Dost Tələbə Proqramı


Dost Tələbə Proqramı vasitəsi ilə yeni mədəniyyətləri öyrən və yeni dostlarla tanış ol! 


          

Əgər sən:

  • Müxtəlif mədəniyyətlər haqqında öyrənmək
  • Müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq
  • Beynəlxalq konfranslarda iştirak etmək
  • İngilis dilini mükəmməlləşdirmək
  • Azərbaycan mədəniyyətini və tələbə hayatını beynəlxalq tələbələrlə paylaşmaq

 İstəyirsənsə o zaman  bizim Dost Tələbə Proqramı məhz Sizin üçündür!

Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Ofisi aşağıdakı bacarıq və qabiliyyətlərə cavab verən tələbələrin axtarışındadır:

  • Çalışqan ,savadlı və ünsiyyətcil
  • Gələcək hədəfləri olan
  • İngilis dilində danışa bilən
  • Dərslərində yaxşı nəticələr göstərən

 Tələbələr Beynəlxalq Əlaqələr Ofisinə aşagıdakı hallarda kömək edəcəklər:

  • Beynəlxalq tələbələrin və xarici qonqaların yerləşdirilmək
  • Beynəlxalq tələbələrin Azərbaycan təhsilin və həyatını başa düşüb uyğunlaşmasına dəstək olmaq
  • Müxtəlif ictimai tədbirləri  təşkil etmək
  • Digər işlərdə köməklik göstərmək

 Əgər sən Dost Tələbə Proqramı-nda iştirak etmək istəyirsənsə öz CV ni və motivasiya məktubunu bizə göndərə və ya ofisimizə gətirə bilərsən. 


Əlaqə: Beynəlxalq Əlaqələr Ofisi Xəzər Universiteti, 

Neftçilər kampusu 41 Məhsəti küç. Bakı, AZ1096, Azərbaycan

Tel: (+994 12) 421 79 16 (240)

E-mail: international@khazar.org