Tarixi

Xəzər Universiteti Keyfiyyətin Təminatı Mərkəzi 1999-ci ildə  Nottinqem Trent Universiteti (Böyük Britaniya) və Haarlem Universitetinin (Hollandiya) birgə əməkdaşlığı ilə həyata keçirilən TEMPUS proqramının  "Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin inkişafı" layihəsi (1999-2001)  çərçivəsində yaradılmışdır.

2008-ci ildə TEMPUS proqramının "Azərbaycan universitetlərində təhsildə keyfiyyətin təminatı sistemlərinin yaradılması" layihəsi çərçivəsində Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində Keyfiyyətin Təminatı mərkəzləri yaradılmaqla Xəzər Universitetində Keyfiyyətin Təminatı Mərkəzinin fəaliyyəti genişləndi. Vinçester Universiteti (Böyük Britaniya), III Karlos Universiteti (İspaniya) və Varşava Universiteti (Polşa) ilə sıx əməkdaşlıq keyfiyyətin təminatında təlim, nəzarət və mütəxəssis dəstəyi ilə nəticələndi. Digər ali məktəblər (Harvard Universiteti, Kaliforniya / Los Ancels Universiteti, Princeton Universiteti, və s) və Xəzərin professor-müəllim heyəti arasında bu sahədə əməkdaşlıqlar, məsləhətləşmələr davam edir.