Fənlərin təsviri


AZLL 101: Azərbaycan dili (Universitet tələbləri) (6 kredit)

Prerekvizit: Yoxdur

Bu fənn tələbələri Azərbaycan dilində olan elmi mətnlərin və texniki materialların təhlilinə hazırlayır. Müxtəlif elmi sahələrdən götürülmüş materiallar vasitəsi ilə tələbələrin oxumaq, yazmaq, dərk etmək qabiliyyətləri öyrənilir.

Mədəniyyət, ətraf mühit, adət və ənənələr, tarix, iqtisadiyyat və s. mövzular əhatə olunur.

 

AZLL 102.  Yazıya giriş (6 kredit)

Prerekvizit: AZLL 101.

Yazı qaydası. Materialların yazılması, yenidən baxılması, redaktə olunmasının planlaşdırılması və təşkili.  Mətnlərin xülasəsi, təhlili və sintezi. Esse və yaradıcı yazı. Akademik və işgüzar yazışma.  Nəsr üsulu.

 

AZLL 103: Əcnəbilər üçün Azərbaycan dili (6 kredit)

Prerekvizit: Yoxdur

Əsasən, oxu, yazma, dinləmə və danışıq kimi bacarıqların inkişafına diqqət verilir. Bu bacarıqları aşılamaq üçün salamlaşma, tanış olma, təbrik və minnətdarlıq, bəyənmə, müraciətlər, tələblər, üzr istəmək, başsağlığı və s. mövzular tədris olunur.

 

AZLL 104: Azərbaycan dili-2 (6 kredit)

Prerekvizit: AZLL 101

Bu kurs Azərbaycan dilində aşağıdakı sahələri əhatə edir. Semantik quruluş, onun mənasının daralması və genişlənməsi, Azərbaycan dilində semantik qruplar. Qrammatika, onun əsas bölmələri və onlar arasında əlaqə, qrammatik kateqoriyalar. Sintaksis, söz birləşməsi və cümlə növləri,  mətn dilçiliyi və onun problemləri, şeir sintaksisi, durğu işarələri və onların funksiyaları.

 

AZLL 105: Azərbaycan ədəbiyyatı (Universitet tələbləri) (6 kredit)

Prerekvizit: AZLL 101

Bu fənn Azərbaycan ədəbiyyatının qədimdən müasir dövrədək bütün tarixi dövrlərini əhatə edir. Görkəmli Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığı, habelə onların konkret bədii əsərləri araşdırılır. Bu fənn həmçinin, ədəbiyyat tarixi və nəzəriyyəsini, ədəbi tənqidin  əsas məqsəd və vəzifələrini və s. qısa olaraq əhatə edir. Bu kursun əsasını Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin seçilmiş əsərlərinin öyrənilməsi və müzakirəsi təşkil edir.

 

AZLL 106: Müasir Azərbaycan dili 1 (6 kredit)

Prerekvizit: Yoxdur

Bu kurs səs sistemi, fonetik fenomen və Azərbaycan ədəbi dilinin qaydalarını əhatə edir. Tələffüz normaları, yazının formalaşması və növü, əlifbanın xüsusiyyətləri, lüğət strukturu və onun zənginliyi, xüsusiyyətləri və inkişaf yolları izah olunur. Azərbaycan dilinin orfoqrafiyası  barədə məlumat verilir. Sözlərin xarakterik mənası, xüsusi adların növləri, mənşəyi və Azərbaycan ədəbi dilində istifadəsi işıqlandırılır. Həmçinin lüğət və onun müxtəlif növləri, lüğət tərtibi və ədəbi dildə sözdüzəltmə yolları haqqında da məlumat verilir.

 

AZLL 107-307: Azərbaycan ədəbiyyatı tarixi 1-5

Bu fənn Azərbaycan ədəbiyyatının yaranması və təkamülünü erkən folklordan başlayaraq indiyə qədər xronoloji qaydada və inkişaf mərhələləri ilə birgə öyrənir. Müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığı öyrədilir, onların ədəbi fəaliyyəti tədqiq edilir, onların toxunduqları milli və ümumbəşəri məsələlər təhlil edilir, digər yazıçı və şairlərin bir-birinə ədəbi təsiri müəyyən edilir və onların yaradıcılıq fəaliyyəti yaşadıqları tarixi dövrə uyğun sistemləşdirilir. Bu kurs 5 hissəyə bölünür. Hər bir hissə 1 semester davam edir və hər hissə 3 kreditdən ibarətdir. Həmin hissələr aşağıdakılardır.

 

AZLL 107: Azərbaycan ədəbiyyatı tarixi 1:

Azərbaycan folkloru

Prerekvizit: Yoxdur

 

AZLL 109: Azərbaycan ədəbiyyatı tarixi 2:

Qədim və Orta əsrlər ədəbiyyatı tarixi

Prerekvizit: AZLL 107

 

AZLL 207: Azərbaycan ədəbiyyatı tarixi 3:

17-ci əsrdən 19-cu əsrin ortalarınadək Azərbaycan ədəbiyyatı

Prerekvizit: AZLL 109.

 

AZLL 208 Azərbaycan ədəbiyyatı tarixi 4:

19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinədək Azərbaycan ədəbiyyatı

Prerekvizit: AZLL 207

 

AZLL 307: Azərbaycan ədəbiyyatı tarixi 5:

20-ci əsr Azərbaycan ədəbiyyatı

Prerekvizit: AZLL 208

 

AZLL 108: Müasir Azərbaycan dili 2 – Morfologiya (6 kredit)

Prerekvizit: AZLL 106

Morfologiya ilə bağlı bütün mühüm praktiki məsələlər bu fəndə əhatə olunur.

Bu kurikulum müasir Azərbaycan dilinin qrammatik sistemini, özünəməxsusluğunu və digər xüsusiyyətlərini təhlil edir. Sözlər onların mənası, forması, funksiyası və dəyişilmə qaydalarına görə qruplaşdırılır.

 

AZLL 205: Azərbaycan ədəbiyyatı-2 (6 kredit)

Prerekvizit: AZLL 105

Bu fənnin məqsədi Müasir Azərbaycan ədəbiyyatı üzrə geniş bilik verməkdir. Bu fənn son dövrlər Azərbaycan ədəbiyyatını, jurnalistika janrlarının inkişafını, ədəbiyyatda yeni forma və məzmunu araşdırır. Bu fənnin tədrisinə həmçinin müasir ədəbi əsərlərin oxudulması və təhlili daxildir.

 

AZLL 206: Müasir Azərbaycan dili 3 - Sintaksis (6 kredit)

Prerekvizit: AZLL 108

Bu fənndə söz birləşmələri, sintaktik əlaqələr, cümlələr və onların struktur növləri, durğu işarələri və onların düzgün istifadəsi tədris edilir.

 

AZLL 306 Azərbaycan ədəbi dili tarixi (6 kredit)

Prerekvizit: AZLL 206

 Bu fənn başlıca olaraq Azərbaycan dili tarixinin mənbələrini və onun mənşəyini, ədəbi dilin inkişafını və bu inkişaf dövründən indiyədək qalan problemləri, müxtəlif dövrlərdə tarixi və mədəni şəraiti araşdırır. Azərbaycan ədəbi dilinin inkişaf tarixi ilə bağlı görkəmli şəxsiyyətlərin rolu xronoloji ardıcıllıqla verilir.

 

AZLL 416: Ədəbiyyat nəzəriyyəsi (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Bir elm sahəsi kimi ədəbiyyatşünaslığın əsasları üç hissədən ibarətdir: Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid . Bu dərs əsasən ədəbiyyat nəzəriyyəsi məsələlərini əhatə edir. Real həyat hadisələrini əks etdirən ədəbi əsərlərin xüsusiyyətləri, eləcə də ədəbi əsərlərin sosial əhəmiyyəti və rolu tədqiq edilir. Bu fənn həmçinin ədəbi yaradıcılıq prinsipləri, inkişaf qanunları, məzmun və forma vəhdəti, müxtəlif növləri və janrları, ədəbi əsərlərin strukturları, üslub və metodları və s kimi mövzuları əhatə edir.

 

AZLL 417: Şərq dillərinin Azərbaycan Ədəbiyyatına təsiri (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Məlumdur ki, Azərbaycan ədəbiyyatının müəyyən hissəsi ərəb və fars dillərində yaradılmış, ədəbiyyatımızın üzün bir dövrü ərəb-fars dilinin təsiri altında formalaşmışdır. Bu kursun əsas məqsədi ədəbi əsərlərin və ədəbiyyatın formalaşmasına ərəb və fars dillərinin mərhələlər üzrə təsirini öyrənməkdir.

 

AZLL 512: Azərbaycan dialektologiyası (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Dialekt və şivələr dilçiliyin bu bölməsində öyrənilir. Dialekt və şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətləri izah olunur. Coğrafi ərazi prinsipləri əsasında Azərbaycanın dialekt və şivələrinin geniş təsnifatı verilir, həmçinin dialektologiyanın nəzəri məsələləri də araşdırılır.

 

AZLL 513: Onomastika (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Dildə xüsusi adların növləri, onların mənşəyi və istifadəsi öyrənilir. Onomastik vahidlərin elmi təsnifatı və təsviri barədə məlumat verilir.

 

AZLL 514: Mətnşünaslıq (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Bir elm kimi mətnşünaslığın tarixi köklərinin və inkişaf yollarının kompleks tədqiqi, həmçinin müasir mətnşünaslıq, onun metod və prinsipləri öyrənilir. Bu kursda həmçinin Azərbaycan mətnşünaslığının yaranması və inkişafı, orta əsrlərə aid Azərbaycanın əlyazma kitabları, əlyazma mətnlərinin elmi təhlili, mətnlərin mənşəyinin tədqiqi,  mətnin müəllifinin müəyyən edilməsi, mətn tərcümələrinin tədqiqi, mətnlərin nəşrlər üçün hazırlanması, əsərlərin elmi-tənqidi mətnlərinin hazırlanmsı və s. kimi məsələlər əhatə olunur.

 

AZLL 515 Azərbaycan dilinin tarixi qrammatikası (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Tarixi qrammatika, nitq hissələrinin inkişaf prosesləri haqqında ümumi məlumat verir, Kursda Azərbaycan dilinin fonetika və morfologiya tarixi araşdırılır, dilin mənşəyi və onun morfoloji xüsusiyyətlərinin tarixi inkişafı təhlil edilir, müasir dilin yaranması izah olunur.

 ­   ­ 

LİNG 215: Dilçiliyə giriş (6 kredit)

Prerekvizit: müəllimin razılığı

Dillərin və dil ailələrinin tarixi keçmişi, formalaşması, ümumi xüsusiyyətləri və müxtəlifliyini öyrənir. Linqvistik təhlilin, o cümlədən regional və sosial dialektlərin qiymətləndirilməsi və dəyişməsinin metodlarına və üsullarına əsas diqqət verilir. Tarixi və nəzəri cəhətdən dilçilikdə qiymətləndirilmə modellərinin inkişafından da bəhs edilir.

 

LİNG 216: Dilçiliyin əsasları (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Dilçiliyin tədqiqinin ümumi problemlərini araşdırır, dilçiliyin yaranması və inkişafı, dünya dilləri və onların təsnifatları, dil və yazı arasında əlaqələri, yazının mənşəyi, onun xüsusiyyətləri və inkişaf dövrlərini əhatə edir.

 

LING 310: Fonologiya (6 kredit)

Prerekvizit: LING 216

Danışıq səsləri və fonetik hadisələr (tonun hündürlüyü, uzunluğu və gücü), sözlərin məna fərqləndirici ünsürü (fonem), morfemlər və dilinin fonem sistemi və onların funksional xüsusiyyətlərindən bəhs edir.

 

LING 420: Dünya dilləri (6 kredit)

Prerekvizit: LING 215

 Kursda dünyadakı dil ailələri, dillərin genetik və tipoloji təsnifi, dillər arasında tarixi münasibətlər araşdırılır.

 

LING 421: Sosiolinqvistika (6 kredit)

Prerekvizit: LING 215

 Kursda dillərin müxtəlifliyinin, dildə baş verən dəyişikliyin sosial amilləri, linqvistik davranış və sosial nəzarət məsələləri araşdırılır, dilçiliyin tədqiqat metodları öyrənilir.

 

LİNG 422: Linqvistik təhlil (6 kredit)

 Prerekvizit: LING 215

Müxtəlif dillərin fonoloji, morfoloji və sintaktik məlumatların təhlil üsullarını, aşkara çıxarılan, təsdiq edilən və əsaslandırılan ümumiləşdirmələri, müxtəlif dillərin müqayisəsini öyrədir.

 

Ling 423: Dilçilik tarixi (6 kredit)

 Prerekvizit: LING 215

Bu kursda dilçilik elminin tarixi, dilin mənşəyi və inkişafının tarixi öyrədilir, dilin inkişafına dair müxtəlif nəzəriyyələrdən bəhs edilir.

  ­

LIT 201:  Dünya Uşaq ədəbiyyatı (6 kredit)

 Prerekvizit: AZLL 105

Kursda Dünya Uşaq ədəbiyyatının görkəmli yaradıcıları, onların əsərləri barədə məlumat verilir, təhlillər aparılır, uşaq ədəbiyyatının tədrisi üçün bilik və bacarıqlarla təmin edir.

 

LIT 305-405: Dünya ədəbiyyatı 1-3(6 kredit)

Bu fənn qədim zamanlardan başlayaraq dünyanın müxtəlif ölkələrində yaradılmış ədəbiyyat nümunələrinin öyrənilməsini əhatə edir. Dünya ədəbiyyatının aparıcı xadimlərinin həyat və fəaliyyəti və ən məşhur ədəbi əsərləri xronoloji qaydada öyrənilir. Fənn üç bölmədən ibarətdir. Hər bir bölmə 1 semester davam edir və 3 kreditdən ibarətdir:

LIT 305: Dünya ədəbiyyatı 1: Qədim və Orta əsrlər Şərq ədəbiyyatı; Antik ədəbiyyatı tarixi

 Prerekvizit: müəllimin razılığı

 

LIT 308: Dünya ədəbiyyatı 2: 13-18-ci əsrlərdə Avropa ədəbiyyatı

Prerekvizit: LIT 305

 

LIT 405 Dünya Edebiyatı 3:  19-20-ci əsrlərdə Avropa, Amerika və Rus ədəbiyyatı

Prerekvizit: LIT 308

 

LIT 505: Müasir ədəbi proses (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Bu fənnin əsas məqsədi son illərin ədəbi əsərlərinin təhlili əsasında. ədəbiyyatın inkişaf tendensiyalarını anlatmaqdır. Bu kurs ənənə və müasirlik, yaşlı və yeni ədəbi qüvvələr arasında  ədəbi  münasibətlər,  janrlar üzrə konkret nümunələrin təhlili ilə müasir ədəbi prosesin mövzu, məzmun, üslub, janr və sənətkarlıq xüsuyiyyətləri kimi məsələləri əhatə edir. Həmçinin dünya ədəbiyyatının Azərbaycan ədəbiyyatına təsiri, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası məsələləri də kursun həcminə daxildir.

 

LIT 507: Ədəbi tənqid (tarixi və nəzəriyyəsi) (6 kredit)

 Prerekvizit: müəllimin razılığı

Kursda ədəbi tənqidin rolu, əhəmiyyəti, tarixi, nəzəri qaydaları öyrədilir. Bu fənn estetikanın tələbləri əsasında ədəbiyyatın əhəmiyyətini öyrənir, sosial həyat və ədəbiyyat arasında harmoniyanı qiymətləndirir və ədəbi əsərləri cəmiyyətin maraqları və tələbləri baxımından təhlil edir. Ədəbi tənqid ədəbi əsərlərin keyfiyyətinin artırılmasına və ədəbiyyatı qiymətləndirməyə, həmçinin oxucuların ədəbi əsərləri düzgün anlamasına və bədii zövqlərinin formalşmasına yardımçı olur.

 

BİO 101 Ümumi biologiya (6 kredit)

Bu kurs əsas bioloji fənlərdən biridir, məqsədi tələbələrdə canlı sistemlərin xassələri, həyatın tarixi inkişafı, planetar proseslərdə canlıların rolu, bioloji elmlərin müasir istiqamətləri, problemləri, perspektivləri haqqında bitkin təsəvvür yaratmaq, xüsusi ixtisas fənlərinin öyrənilməsi üçün əsas formalaşdırmaqdır. Kurs çərçivəsində sitologiya, genetika, seleksiya, təkamül nəzəriyyəsi, fərdi inkişafın biologiyası, ekologiya bölmələrini əhatə edən məsələlər öyrənilir. Tələbələr orqanizmlərin quruluşu, həyat fəaliyyəti, müxtəlifliyi, canlı sistemlərin əsas xassələri, quruluş səviyyələri, müxtəlif tipli hüceyrələrin quruluş xüsusiyyətləri, biologiyanın əsas müasir konsepsiyaları ilə tanış olurlar. Ümumi biologiyanın tədrisi mühazirə və seminar məşğələlər şəklində aparılır.

 

BİO 203 Sitologiya, histologiya və embriologiya (6 kredit)

Bu kurs 3 uyğun fənni əhatə edir. Bunlardan birincisi hüceyrələrin quruluş və funksiyaları haqqında olan sitologiyadır. Bu fənn plazmalemma, sitoskelet elementləri, hüceyrənin orqanel və əlavələri, nüvə, hüceyrənin həyat tsiklinə aid olan məlumatları özündə cəmləşdirir. Histologiya insan orqanizminin mikroskopik quruluşunu öyrənir; orqanizmi təşkil edən 4 əsas toxumanın quruluş və funksiyaları haqqında elmdir. Bu kursda əsasən epitel, birləşdirici, əzələ və sinir toxumalarının ümumi histologiyası tədris olunur. Embriologiya orqanizmin inkişaf qanunauyğunluqları haqqında elmdir. Cinsi hüceyrələrin quruluşu və mayalanmadan başlayaraq insan doğulana qədər baş verən bütün mərhələləri, o cümlədən progenez, histogenez, organogenez və sistemogenez proseslərini əhatə edir. Bu kursda əsasən cinsi hüceyrələr, mayalanma, rüşeym vərəqələrinin və rüşeymxarici orqanların inkişafı, onların differensiasiyası tədris olunur. Sitologiya, histologiya və embriologiyanın tədrisi mühazirə və laborator praktik məşğələlər şəklində aparılır.

BİO 217 Ümumi bitki biologiyası (6 kredit)

Bu kurs Bioloji elmlər departamentinin əsas tələbləri üçün tərtib olunmuş mühazirə və laborator dərsləri əhatə edir. Kurs ərzində bitki anatomiyası və morfologiyası, fiziologiyası, metabolizm, reproduksiya və ekologiya haqqında məlumatlar tələbələrin nəzərinə çatdırılır. Həmçinin, hüceyrə və toxumaların növləri, birincili və ikincili toxumaların inkişafı, bitkilərin vegetativ orqanlarının, xüsusilə angiospermlərin quruluşu tədris olunur. Kurs ali bitkilərin biokimyəvi və molekulyar aspektlərini də əhatə edən bitki fiziologiyası haqqında məlumatlarla davam etdirilir. Bitki metabolizminin unikal tənzim mexanizmlərinə, o cümlədən fotosintez, tənəffüs, böyümə və stressə qarşı cavab reaksiyalarına xüsusi yer ayrılır.

 

BİO 222 Sistematik zoologiya (6 kredit)

Bu kurs onurğasız və onurğalı heyvanların, o cümlədən süngərilər, yastıqurdlar, nematodlar, molyuskalar, artropodlar, exinodermlər, kiçik protostoma və deyterostoma qrupları, onurğasız xordalılar, balıqlar, amfibilər, həşəratlar, quşlar və məməlilər haqqında məlumatları əhatə edir. Mühazirələr heyvanların müxtəlif aspektlərini, o cümlədən onların təsnifatı və filogenezi, anatomik quruluşu və funksiyaları, davranışı, biocoğrafiyası və ətraf mühitdəki rollarına həsr olunacaqdır. Laborator məşğələlərdə canlı və fiksə olunmuş hüyvan nümunələrinin tədqiqi və müayinəsi, bəzi hallarda onların disseksiyası həyata keçiriləcəkdir. Tələblərin tədqiqat bacarıqlarının təkmilləşdirilməsi üçün həvəsləndirici layihələr nəzərdə tutulmuşdur.

 

BİO 312 İnsan anatomiyası (6 kredit)

Bu kurs normal insan orqanizminin makroskopik quruluşunu ayrı-ayrı sistemlər üzrə tədrisini əhatə edir. Kursun gedişində müxtəlif əyani vəsaitlərin istifadəsi ilə tələbələrə dayaq-hərəkət aparatı, əzələ sistemi, daxili orqanlar sistemi, endokrin sistem, immun müdafiə sistemi, sinir sistemi, duyğu orqanları, dəri örtüyü sistemi, ürək-damar sistemi və sidik-cinsiyyət aparatına daxil olan orqanların anatomik quruluşu, onların topoqrafiyası, yaş xüsusiyyətləri, qan və sinir təchizi və s. haqqında məlumatlar verilir. İnsan anatomiyası kursunun tədrisi mühazirə və praktik məşğələlər şəklində həyata keçirilir.

BİO 321 Sistematik botanika (6 kredit)

Bu kurs bitkilərin əsas və müasir sistematik prinsip və metodlarını, o cümlədən təsnifatı, identifikasiya bacarıqları, filogenezi və təhlini əhatə edir. Dərslər mühazirə və laborator məşğələlər formasına aparılır. Kurs bitki morfologiyası, xüsusən eukariotik dəniz yosunlarıının, göbələklərin, briofitlərin və vaskulyar bitkilərin quruluşunun tədrisi ilə davam etdirilir. Bitkilərin morfologiyası və həyat tsikli müqayisəli şəkildə çatdırılır. Bitki taksonomiyasının və tiplərinin nəzəri əsasları öyrədilir. Kursu müvəffəqiyyətlə başa vurmuş tələbələr aşağıdakıları bilməlidirlər: botaniki terminlərdən istifadə etməklə bitkiləri təsvir etməyi, ayıdöşəyi, iynəyarpaqlı ağaclar və digər çiçək açan vacib bitki ailələrinin identifikasiyası üçün açar xüsusiyyətləri öyrənməli, iri və ümumi çiçək açan bitki ailələrini tanımalıdırlar.

 

BİO 365 İnsan və heyvan fiziologiyası (6 kredit)

Kurs ərzində insan və məməli heyvanların əsas funksiyaları haqqında məlumatlar tədris olunacaqdır. Mövzular sinir, endokrin, tənəffüs, ürək-damar, metabolik, əzələ və ifrazat sistemlərini əhatə edir.

 

BİO 403 Molekulyar biologiya (6 kredit)

Bu kurs makromolekulların quruluş və xüsusiyyətlərini, onların qarşılıqlı əlaqəsini, genlərin, xromosomların quruluşunu, genetik materialın replikasiya və transkripsiyasını, zülal sintezini və gen mühəndisliyi texnikasını əhatə edir.

 

BIO 404 Genetika və seleksiya (6 kredit)

Kurs Mendel və molekulyar genetikanın əsas qanunauyğunluqları haqqında məlumatları əhatə edir. Kurs ərzində insan genomunun quruluşu, funksiyası və evolyusiyası tələbələrə öyrədiləcəkdir. Seleksiya yeni heyvan və bitki cinslərinin, mikroorqanizm ştammlarının yaradılması və mövcud olanların təkmilləşdirilməsi haqqında elmdir. Kurs ərzində seleksiyanın əsas prinsiplərinin tədrisi həyata keçiriləcəkdir.

 

BİO 412 Mərkəzi sinir sistemi (6 kredit)

Bu kurs sinir sisteminin əsas hissələrindən olan mərkəzi sinir sisteminin morfologiyasına həsr olunmuşdur. Mərkəzi sinir sistemi orqanizmdəki müxtəlif sistem və aparatların fəaliyyətini, hərəkət, həzm, tənəffüs, ifrazat, qan dövranı, limfa cərəyanı, metabolik prosesləri və s. tənzim edir və orqanizmlə onu əhatə edən xarici mühit arasında qarşılıqlı əlaqə yaradır. Kurs zamanı mərkəzi sinir sisteminə aid olan bütün törəmələrin morfo-funksional xüsusiyyətləri tədris olunacaqdır.

 

BİO 434 Mikrobiologiya (6 kredit)

Bu kurs biologiyanın əsas bölmələrindən olan mikrobiologiyanın öyrənilməsinə həsr olunmuşdur. Mikrobiologiyanın ümumi hissəsi mikroorqanizmlərin morfologiyası, təsnifatı, fiziologiyası, genetikasi, ekologiyası bolmələrini əhatə edir. Kurs zamanı mikroskopik ibtidailər, göbələklər və virusların morfologiyası, təsnifatı tədris olunacaqdır. Antibiotiklər, infeksiya və immunitet haqqında məlumatlar veriləcəkdir.

 

EDU 409 Biologiyanın tədrisi metodikası (6 kredit)

Kimya və Biologiya ixtisası üzrə təhsil alan tələbələrə tədris olunan “Biologiyanın tədrisi metodikası” adlı kurs yüksək ixtisaslı biologiya müəllimlərinin nəzəri - metodik hazırlığında böyük rola malikdir. Kursun tədris edilməsində əsas məqsəd gələcəkdə biologiya fənnini tədris edən müəllimlərin pedaqoji hazırlığını təmin etmək, biologiya fənninin tədrisində müasir interaktiv metodların tətbiq edilməsi yollarını öyrətmək, dərsin təlim, inkişafetdirici və tərbiyəedici məqsədləri arasında əlaqəni əsaslandırmaq bilik və bacarıqlarının formalaşdırmaqdan ibarətdir.

 

CHEM111: Kimya-1 (6 kredit)

Prerekvizit: yoxdur

Atom-molekulyar nəzəriyyə. Maddənin quruluşu və fiziki xassələri. Atomun quruluşu. Kimyəvi rabitə. Molekullarn fəndəsi forması. Hibridləşmə. Atom orbitalları. Molekulyar orbitallar. Maddənin aqreqat halları. Məhlullar. Kimyəvi tarazlıq. Turşu-əsas nəzəriyyələri. Kimyəvi kinetika. Kataliz. Nüvə reaksiyaları. I-VII qrup elementləri və onların ən mühüm birləşmələri. Üzvi birləşmələr, onların əsas sinifləri və ən mühüm nümayəndələri.

 

CHEM112: Kimya-2 (6 kredit)

 

Prerekvizit: CHEM111

Termodinamika, onun qanunları. Termokimya. Məhlullar nəzəriyyəsi. Duru məhlullar. Raul qanunları. Oksidləşmə-reduksiya prosesləri. Fotokimya. Kolloid məhlullar. Elektrokimya. Elektroliz, Faradey qanunları. Standart elektrod potensialı. Qalvanik elementlər. Korroziya və onunla mübarizə.

 

CHEM112: Biokimya-2 (6 kredit)

Prerekvizit: CHEM102

Zülların növləri, onların quruluşu və xassələri. Nuklein turşuları. Fermentlər. Vitaminlər. Hormonlar. Lipidlər. Prostaqlandinlər. Canlı orqanizmdə metabolizm prosesləri. Bioloji oksidləşmə. Karbohidratların, sadə və mürəkkəb züllarların, nuklein turşularının, lipidlərin metabolizmi. Züllarların biosintezi.

 

CHEM208: Ümumi və qeyri-üzvi kimya (6 kredit)

Prerekvizit: yoxdur

Maddə və onun növləri. Maddənin quruluşu və xassələri. Kimyəvi rabitə və onun növləri. Maddənin aqreqat halları. Məhlullar. Kimyəvi tarazlıq. Turşu-əsas nəzəriyyələri. Kinetika. Radioaktiv çevrilmələr. Kataliz. Mendeleyev cədvəlindəki I-VIII qruplardakı əsas elementlər və onların ən mühüm birləşmələri.

 

CHEM 220: Üzvi kimya (6 kredit)

Prerekvizit: CHEM208 ümumi və Qeyri-üzvi kimya

Üzvi maddələrin kimyəvi quruluşu. Karbohidrogenlər, onların növləri, xarakteristikası, alınması və xassələri. Halogenli karbohidrogenlər. Spirtlər. Sadə efirlər. Aldehidlər və ketonlar.Karbon turşuları. Mürəkkəb efirlər. Yağlar və piylər. Azotlu üzvi birləşmələr. Tsikloalkanlar və tsikloalkenlər. Aromatik karbohidrogenlər. Fenollar. Kondensləşmiş arenlər. Heterotsiklik birləşmələr.

 

CHEM 311: Fiziki kimya (6 kredit)

Prerekvizit: CHEM208

Termodinamikanın prinsipləri və qanunları. Termokimya. Qazlar, mayelər və bərk maddələr. Fiziki xassələr və kimyəvi quruluş arasında əlaqə. Le-Şatelye prinsipi. Fazalar qaydası. Paylanma qanunu. Kataliz. Kimyəvi kinetika. Fotokimya. Adsorbsiya. Qalvanik elementlər. Elektrod potensialı. Elektrik keçiriciliyi. Korroziya, ondan mühafizə.

 

CHEM 321: Analitik kimya (6 kredit)

Prerekvizit: CHEM208

Vəsfi analiz üsulları. Fərdi kationların təyini. Kationların analitik qrupları. Kationların qarışıqlarının analizi. Anionların təyini. Anionların analitik qrupları. Miqdari analiz. Həcmi analiz. Neytrallaşdırma üsulları. Oksidləşmə-reduksiya üsulları. Çökdürmə və komplekləşdirmə üsulları. Qravimetriya. Fiziki və fiziki-kimyəvi analiz üsulları.

 

CHEM320: Yüksəkmolekullu birləşmələr kimyası (6 kredit)

Prerekvizit: CHEM321

Polimerlərin quruluşu və xüsusiyyətləri. Polimerləşmə üsullarının əsas növləri. Polimerlərin əsas nümayəndələri. Polimerlərin əsas fiziki-mexaniki xassələri. Polimerlərin məhlulları. Polimerlərin molekul kütləsi, onun növləri və təyini üsulları. Polimerlərin kimyəvi reaksiyaları. Polimerlərin tətbiqi.

 

CHEM250: Neft kimyası (6 kredit)

Prerekvizit: CHEM208

Neftlərin təsnifatı. Neftlərin fiziki-kimyəvi xassələri. Neft komponentlərinin ayrılma üsullar. Neftin tərkibindəki alkanlar, tsikloalkanlar, arenlər və hibrid birləşmələri. Neft karbohidrogenlərinin termiki və termokatalitik çevrilmələri. Oksidləşmə və hidrogenləşmə. Neft məhsullarının təmizlənməsi. Yanacaqların və yağların əsas növləri, onların tərkibi və xassələri.

 

 ART 231: Rəsmxətt və onun tədrisi metodikası (6 kredit)

Prerekvizit: yoxdur

Təsviri sənət fənninin məqsədi estetik dünyagörüşlü, zəngin mənəviyyata, bədii zövqə və yara­dıcı təxəyyülə malik, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, incəsənət əsərlərini duyub qiymətləndirən, obrazlı və simvolik düşüncə tərzinə malik şəxsiyyət formalaşdırmaqdan ibarətdir.

 

CMS 435 İnformatikanın tədrisi metodikası (6 kredit)

Prerekvizit: CMS 101

İnformatika sürətlə inkişaf edən və daim yenilənən bir sahə olduğundan, onun tədrisində məqsəd elmi informasiyanın bolluğundan daha çox, daxili-mənəvi mədəniyyətin və əxlaqi-insani kamilliyin səviyyəsini yüksəltmək olmalıdır. Fənnin tədrisində məqsəd həm də tələbəyə hazır mühakimə əzbərlətmək yox, mühakimə yürütməyi öyrətməkdir. Bu kursun əsas məqsədi müasir dövrdə aktual olan əməliyyat sistemlərini, ofis proqramlarını, müxtəlif səpgili tətbiqi və xidməti proqramlardan istifadə bacarığı, İKT avadanlıqlarının təyinatını, kompüterun ibarət oldugu elektron qurğuların tanıdılması, internetlə iş bacarığını tələbələrdə aşlamaqdır. 

 

 

EDU 495 Təlim metodları (6 kredit)

Prerekvizit: EDU 101

Fənnin məqsədi həm nəzəri,  həm də praktik baxımdan peşəkar  müəllimlərin hazırlanmasını təmin etmək; təhsilə müasir yanaşmaların və yeni fənn kurikulumlarının  uğurlu tətbiqinə nail olmaq; ümumi təhsilin keyfiyyətini yüksəltmək üçün  lider, yaradıcı, tədqiqatçı pedaqoji kadrlar hazırlamaq

 

EDU 101 Təhsilə giriş (6 kredit)

Prerekvizit: yoxdur

“Təhsilə giriş” kursu təhsilin fəlsəfi əsaslarını və təhsilin əsas nəzəri və təcrübi problemlərini anlamaq üçün tələbələrə zəmin yaradır.

 

PSYCH 304 Təhsil psixologiyasının əsasları (6 kredit)

Prerekvizit: EDU 101

Tələbələr təhsilin psixoloji əsasları haqqında ilkin anlayışlar qazanmalı,   öyrənmə haqqında olan nəzəriyyələri və bu nəzəriyyələr arasındakı oxşarlıq və    fərqlilikləri   görə bilməli  və  hər  bir nəzəriyyəyə görə   öyrənmə  prosesisinin  necə olduğunu, bu prosesə  təsir edən faktorları  və pedaqoji fəaliyyət  və müəllim şəxsiyyətininin xüsusiyyətlərini  izah edə bilməlidirlər.

 

 

PSYC101 Psixologiyaya giriş:  Uşaq inkişafı (6 kredit)

Prerekvizit: EDU 101

Uşaq psixologiyası: uşağın inkişafına və davranışlarına, doğumdan yeniyetməliyə qədər olan mərhələni öyrənən psixologiya sahəsidir. Uşaq psixologiyası sadəcə uşağın fiziki inkişafını deyil, social-emosional, koqnitiv inkişafını öyrənməkdədir. Uşaq inkişafı sadəcə daxili səbəblərdən (genetic, fərdi xüsusiyyətlər və s) deyil bir çox xarici amillərdən də (mədəni, social münasibətlər və s) təsirlənməkdədir.Uşaq psixologiyası bu səbəblə uşağın inkişafını fərqli aspektlərdən nəzərdən keçirir (fiziki, emosional, hərəki, düşüncə, cinsi, əxlaqi və s)                                                                                                Uşaq psixoloqları uşağın içində olduğu vəziyyəti (hər mənada) nəzərə alaraq, uşağın yararlana biləcəyi formada ailə münasibətlərini tənzimləmə, qulluğunun təmin olunması,təhsil dəstəyinin təmin olunması kimi uşağın inkişafını daha sağlam vəziyyətə gətirilməsini və lazım olduğu hallarda (sosial-emosional və davranış problemləri) terapiyalar verilməsini hədəfləyir. 

 

MATH 412Riyaziyyatın tədrisi metodikası (6 kredit)

Prerekvizit: MATH 223, MATH 224

Riyaziyyatın tədrisi metodikası kursunda riyaziyyat fənninin məktəbdə tədrisi nəzəriyyəsinin və metodikasının ümumi və xüsusi məsələləri öyrənilir.

Riyaziyyatın tədrisi metodikasının predmeti riyaziyyatın təlimi prosesidir. O, bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir.

 

EDU 437 Biologiyanın tədrisi metodikası (6 kredit)

 

Prerekvizit: EDU 101

Biologiyanın tədrisi metodikası pedaqogikanın müasir bir sahəsi kimi formalaşmışdır və təlim və tədrisin,  məktəb biologiyasının spesifikası ilə müəyyənləşən məzmun, forma və vasitələrinin nəzəri və praktiki məsələlərinin işlənib hazırlanması ilə məşğuldur. Biologiyanın tədrisi metodikasınn öyrənilməsi tam orta məktəblərdə çalışmaq üçün biologiya müəlliminin, müasir istiqamətlər və yanaşmalar nəzərə alınmaqla,  hərtərəfli hazırlanması üçün zəruridir. Metodiki hazırlığın bütün mərhələlərində tələbələrin diqqəti biologiya müəlliminin şəxsi və peşə keyfiyyətlərinə olan tələblərin səviyyəsinin yüksəldilməsinə yönəldilir.

 

 

EDU 437 Tarixin Tədrisi Metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Tarixin tədrisi metodikası şagirdlərə cəmiyyətin inkişafı, xalqların tarixi haqqında bol-bol informasiya verməkdən daha çox onları həmin informasiyalardan baş açmaq, zehni və əməli fəaliyyətlərini məntiqi-elmi əsaslarla təşkil etmək, cəmiyyətdə öz yerini tutmaq bacarıqlarını aşılamağa xidmət edir.

 

EDU 409 Azərbaycan dilinin tədris metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Kursda fənn müəllimlərinə ana dilinin tədrisinin məqsəd və vəzifələri, Azərbaycan dili təliminin məzmunu və nəzərdə tutulan təlim nəticələrinin mahiyyəti, təlim məqsədlərinin təyini, qazandırılacaq  yüksək idraki bacarıqların formalaşdırırlması  metodları üzərində durulacaqdır. Ana dilinin təlim strategiyaları, konstruktiv  təlim nəzəriyyəsinə əsasən təliminin təşkilinə verilən tələblər, təliminin təşkilində istifadə olunan forma, üsul və texniklardan və fəaliyyətin planlaşdırılmasından bəhs olunacaq, şagird nailiyyətlərinin qiymətləndirilməsi növlərindən və qiymətləndirmə vasitələrinin hazırlanması üsulları, səmərəli müəllim- şagird ünsiyyəti və öyrənmə mühiti haqqında tövsiyyələr veriləcəktir.

 

EDU 456 Təhsil hüququ və qanunvericiliyi (6 kredit)

Prerekvizit: yoxdur

Tələbələr təhsil hüququ və qanunvericiliyi üzrə ətraflı və mükəmməl bilgilər əldə edəcəklər.

 

EDU 350 Sağlamlıq və fiziki tərbiyyə (6 kredit)

Prerekvizit: yoxdur

Bu kurs ibtidai məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur. Bu fənn çərçivəsində sağlamlığın əsasları, sağlamlığın möhkəmləndirilməsi yolları və bununla əlaqədar fiziki fəaliyyətin əhəmiyyəti öyrənilir.

 

EDU 444 Kimyanın tədrisi metodikası (6 kredit)

Prerekvizit: EDU 101

Kimyanın tədris metodikası kursu ilə tələbələrə ümumi və tam orta təhsil səviyyəsində (VII-XI siniflər)kimya fənninin  təlim metodlarının inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin və bacarıqların aşılanması təmin olunur. Kimya fənni üzrə təlimin təşkilinə verilən tələblər, təlimin təşkili formaları və üsulları barədə tövsiyələr, fənn üzrə təlimin planlaşdırılmasına dair nümunələr  tədris edilir.

 

SPH 202 Nitq mədəniyyətinin əsasları ( 6 kredit)

Prerekvizit: yoxdur

“Nitq mədəniyyətinin əsasları” fənninin bütün humanitar fakultələrə, xüsusən müəllim ixtisası alanlara tədrisi vacibdir.Kursun məqsədi – natiqlik məharəti, bunun üçün lazım olan keyfiyyətləri aşılamaqla yanaşı, tələbələrdə öz fikirlərinin düzgün, aydın, məntiqli, yığcam şəkildə ifadə edə bilmək vərdişi yaratmaqdır.Bu kurs nəzəri biliklə yanaşı praktiki məşğələlərdən ibarətdir. Danışıq texnikası, orfoepiya, intonasiya, mimika və jest, analitik və bədii verilişlərdə oxu tərzi kimi anlayışları ayrı-ayrılıqda öyrətmək, nitq mədəniyyətinin praktik cəhətdən mənimsənilməsini və fakultənin proqram tələblərini təmin etmək məşğələlərin əsas məqsədidir.Tədris prosesində nitq mədəniyyətinə yiyələnməyin daha səmərəli üsulları şərh olunacaq.

 

EDU 438 Cografiyanın tədris metodikası  (6 kredit)

Prerekvizit: EDU 101

Məktəb coğrafiyasının metodikasını, ənənəvi coğrafiya ilə müasir coğrafiyanın tədrisinin fərqli xüsusiyyətlərini, məzmun standartlarının funksiyaları və əhəmiyyətini şərh edəcək,coğrafiyanın tədrisi zamanı fəal təlim üsul və formalarından məqsədəuyğun istifadə, tədris zamanı məqəsəduyğun resurslardan istifadə, yeni qiymətləndirmə vasitələrinin hazırlanmasınımənimsəyəcəklər.

 

MGT Təşkilatı davranış (6 kredit)

Prerekvizit: yoxdur

"Təşkilatlarda davranış” fənninin tədrisinin əsas məqsədi, ali məktəblərin pedoqoji fakültə və ixtisaslarında təhsil alan tələbələrə, təşkilati davranış haqqında məlumatların verilməsi və praktiki nümunələrlə yaşayaraq öyrənməyi təmin etməkdir. Bundan əlavə, kursun digər məqsədi, təşkilatların uğuru üçün hansı davranışların hansı şərtlərdə təsirli ola biləcəyini, fərdi və qrup davranışları və bunların səbəblərini, motivasiya və stres kimi şərtlər altında insan davranışlarının necə istiqamətləndirilə biləcəyini araşdırmaqdır.

 

EDU 408 Təhsilin İdarəedilməsi (6 kredit)

Prerekvizit: EDU 101

Tələbələr məktəb idarəçiləri üçün nəzərdə tutulan başlıca idarəetmə nəzəriyyələri, idarəçiliyin təsiri, məktəb liderliyi və eyni zamanda müasir məktəb idarəçiliyindəki əsas prinsip və təcrübələr barədə öyrənəcəklər. İştirakçılar təşkilati yenidənqurma, məktəb idarəçiliyi proseslərinə tətbiq edilə biləcək klassik və müasir idarəçilik nəzəriyyələri ilə tanış ola biləcək və onları məktəb idarəçilyində tətbiq etmək üçün bacarıqlara sahib olacaqlar.Nəticədə, tələbələr təhsildə idarəetmə məsələləri, onlaramüasir yanaşmalar vəonların bugünkü məktəblərə tətbiqi barədə bilik və bacarıqlarla təchiz olunacaqlar.