Bakalavr proqramı


Mühəndislik və tətbiqi elmlər fakültəsi dörd il ərzində mühəndislik və tətbiqi elmlərin muxtəlif sahələrində təhsilini müvəffəqiyyətlə başa vuran tələbələrə bakalavr dərəcəsi verir.Bakalavr dərəcəsi üçün tədris planının tələbi minimum 128 krediti toplamaqdan  ibarətdir. Yüksək nəticə  əldə etmək üçün tədris müddətində fakültə tərəfindən təsdiqlənən yay təcrübəsi keçmək tələb olunur.Fakültə bu sahələr üzrə bakalavr dərəcə proqramını təklif edir:

  • Kompüter elmləri;
  • Kompüter mühəndisliyi;
  • Neft və qaz mühəndisliyi;
  • İnşaat mühəndisliyi;
  • Elektronika, Telekommunikasiya və Radio mühəndisliyi;
  • Kimya mühəndisliyi;
  • Biotibbi mühəndislik.

Fakültə  tərəfindən təklif olunan ixtisasların sahəsi, məqsədləri və dərəcə tələbləri aşağıda verilmişdir.Universitetin tələbləriÜmumtəhsil tələbləriİxtisas tələbləriUniversitet tələblərinə ümumi sayı 27 kredit olan iki əsas komponentlər daxildir.İngilis dili üzrə 15 kredit daxildir: 
 
• Dinləmə / Oxu 1 (3 kredit)
• Danışıq / Yazı 1 (3 kredit)
• Dinləmə / Oxu 2 (3 kredit)
• Danışıq / Yazı 2 (3 kredit)
• Xüsusi məqsədlər üçün İngilis dili (3 kredit) 

Azərbaycan dili tədrisində 12 kredit daxildir: 
• Azərbaycan dili və tərkibi (3 kredit) 
• Azərbaycan ədəbiyyatı (3 kredit) 
• Azərbaycan mədəniyyəti (3 kredit) 
• Azərbaycan tarixi (3 kredit) Ümumi Təhsil tələbləri minimum 21 kredit formalaşdıran üç komponentdən ibarətdir.• Humanitar 
• Sosial Elmlər 
• Elm və Texnologiya
Humanitar elmlərə Ədəbiyyat, Dil və Dilçilik, Fəlsəfə, Tarix, Mədəniyyət və Sivilizasiya, İncəsənət və İncəsənət tarixi daxildir. Tələbələr ən azı minimum 6 kreditli iki dərs götürməlidir.Sosial Elmlərə Coğrafiya, Siyasi Elmlər, Beynəlxalq Münasibətlər, Hüquq və İdarəetmə, Antropologiya, İqtisadiyyat, Sosiologiya və Psixologiya aiddir.Tələbələr minimum 6 kreditli ən azı iki dərs götürməlidir (İqtisadiyyata Giriş fakültə tərəfindən tösiyyə olunur).Əsas dərslərdən və anketlərdən minimum 74 kredit toplamaq əsas tələblərə  daxildir.Seçmə fənlər: tələbələr ən azı, minimum 6 kreditli iki əlavə dərs götürməlidir. 



Kompüter Elmi- kompüter üzrə peşəkar təlim almaq istəyən, ancaq kompüterin sistem qurğularını  öyrənməyə güclü marağı olmayan tələbələr üçün nəzərdə tutulmuşdur. 
Kurikulum çərçivəsində proqram mühəndisliyi, proqramlaşdırma dillərinin prinsipləri, verilənlərin strukturları, yüksək səviyyəli proqramlaşdırma dilləri, əməliyyat sistemləri, kompüter modelləşdirilməsi, kompüter şəbəkələri, süni intellekt və s mövzusunda fənlər keçirlər.Bu proqramın məqsədi tələbələri təhsilin növbəti pilləsinə hazırlamaq, eləcə də  onlara biznes,  sənaye və qeyri-sənaye sahələrində işləmək üçün lazımi biliklərin verilməsidir.
 Qeyd: Fakültə digər alternativ fənlər  təklif edə bilər  


Bu ixtisas əsasən tələbələrdə kompüterin proqram və sistemlərini dizayn, analiz və istifadə etmək bacarığını öyrədir.  Tələbələr kompüter sistemlərinin məntiqi dizayn, kompüter sistemi arxitekturasi, verilənlər strukturu, alqoritmlər, əməliyyat sistemi anlayışı və həm mühəndislik və qeyri-mühəndislikdə avadanlıq və proqram təminatı sistemlərinin tətbiqi kimi bütün əsas aspektlərini öyrənir. Tələbələr kompüter mühəndisliyi biliklərini dövrə nəzəriyyəsi, siqnal və sistemlər, elektron sxemlər və dizayn, inteqral sxemlər və qurğuların istifadəsi kimi müvafiq elektrotexnika  biliklərilə genişləndirir. 
Qeyd: Fakültə digər alternativ fənlər  təklif edə bilər   


Nеft-qaz mühəndisliyi iхtisаsı, neft və qazın layda süzülməsi, nеft və qаz quyulаrının qаzılmаsı və nеftin çıхаrılmаsı, nеft və qаz yаtаqlаrının işlənməsi, quyu məhsulunun yığılmаsı və nəqliyyаtа hаzırlаnmаsı və s. məsələlərlə sıх əlаqədаrdır.Аzərbаycаn çох zəngin və qədim tаriхi ənənələrə mаlik böyük nеft sənаyеsi оlаn ölkədir.Hаzırdа bir çох bеynəlхаlq nеft şirkətləri Bаkıda fəаliyyət göstərir və bu işbirliyi tələbələrə və məzunlаrа işlə təmin оlunmаq üçün gеniş imkаnlаr yаrаdır.Nеft mühəndisliyi üzrə tədris plаnı məzunlаrın nеft sənаyеsində işləməsi üçün nеft mühəndisliyi еlmləri üzrə fənlərin tədrisini nəzərdə tutur. Gеоlogiya fənləri nеft yаtаqlаrının fоrmаlаşmаsı üçün strukturlаrın tələb оlunаn gеоlоji-fiziki хаssələrini və nеft və qаzın lаylаrdа tоplаnmаsının əlvеrişli gеоlоji şərаitini аrаşdırır.Tələbələr nеft və qаz yаtаqlаrının işlənməsinin nəzəri əsаslаrın, eləcə də kоmpütеr еlmlərinin nеft mühəndisliyi prоblеmlərinə tətbiqi məsələlərini geniş şəkildə öyrənirlər. Bütün bunlarla yanaşı tələbələr nеft və qаzçıхаrmа mədənlərində yay təcrübəsi də kеçirlər.

Qeyd: Fakültə digər alternativ fənlər  təklif edə bilər   


İnşaat mühəndisliyinin tədrisi  tələbələri qüsursuz peşəkar təhsillə təmin etmək üçün nəzərdə tutulub. Əsas elmlərlə əlaqəli dərsləri bitirdikdən sonra tələbələrə Tətbiqi mexanika, Hidravlika, Geodeziya, Materiallar, İnşaat mühəndisliyi və s dərsləri təklif olunur. Dərəcə əldə etmək üçün tələbələrə praktiki təcrübə və xüsusi olaraq yay təcrübəsi götürmək tələb olunur. Seçmə fənlərin təklifi tələbələrə xüsusi sahələrdə öz biliklərini inkişaf etdirməyə imkan verir.
 Qeyd: Fakültə digər alternativ fənlər  təklif edə bilər   


Elektronika, Telekommunikasiya və Radio mühəndisliyinin tədrisi  tələbələri qüsursuz peşəkar təhsillə təmin etmək üçün nəzərdə tutulub. Əsas elmlərlə əlaqəli fənləri tədrisindən sonra tələbələrə ixtisasla bağli dərslər təklif olunur. Dərəcə əldə etmək üçün tələbələrə praktiki təcrübə və xüsusi olaraq yay təcrübəsi götürmək tələb olunur. Seçmə fənlərin təklifi  tələbələrə xüsusi sahələrdə öz biliklərini inkişaf etdirməyə imkan verir.  
Qeyd: Fakültə digər alternativ fənlər  təklif edə bilər