Magistr dərəcəsi proqramı


Magistr proqramı

Biznesin təşkili və idarə olunması üzrə bakalvr proqramı

MBA proqramı ümumi idarəetmə bacarıqlarını inkişaf etdirir və konsentrasiyalar və ixtisasdan asılı olaraq biznes fəaliyyətinin müxtəlif sahələrində qabaqcıl bilik və bacarıqları təmin edir. MBA dərəcəsi üzrə peşəkaralar təşkilatların bütün növlərində əhəmiyyətli rəqabət üstünlükləri nümayiş etdirirlər. Proqram məzunlarının əldə etdikləri ixtisasla  biznes icmasının lideri olması vacibdir.


Xəzər Universitetinin MBA proqramı biznes ixtisasının ən yüksək səviyyəsində intensiv idarəetmənin inkişaf istiqamətlərini öyrənməyə imkan verir. MBA proqramı üzrə inkişaf etdirilmiş bilik və bacarıqlar təşkilatın bütün formalarına tətbiq olunur və peşəkar menecerlərə və sahibkarlıq ambisiyaları olanlara faydalıdır. Xəzər Universitetinin MBA proqramı Qərbi biznes məktəbi ilə sıx əməkdaşlıq yolu ilə hazırlanmışdır.

Təlim bacarıqlarının gücləndirilməsi üçün İqtisadiyyat və menecment fakültəsinin demək olar ki, bütün müəllimləri Avropa və ABŞ-ın aparıcı universitetlərində ixtisasartırma kursları keçmişlər.
 
Universitetin güclü akademik və professional şəbəkələri Azərbaycanda və Azərbaycanın hüdudlarından  kənarda intellektual mübadilə və əməli təcrübə üçün böyük imkanlar yaradır.

Xəzər Universiteti MBA proqramı işçi və tələbələrə bir çoxistiqamətli perspektiv işproblemlərini- ünsiyyət bacarıqlarını və birgə əməyi nəzərə çarpdırmaq, liderlik və sahibkarlıq istedadlarını inkişaf etdirmək, qlobal məlumatlandırmanı artırmaq və texnoloji biliyi yaxşılaşdırmaq kimi problemləri araşdırmağa imkan verir.

 

Proqramın xülasəsi

Əyani MBA proqramı bütünlükdə  bir sıra tədris və təlim üsullarından-mühazirələr, seminarlar, müzakirələr, biznes simulyasiyaları və qrup fəaliyyətindən istifadə olunmaqla iki il davam edir.

Proqram böyük bir layihə ilə yanaşı formal tapşırıqlar, qrup təqdimatları və yazılı imtahanlarla  bir arada qiymətləndirilməlidir.

Qiyabi təhsil əyani şöbəyə qəbul ola bilməyən tələbələr üçün nəzərdə tutulmuşdur. Qiyabi təhsil alan tələbələr  hər semester ən azı altı kredit toplmalıdır. Qiyabi təhsil alan tələbələr mümkün olan zamanda əyani olaraq MBA dərslərinə yazıla bilərlər.
Təcrübəli MBA tələbələri  özlərinin əvvəlki iş təcrübəsindən istifadə etmək və bunu proqram materiallarına şamil etmək  imkanı ilə təmin olunurlar.

Proqramın əsas üstünlüyü odur ki, dərs cədvəli tam iş günü işləyən tələbələrin istəklərinə cavab verir.

MBA dərəcəsinin tələbləri

MBA dərəcəsini almaq üçun tələbə proqramın məzmun və həcm tələblərini tam yerinə yetirməlidir. Proqram 45 kreditin toplanmasını nəzərdə tutur.

Tədris proqramı



  1. İlkin tələblər


Cəbr və riyaziyyat

Kompüterdə işləmək vərdişləri

Ünsiyyət vərdişləri

B. Baza bilikləri

Biznes təhsili olmayan tələbələrə birinci semestrdə əlavə olaraq aşağıdakı fənlər təklif olunur:



  • Statistika
  • İqtisadiyyat


Bakalavr dərəcəsi biznes ixtisası üzrə olmayan tələbə baza biznes kurslarının öyrənilməsindən azad olunmaq üçün bu fənləri qənaətbəxş səviyyədə bildiyini nümayiş etdirməlidir.

MBA proqramı  Maliyyə, Mühasibat uçotu və audit, Beynəlxalq biznes, Menecment, Dünya iqtisadiyyatı, Enerji menecmenti və Biznesin idarə edilməsi ixtisaslarını təklif edir.

Maliyyə ixtisası məzunlara rəqabətli maliyyə mühitində maliyyə meneceri kimi müvəffəqiyyətlə fəaliyyət göstərmək üçün tələb olunan korporativ və beynəlxalq maliyyə, maliyyə bazarları, təşkilatlar və siyasətinə dair dərin biliklər verir.

Mühasibat uçotu və audit ixtisası biznes və dövlət təşkilatlarında peşəkar mühasib vəzifəsində çalışmaq arzusunda olanlara mühasibat məlumatlarını hazırlamaq, onlardan istifadə etmək, məlumatların hərtərəfli təhlil edilməsi üçün lazım olan dərin analitik biliklər verir,  uyğun bacarıqları inkişaf etdirir.

Menecment ixtisası biznesin müxtəlif funksional sahələrində liderlik əldə etmək və peşəkar menecer kimi  fəaliyyət göstərmək arzusunda olanlara hərtərəfli peşəkar biliklər verir.

Beynəlxalq biznes ixtisası üzrə təhsil alan tələbələr qlobal biznes mühitində müvəfəqiyyətlə fəaliyyət göstərmək üçün lazım olan funksional və peşə bilikləri əldə edir, eyni zamanda idarəetmə baxımından mühüm rol oynayan müxtəlif mədəni mühitlərlə yaxından tanış olurlar.

Biznesin idarə edilməsi ixtisası ümumi xarakter daşıyır, eyni zamanda tələbənin fərdi maraqlarına uyğun bir sıra fənləri seçmək və əlavə biliklər əldə etmək imkanı verir.

Enerji menecmenti ixtisasında tələbələr məhdud enerji sərvətlərindən səmərəli istifadə edilməsi, enerji təminatının təhlükəsizliyi, region problemləri və bütövlükdə enerjinin idarə edilməsinin qlobal problemləri ilə tanış olurlar.



Kod

Fənlər

Kreditlər

 Əsas fənlər

 

30

 ACC 801

 Maliyyə mühasibat uçotu

3

 MGT 810

Strateji biznes ünsiyyəti

3

 MGT 800

 Tətbiqi Biznes Statistikası

3

 FIN 830

 Maliyyə menecmenti

3

 ECON 830

 Menecment iqtisadiyyatı

3

 MGT 830

Təşkilati davranış

3

 ACC 840

 Menecement və mühasibat uçotu

3

 MKT 840

 Marketinq menecmenti

3

 EMGT 850

 İstehsalatın və əməliyyatların menecmenti     

3

 MGT 860

Strateji menecment

3

 İXTİSASLAŞMA FƏNLƏRİ (Tələbənin seçimindən asılıdır)

15

Maliyyə

 Aşağıdakı fənlərdən beşi seçilməlidir:

 

 FIN 845

 Beynəlxalq maliyyə

3

 FIN 850

Maliyyə qurumaları və bazarları

3

 FIN 851

 İnvestisiyalar menecmenti

3

 FIN 855

Vergiqoyma

3

 FIN 870

 Maliyyə risklərinin menecementi

3

 FIN 880

 Maliyyə hesabatları və təhlili

3

 FIN 890

 Korporativ maliyyə (ali)

3

Mühasibat uçotu

 Aşağıdakı fənlərdən beşi seçilməlidir

 

 ACC 810

 Audit

3

 FIN 855

 Vergiqoyma

3

 ACC 860

 Mühasibat uçotunun informasiya sistemləri

3

 ACC 870

 Beynəlxalq maliyyə mühasibat uçotu təcrübəsi

3

 ACC 880

 Mühasibat uçotunda mütərəqqi mövzular

3

 FIN 880

 Mühasibat uçotu və maliyyə təhlili

3

Menecment

 Aşağıdakı fənlərdən beşi seçilməlidir

 

 IB 820

 Beynəlxalq biznes

3

 MGT 825

 Menecment və qarşılıqlı beynəlxalq idarəetmə mühiti

3

 MGT 835

 Sahibkarlıq və biznes

3

 MGT 845

 İnsan resurslarının idarə edilməsi

3

 MGT 848

 Liderlik, hakimiyyət və idarəetmə siyasəti

3

 MGT 865

 Təşkilati inkişaf və dəyişiklik

3

 MGT 890

 Qlobal təchizat və istehsal şəbəkəsinin  menecmenti

3 



QEYD: Fakültə digər alternativ fənlər təklif edə bilər.

 



 

Beynəlxalq Biznes

 

Aşağıdakı fənlərdən beşi seçilməlidir

 Kreditlər

 IB 810

 Müqayisəli biznes sistemləri

3

 LAW 810

 Beynəlxalq biznes hüququ

3

 IB 820

 Beynəlxalq biznes

3

 IB 825

 Beynəlxalq biznes mühiti

3

 MGT 828

 International Management

3

 FIN 845

 Beynəlxalq maliyyə

3

 MKT 850

 Beynəlxalq marketinq

3

 MGT 890

 Qlobal təchizat və istehsal şəbəkəsinin menecementi

3

 Enerji menecementi

 Aşağıdakı fənlərdən beşi seçilməlidir

 

 EMGT 810

 Enerji iqtisadiyyatı

3

 EMGT 815

 Qlobal enerji təhlükəsizliyi və enerji geo- siyasəti

3

 EMGT 820

 Ətraf mühitin menecmenti

3

 EMGT 822

 Bərpa olunan enerji

3

 EMGT 825

 Enerji resurslarının menecmenti

3

 EMGT 830

 Enerji Texnologiyası və Ətraf Mühit

3

 EMGT 805

 Neft, Qaz və Neft-Kimya Sənayesi

3

Ümumi MBA

 İxisaslaşma fənlərinin siyahısından beş uyğun fənni seçin

15

Cəmi

 

45



QEYD: Fakültə digər alternativ fənlər təklif edə bilər.

 

Dünya iqtisadiyyatı

Dünya iqtisadiyyatı proqramı iqtisadi təhlil, onun inkişafı və proqnozlaşdırılması, beynəlxalq ticarət və maliyyə problemlərinin qlobal inkişaf baxımından təhlilinə və makro səviyyədə uyğun idarəetmə qərarlarının qəbul edilməsinə dair biliklər aşılayır. Tələbələr müxtəlif biznes mühitində qərarların qəbul edilməsi üçün lazım olan bilikləri əldə edir, iqtisadi nəzəriyyəni və kəmiyyət üsullarını ətraflı öyrənirlər.

Proqramı bitirmək üçün tələbə 45 kredit toplamalıdır.

 



Kod

Dərslər

Kreditlər

 

 

 

 EMGT 810

 Enerji iqtisadiyyatı

3

 MATH 820

 Statistika və ekonometrika

3

 ECON 830

 Menecment iqtisadiyyatı

3

 MGT 860

 Strateji idarəetmə

3

 MKT 850

 Beynəlxalq marketinq

3

 MGT 828

 Beynəlxalq menecment

3

 ECON 844

 Bölgə İqtisadiyyatı

3

 ECON 840

 İqtisadi inkişaf

3

 ECON 845

 İnsan resursları və əmək bazarı

3

 FIN 845

 Beynəlxalq maliyyə

3

 FIN 855

 Vergiqoyma və vergi siyasəti

3

 ECON 855

 Makroiqtisadi analiz və proqnozlaşdırma

3

 ECON 880

 Beynəlxalq ticarət

3

 

 Seçmə fənlər

6

 Cəmi

 

45



QEYD: Fakültə digər alternativ fənlər təklif edə bilər.

 

IPAG – Institut de Préparation à l’Administration et à la Gestion- la birgə "Enerji və Davamlı İnkişafın  Menecementi" üzrə ikili magistr proqramı

"İkili dərəcə" nə deməkdir?



  • Əsas və tərəfdaş institutun dərəcə tələblərinə cavab vermək.
  • Əsas və tərəfdaş institutdan 2 dərəcə əldə etmək.


İkili dərəcənin üstünlükləri:



  • Beynəlxalq Keyfiyyət Standartları.
  • Mükəmməl araşdırma mühitlərini aşkar etmək.
  • Təhsilin bir qisminin tərəfdaş universitetdə alınması imkanı.
  • Mədəni və sosial təcrübə.
  • Sizi bənzərsiz edir.
  • Beynəlxalq şəbəkə yaratmaq.
  • Böyük şəhərlər!


Magistr tezisi

Magistr proqramında nəzərdə tutulmuş 15 fənnin ikisini 6 kreditlik tezis ilə əvəz etmək olar.

Tezisə qoyulan tələblər və müdafiə qaydaları universitetin “Magistratura haqqında əsasnamə”sində ətraflı açıqlanıb.

 

Digər universitetlərdə toplanılmış kreditlərin qəbul edilməsi qaydaları

Magistr tələbə başqa ali məktəblərdə uyğun magistr proqramında topladığı kreditlərin köçürülməsi barədə müraciət edə bilər. Kreditlərin köçürülməsi barədə qərarı ixtisas kafedrasının təqdimatı əsasında fakültə dekanı verir. Köçürülən kreditlərin sayı proqramın 50%-dən çox ola bilməz. Ancaq “B” və daha yüksək qiymətlər olan fənlərin köçürülməsinə icazə verilir. Kreditlərin köçürülməsinə dair ətraflı məlumat universitet kataloqunun “Ümumi qaydalar və prosedurlar” bölməsində verilib.

 

PhD Proqramları

PhD proqramı üzrə təhsil alan tələbələr apardıqları tədqiqatda peşə biliklərini, səriştə və məharətlərini nümayiş etdirməlidirlər. İmtahanların nəticələri, kurs işlərinin müdafiəsi, tədqiqatlar və müvafiq hesabatlar tələbələrin biliklərinin dərinliyini, əhatə dairəsinin genişliyini və elmi yaradıcılıq məharətini təsdiq etməlidir.

PhDdissertasiyasi10-12 kreditlə dəyərləndirilir, lakin bəzi müstəsna hallarda kreditlərin sayı artırıla bilər.

PhD tələbəsi ən azı 7 fənn olmaqla və dissertasiya da daxil olmaqla 32-60 kredit toplamalıdır. Xüsusi hallarda daha çox kreditlərin toplanılması tələb oluna bilər. Tələbənin orta qiyməti 80 və daha yüksək olmalıdır.

Tədqiqat sahələri Maliyyə, Menecment və İqtisadiyyatdır.

 

Tədris proqramı

Tədris proqramı biznesin idarə edilməsini və iqtisadiyyatın müxtəlif istiqamətlərini, tədqiqat üsulları və ixtisas fənlərini əhatə edir. Köçürülmə üçün maksimum 15 semestr saatı tələb olunur. Dokturanturaya qəbul olunmazdan 5 il və ya daha çox əvvəl götürülmüş dərslər dokturantura tələblərini yerinə yetirmək üçün istifadə oluna bilməz. Tələbə dissertasiya istisna olmaqla bütün dərəcə tələblərini tamamladıqda namizədliyi qəbul edilə bilər. Namizədliyi qəbul olunan tələbə hər semestr dissertasiya semestr saatını qeydə almalıdır.

 

Dissertasiya

Dissertasiyanın məqsədi namizədin seçilmiş bir sahədə tədqiqat aparmaq və məruzə etmək kimi qabiliyyətini nümayiş etdirməkdir. Doktorluq dərəcəsi böyük bir sahədə müstəqil və hərtərəfli elmi işin nailiyyətlərinin tanınması ilə fərqələnir. Dissertasiya tədqiqatlarının nəticələri tədqiqat sahəsinə böyük töhfə verməlidir.

Dissertasiya Komitəsi 1 sədr və ən azı dörd üzvdən ibarət olmalıdır.

Dissertasiyanın müdafiəsi Dissertasiya Komitəsinin iştirakı ilə keçirilməlidir. Dissertasiya müdafiəsinin məqsədi Dissertasiya Komitəsinə təklif olunan işin əhəmiyyətini və məqsədini dəlillərlə sübut etməkdir.  Dissertasiyanın müdafiəsi professor-müəllim heyəti üçün tədqiqat işinin elmi tənqidinə şərait yaradır.

Dissertasiyanın məzmunu tədqiqatın məqsədi, məlum yanaşmaların və tədqiqatların mahiyyəti və nöqsanlarının təhlili ilə ədəbiyyatın nəzərdən keçirilməsi, inkişaf etmiş və ya sınaqdan keçirilmiş nəzəriyyələrin quruluşu, metodologiyanın, üsulların və məlumatın istifadə olunması,  inkişaf etmiş və sınaqdan keçiriləcək fərziyyələr və dissertasiyanın başa çatdırılma müddətindən ibarət olmalıdır.

Tamamlanmış dissertasiya son dissertasiya müdafiəsində müdafiə olunmalıdır. Müdafiənin keçiriləcək tarixi  haqqında rəsmi elan azı iki həftə əvvəl verilməlidir. Müdafiə olunan dissertasiyanın dörd nüsxəsi ən azı iki həftə öncədən Kitabxana və informasiya mərkəzinin magistratura şöbəsinə  təqdim edilməlidir. Maraqlanan müəllimlər, tələbələr və ya insanlar imtahan və müzakirədə iştirak edə bilər.

Qəbul olunan tələbələr doktorluq dərəcəsi proqramını 3-4 il ərzində başa çatdırmalıdır. Daha ətraflı məlumatlar "Tezisləri və Dissertasiyalar: Doktorantura haqqında əsasnamə”-də şərh olunur.