Proqramlar və dərəcələr


Mühəndislik və Tətbiqi Elmlər fakültəsi müxtəlif elmi və professional dərəcə proqramlarını təklif edir:



  • Kompüter elmləri (Bakalavr, Magistr və Fəlsəfə doktoru (Ph.D.) proqramları)

  • Kompüter mühəndisliyi (Bakalavr, Magistr və Fəlsəfə doktoru (Ph.D.) proqramları)

  • Neft və qaz mühəndisliyi (Bakalavr, Magistr və Fəlsəfə doktoru (Ph.D.) proqramları)

  • İnşaat mühəndisliyi (Bakalavr proqramı)

  • Elektronika, Telekommunikasiya və Radio mühəndisliyi (Bakalavr proqramı)

  • Riyaziyyat (Fəlsəfə doktoru (Ph.D.) proqramı)

  • Biotibbi mühəndislik (Bakalavr proqramı)

  • Kimya mühəndisliyi (Bakalavr proqramı)



Mühəndislik və tətbiqi elmlər fakültəsi müxtəlif  ixtisaslar üzrə  bakalavr, magistr və doktor (Ph.D.) proqramları təklif edir.

Bakalavr  proqramlari orta məktəb məzunları üçün nəzərdə tutulur və  tələbələrə mühəndislik və tətbiqi elmlər ilə əlaqədar əsas biliklər verərək onları universiteti bitirdikdən sonra müvafiq sahələrdə müvəffəqiyyətlə işləmək və həmçinin də yüksək səviyyəli təhsil almaq üçün hazırlayır.

Magistr  proqramları mühəndislik və tətbiqi elmlər sahəsində müasir elmi, texniki, iqtisadi və bazar problemlərini dərindən öyrənərək həll etmək istəyən mütəxəssislər üçün nəzərdə tutulur.

Fəlsəfə doktoru (Ph.D.) proqramları mühəndislik və tətbiqi elmlərin müxtəlif sahələrində gələcək fəaliyyətlərini daha da inkişaf etdirmək arzusunda olan və dərin elmi tədqiqatlara maraq göstərən mütəxəssislər üçündür.

Müasir mühəndislik və digər əlaqədar sahələrdə müəyyən idarəçilik bilikləri də tələb olunur. Bu sahədə həmin tələbatı ödəmək məqsədi ilə fakültənin tələbələri üçün iqtisadiyyat, menecment və marketinq üzrə müvafiq fənlər təklif olunur.

Bu proqramların həyata keçirilməsi üçün fakültənin professor-müəllim heyətinin fəaliyyətinin müasir standartlara cavab verməsi, onların peşəkar təcrübəsi, beynəlxalq qurumlar və təşkilatlarla müxtəlif  əlaqələrinin olması zəruridir. Bu proqramlar müasir standartların yalnız tədqiqat və təhsildə deyil, eyni zamanda texniki, iqtisadi, sosial və digər sahələrdə də müvəffəqiyyətlə həyata keçirilməsini nəzərdə tutur.