Keyfiyyətin təmin olunmasında universitet idarəçiliyi

Universitetin Elmi Şurası (Direktorlar və Qəyyumlar Şurası, Rektorluq, Dekanlar, akademik departament və professor-müəllim heyətinin nümayəndələri və tələbələr) - təhsil prosesinin ümumi strategiyası, təhsilin yeni sahələrində, tədris proqramlarının hazırlanmasında və keyfiyyətin  təminatında qərarların qəbul edilməsi məsələlərinə nəzarət edir.

Elmi tədqiqatlar şöbəsi - tədris proqramlarının işlənməsi, təhlili və təsdiq olunması (hər ilin əvvəllində yenilənir), təhsil proqramlarının həyata keçirilməsi və  onların məzmunun təhlili, tədris prosesinə metodoloji dəstək və nəzarət olunmasını həyata keçirir.

Keyfiyyətin Təminatı Mərkəzi - təhsil fəaliyyətinə nəzarət, daxili yoxalamaların aparılması, təhsilin perspektivli sahələrinin tövsiyə olunması, əmək bazarının təhlili və s. kimi məsələləri həyata keçirir.