Tarixi

1990-ci il dekabrın 20-də yaradılması üçün hazırlıq işləri görülməsi haqqında Nazirlər Soveti 286 saylı sərəncam vermişdir.

1991-ci il martın 18-də Nazirlər kabinetinin 41 saylı qərarı ilə ölkəmizdə müxtəlif sahələr üzrə yüksək ixisaslı və ingilisdilli kadrlara olan ehtiyacı ödəmək məqsədilə yaradılmışdır.

10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan və ekspertizadan keçmişdir.

4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan və ekspertizadan keçmişdir.

2010-cu il sentyabrında Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırma ilə əlaqədar araşdırma aparılmış və fevral ayının 15-də növbəti beş il üçün Xəzər universitetinə (070976 saylı) və ayrıca onun nəzdində olan Dünya məktəbinin fəaliyyətinə lisenziya (070977 saylı) verilmişdir.

Təhsil Nazirliyinin akkreditasiya şurasının qərarına əsasən Nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 nömrəli əmri ilə növbəti 5 il müddətinə akkreditə olunmuşdur.

Xəzərin sorağında

Hamlet Isaxanlı

Xəzər Universitetinin yaradılması və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər buraxmışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam. Ümid edirəm ki, "Xəzər"in sorağında keçirdiyim günləri yenidən və sizinlə bərabər yaşayacağıq.

ISBN10 9952-20-034-X ISBN13 978-9952-20-034-8