2017-2018

Xəzər Universitəsi Əcnəbi Tələbələr üçün Təqaüd proqramı 

Müraciət üçün son tarix: 17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Şənbə, 15 Aprel, 2017-ci il


 I. Proqram Bəyanatı

Xəzər Universitəsi Cənubi Qafqazda təlim dilinin İngilis dili olduğu beynəlxalq təhsil proqramlarını həyata keçirməyə başlayan ilk özəl universitetdir. Xəzər Universitəsi öz siyasəti və xidmət öhdəlikləri çərçivəsində heç bir məhdudiyyət olmadan bütün ölkələrin vətəndaşlarına aid olan 2017-2018-ci illər üçün Xəzər Universitəsi Beynəlxalq Təqaüd Proqramını (daha sonra KUISP (Khazar University International Scholarship Program) kimi istinad olunur) bəyan etməkdən qürur duyur.

II. Əsas Prinsiplər

Proqramın əsas prinsipləri aşağıdakılardır:

-   Bütün xarici vətəndaşlar KUISP proqramına müraciət edə bilərlər. 

-   KUISP proqramı Xəzər Universitəsinin bütün fakültələri üzrə potensial tələbələri üçün açıqdır: Mühəndislik və Tətbiqi Elmlər fakültəsi, İqtisadiyyat və Menecment fakültəsi, Humanitar və Sosial Elmlər fakültəsi və Təhsil fakültəsi.

-  Bakalavr, magistratura, doktorluğa namizədlər KUISP proqramına müraciət edə bilərlər

-  Bütün təhsil xərclərini ödəyəcək iki təqaüd hər il Xəzər Universitəsinə müraciət edən hər bir ölkənin vətəndaşlarına veriləcək.

-  Təqaüd bir il müddətinə nəzərdə tutulub, lakin bu müddət təqaüd alanın akademik fəaliyyətinə əsasən uzadıla bilər.

-  Təqaüd tam proqram müddətində bütün təhsil xərclərini əhatə edir, lakin yaşayış və səyahət xərcləri bura daxil deyil.

-  Xəzər Universitəsi qəbul olunmuş ərizələrin qiymətləndirilməsi ilk öncə sənədlərin nəzərdən keçirilməsi, daha sonra isə Skype müsahibəsi vasitəsilə həyata keçirir. Təfərrüatlar və seçim müddəti KUISP proqramının vaxt cədvəlində göstərilib. (IV hissə)

III. Uyğunluq kriteriyaları

Uğurlu namizəd aşağıdakı meyarlara uyğun olmalıdır:

-   Əvvəlki təhsil pilləsində (ali məktəb, bakalavr və ya magistr proqramları) yüksək akademik fəaliyyət göstəricisi

-  Yüksək İngilis dili bacarığı. Standartlaşmış İngilis dili test balları məcburi deyil. Lakin belə test balları (etibarlı TOEFL və IELTS balları: etibarlılıq müddəti bitmiş ballar qəbul edilmir) olan namizədlərin rəqabət üstünlüyü olacaq. Əsas tədris dilinin İngilis dili olduğu ali məktəblərin, Beynəlxalq Bakalavr dərəcəsi və ya diplomuna sahib olanların İngilis dil bacarıqlarını sübut edən sənədlərə ehtiyacı yoxdur.

-  Xəzər Universitəsində oxumaq üçün həvəsli olmaq

-  Yaxşı ünsiyyət bacarığı

IV.  Müraciətin və seçimin vaxt cədvəli

KUISP proqramı hər il hazırlanan və təsdiqlənən plan əsasında həyata keçirilir. Tətbiq etmə, vaxt və tətbiq edən orqanlar aşağıdakı cədvəldə dəqiq göstərilmişdir:

Fəaliyyət

Tarix

Təsvir

Qəbul elan olunur

Dekabr

2016-cı il

Xəzər Universiteti 2017-2018-ci dərs ili üçün qəbulun açılmasını elan edir.

KUISP proqramının elan edilməsi

Dekabr, 2016

Elan Xəzərin veb-saytında, Beynəlxalq Əlaqələr Ofisinin Facebook səhifəsi, xaricdəki partnyor universitetlərin veb-saytları yerləşdiriləcəkdir.

Müraciət üçün son tarix

17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Şənbə, 15 Aprel, 2017-ci il

Müraciətlər e-mail vasitəsi ilə təqdim edilə (bütün tələb olunan sənədlər skan edilməlidir) və ya poçtla göndərilə bilər.

Qiymətləndirmə və seçim

Aprel – May, 2017

Universitet tərəfindən yaradılan və Beynəlxalq Əlaqələr Ofisi tərəfindən idarə olunan Seçim Komitəsi təqaüd mükafatı haqqında qərar verəcək.

Seçim nəticələrinin elan edilməsi

İyunun ortası, 2017

Seçim nəticələri email vasitəsilə namizədlərə və partnyor təşkilatlara (səfirliklər, universitetlər və s.) göndəriləcək.


V. 
Təqaüd üçün müraciətin mərhələləri 

KUISP proqramına müraciət etmək üçün, ərizəçi aşağıdakı formaları doldurub təhvil verməlidir:


  1. Xəzər Universitəsinin qəbul üçün ərizə forması (ərizə formasında göstərilən bütün tələb olunan sənədlərlə birlikdə)
  2. KUISP proqramının ərizə forması

Ərizə formaları Xəzər Universitəsinin internet səhifəsindən  yüklənə bilər:

http://www.khazar.org/az/menus/496/nece_muraciet_etmeli_sup_style_color_red_yeni_sup_

 

Tamamlanmış ərizələr Beynəlxalq Əlaqələr Ofisinə email ya poçt vasitəsi ilə göndərilməlidir.

Elektron müraciətlər daha çox arzuolunandır.

Email:

Poçt:

international@khazar.org

(zəhmət olmasa, bütün tələb olunan sənədlərlə birlikdə özünüzün tamamlanmış KUISP ərizə formasını və Xəzər Universitəsinin qəbul üçün ərizə formasını göndərin)

Xəzər Universitəsi

Beynəlxalq Əlaqələr Ofisi

Məhsəti küçəsi  41

Bakı AZ1096 Azərbaycan

 


VI. Müraciət üçün son tarix

Gec və ya tamamlanmamış ərizələr nəzərə alınmayacaq.

Müraciət üçün son tarix 17:00 (5:00 PM) (Bakı vaxtı ilə), Şənbə, 15 Aprel, 2017-ci ildir.


VII. Əlaqə məlumatı

KUISP proqramı haqqında istənilən sualla Beynəlxalq Əlaqələr Ofisinə müraciət edə bilərsiniz:

Tel.: (+994 12) 421 79 16 (daxili 240)

Tel.: (+994 12) 421 17 08

Email: international@khazar.org