Haqqımızda


Beynəlxalq Əlaqələr Ofisinə Xoş Gəlmişsiniz!

Xəzər Universitəsinin Beynəlxalq Əlaqələr Ofisinin missiyası Universitəsinin beynəlxalq əlaqələrini koordinasiya etmək və inkişaf etdirməkdən ibarətdir.

Beynəlxalq Əlaqələr Ofisi tələbə qəbulu prosesi daxil olmaqla universitetin ümumi beynəlxalq strategiyasında,  tələbə mübadiləsində və  universitetlərlə eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində əsas rol oynayır. Beynəlxalq Əlaqələr Ofisi həmçinin beynəlxalq tələbələrə və mütəxəssislərə müvafiq olaraq məsləhət  verir və kömək göstərir.

Bizim əsas rolumuz bu və digər vəzifələrdən ibarətdir:

  • Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq sazişlərinə təşəbbüs göstərilməsi və idarə olunması;
  • Universiteti bir sıra beynəlxalq və yerli konfranslarda eləcə də müxtəlif tədbirlərdə təmsil etmək;
  • Erasmus Mundus, Mevlana kimi mübadilə proqramlarını koordinasiya etmək;
  • Universitetlərarası tələbə mübadiləsini koordinasiya etmək;
  • Beynəlxalq tələbələrə, mütəxəsislərə və qonaqlara müvafiq xidmət göstərmək;
  • Beynəlxalq tələbələrin Azərbaycanda statuslarının legallaşdırılmasına kömək göstərmək;

Beynəlxalq Əlaqələr Ofisi təhsil, tədqiqat, təlim və s. məqsədilə universiteti ziyarət edən əcnəbilərə tam mənada köməklik göstərir. Bu sahəyə daxildir:

  • Viza məktublarının təmin olunması
  • Gəlişin planlaşdırılması
  • Yaşayış yeri ilə bağlı məlumatlandırma
  • Migrasiya məsləhətləri
  • Uyğunlaşma proqramları
  • Əsaslı səbəbdən elmi müddətin uzadılması
  • Fövqəlada hallarda və ya gözlənilməz migrasiya probremləri zamanı məsləhətləşmə.

Əgər sən qeyd olunan məsələlərdə maraqlı olan beynəlxalq tələbəsənsə:

  • Xəzər Universitəsində tam elmi dərəcə üzrə təhsil almaq
  • Xəzər Universitəsində mübadilə proqramı cərçivəsində təhsil almaq
  • Ən azı bir semestr xaricdə təhsil

Biz sənin üçün daha  maraqlı məqamları kəşf etməkdə uyğun məkanıq.

Beynəlxalq müraciətlər və  mübadilə tələbələri haqqında  ətraflı məlumat əldə etmək üçün internet səhifəmizə və ya birbaşa bizə müracət edə bilərsiniz .

Mübadilə tələbələri 

Bizə müraciət