İkili Müqavilə əsasında Tələbə Mübadiləsi


Tələbə mübadilə proqramları

İkitərəfli müqavilə əsasında tələbə mübadiləsi proqramı

Tələbələr təhsil haqqını öz təhsil müəssisələrinə ödəyəcəklər. Tələbələri qəbul edən universitetlər heç bir ödəniş haqqı tələb etməyəcəklər. Tələbələr özləri səyahət, yaşayış, sağlamlıq, sığorta və digər xərclərə görə məsuliyyət daşıyır.

Kimlər müraciət edə bilər:

  • Bakalvr pilləsinin I kursunu, magistratura pilləsinin I semestrini bitirmiş tələbələr
  • Minimum 80 GPA olan tələbələr
  • İngilis dil bilikləri olan tələbələri

Seçim mərhələsi:

  • Mübadilə proqramı haqqında elan
  • Tələbələr ərizə formasını Beynəlxalq Ofisə təqdim edirlər. İlk seçim mərhələsindən sonra yalnız seçilmiş namizədlər müsahibə mərhələsinə buraxılır.  Application Outgoing Students
  • Müsahibə Beynəlxalq Ofis numayəndəsini və müvafiq fakultənin dekani tərəfindən aparilır.
  • Seçim nəticələri elan olunur. 


Gələn tələbələr

Mübadilə proqramı əsasında Xəzər Universitetinə gəlmək arzusunda olan tələbələr öz universitetlərinə (əgər əməkdaşlıq müqaviləsi mövcuddursa), və ya birbaşa Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Ofisinə müraciət edə biklərlər.

Ərizə formasını yüklə