Tarixi


1991-ci ildə əsası qoyulan Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi Azərbaycanda aparıcı işgüzar fakültəyə çevrilib və  öz proqramlarının və dərslərinin  hazırlanması və təqdim edilməsində keyfiyyət və yenilik öhdəçiliyinə görə beynəlxalq nüfuz qazanmışdır.  Bu fakültə Azərbaycanda regional tələblərə uyğun  açıq Qərb təlim sisteminin  tətbiqi və inkişafında birinci olmuşdur.İqtisadiyyat və menecment fakültəsi bakalavr, magistr və doktorantura  proqramları təklif edir.Ozünün görkəmli müəllim və xüsusi tələbələri ilə, fakültə İqtisadiyyat, Beynəlxalq İqtisadiyyat, Marketinq, Maliyyə, Mühasibat, Menecment, Beynəlxalq Biznes və digər sahələrdə inkişaf edən, milli və beynəlxalq işgüzar mühitdə  uğurla çıxış edə bilən mütəxəsislər üçün öz missiyasını  yerinə yeirir. Məktəbin tam ali təhsil proqramları xüsusilə uğurlu və təcrübəli iş adamlarının akademik tələblərinə uyğun, eləcə də  iş həyatına ilk dəfə addım atanları biznes və idarəetmənin ətraflı anlayışları ilə təmin etmək üçün  nəzərdə tutulmuşdur.