Məsləhətləşmə

                                   

Məsləhətləşmə  nədir?

 Məsləhətləşmə görüşləri tələbələri lazımi məlumat və resurslarla təmin etməklə onların professional inkişafına kömək olur. Bu görüşlər onlarda özünü qiymətləndirməyə, məqsədə doğru getməyə, iş axtarış strategiyalarına, CV yazmağa və effektiv müsahibə verməyə xidmət edir.

 

Görüş

30 dəqiqədən çox görüş təyin etmək üçün, bazar ertəsindən cümə gününə qədər hər gün  10:00dan 05:00-a qədər  öncədən zəng və ya e-maillə   müraciət edə bilərsiniz. Siz bizə məqsədinizi bildirməlisiniz (bu sizə iş və təcrübə axtarışında kömək olacaq). Bu görüşlər karyeranızın qurulması / təcrübə / iş axtarışları, müsahibələr  haqqında dərin suallarınıza cavab tapmağınız üçün əla fürsətdir.

 

Sualınız var?

10 dəqiqəlik görüş təyin etmək üçün, bazar ertəsindən cümə gününə qədər hər gün  10:00dan 05:00-a qədər müraciət edə bilərsiniz. ( bayram və tətil günləri istisnadır) Öncədən qeydiyyata ehtiyac yoxdur.

 

Universitetdən uzaqdasan?

Xaricdə və ya kampusdan uzaqsınızsa, Skype və ya telefon vasitəsilə bizimlə əlaqə yarada bilərsiniz.

 

Skype: khazar.career.center

Tel: 00994 12 421 7916 (212)

İş saatları: 9.00- 18.00, Bazar ertəsi-Cümə

  

Unutmayın! Məsləhətləşmə, gizliyinizi və təhlükəsizliyinizi  dəstəkləyir. Biz sizin şəxsi dəyərlərinizə  və unikallığa hörmət edirik.