Magistr proqramı MA





2014/2015-ci tədris ilindən başlayaraq magistratura üzrə ixtisasların kreditlərinin sayı

 Bakalavr proqramını bitirdikdən sonra Magistr proqramlarına qəbul olan bütün tələbələr doktorluq proqramının ilk mərhələsinə xidmət edən magistr tələblərini yerinə yetirməlidir.

Doktorluq proqramları sahələri üzrə tədqiqatçılığa yüksək marağı olan tələbələr üçün nəzərdə tutulmuşdur.

Jurnalistika, Azərbaycanşünaslıq, Azərbaycan dili və İslamşünaslıq kimi ingilis dilində keçirilməyən ixtsasların magistr pilləsinə qəbul olan tələbələrin İngilis dili biliyi yüksək səviyyədə deyilsə İngilis dili və ədəbiyyatı departamenti  tərəfindən təklif olunan ən azı iki ingilis dili fənni (minimum 6 kredit) götürməlidirlər. Lakin bu fənlərin kreditləri proqramı bitirmək üçün tələb olunan kreditlərin ümumi sayına (60) şamil olunmur.

Magistratura və doktorluq proqramları aşağıdakı əsas sahələri əhatə edir:

• Dilçilik (tətbiqi/ümumi)

• German dilləri 

• Tərcüməçilik

• Dünya ədəbiyyatı /Müqayisəli ədəbiyyat

• Regionşünaslıq (Asiyaşünaslıq, Avropaşünaslıq, Orta Şərqşünaslıq, Amerikaşünaslıq və s.)

• Beynəlxalq əlaqələr

• Siyasi elmlər

• Tərcüməçilik

• Dillərarası əlaqələr

• Jurnalistika

• Dünya ədəbiyyatı /Müqayisəli ədəbiyyat

• Azərbaycanşünaslıq

• Dinşünaslıq

• Islamşünaslıq

Qəbul komitəsi bütün ərizələri nəzərdən keçirir və aşağıdakılara xüsusi diqqət yetirir:

• akademik dərəcəyə

• iki tövsiyə məktubuna

• şəxsi müsahibəyə

Nəzərə almaq lazımdır ki, aşağıda göstərilən məlumatlar bütün proqramları əhatə etmir. Bəzi proqramlar bir nümunə kimi verilmişdir. İngilis dili üçün nəzərdə tutulmuş bu nümunə Ərəb, Fars və Türk dilləri kimi digər dillər üçün də uyğundur. Regionşünaslıq proqramları sahələrarası proqram formasında təklif olunur, buraya müxtəlif departamentlərin kursları daxil edilir. Ph.D. və magistr tələbələri bəzi hallarda magistr və bakalavr pilləsində fənn tədris etməklə kredit (6 kreditdən çox olmayaraq) toplaya bilər.

  • Tərcüməçilik  üzrə  magistr proqramı
  • Ingilis dili və ədəbiyyatı üzrə magistr proqramı
  • Beynəlxalq Əlaqələr üzrə magistr proqramı
  • Siyasi Elmlər üzrə magistr proqramı
  • Regionşünaslıq üzrə magistr proqramı
  • Dilşünaslıq (ingilis dili üzrə) magistr proqramı
  • Ümumi psixologiya üzrə magistr proqramı
  • Kliniki psixologiya üzrə magistr proqramı

Ph.D. proqramı

Proqrama qəbul üçün təqdim edilən ərizələr Məzunlar Tədris Komitəsi (Magistratura və aspirantura Şurası) tərəfindən təsdiq edilməlidirlər. Qəbul üçün bir neçə kriteriyalar mövcuddur və ancaq bu meyarların tələblərinə cavab verən ərizələr, obyektiv olaraq münasib şəxslər hesab olunurlar. Bundan əlavə, Qəbul Komitəsi hər ərizənin fərdi aspektlərinə nəzər yetirir. 

PHD (Doktorluq) Proqramı (Fəlsəfə Elmləri Doktoru FED Proqramı) yüksək akademik bacarıqlarına və araşdırma maraqlarına malik olan tələbələr üçün təşkil edilib. Hər bir PHD (FED) tələbəsi üçün xüsusi akademik ehtiyaclarından və tədqiqat maraqlarından asılı olaraq fərdi təhsil proqramı planlaşdırılır.

PHD (Doktorluq) Proqramına daxil olan magistr dərəcəsinə malik olan namizdlərdən tələbələrin və onların elmi rəhbərlərinin çoxlu sayda sahəsi üzrə kreditlərin əldə edilməsi məqsədlərindən asılı olmayaraq, ən azı 7 fənnin (32 kreditin) götürülməsi, distertasiyanın 10-12 kreditini daxil edilməsi də tələb olunur.

Tələbə ümumi orta balı 80-dən az olmayaraq əsas tələbləri yerinə yetirməlidir. Ph.D. namizədlər öz sahəsində bakalavr fənləri tədris etməklə 6 kredit əldə edə bilərlər. Bundan əlavə, tələbələr müvafiq təşkilatlarda təcrübə(3 kredit) keçməyə təşviq olunurlar.Xarici təşkilatlardakı inetrnaturanın keçirilməsi məsələsinə universitetin tədris qaydalarına (siyasətinə) münasib olaraq Məzunların Tədris Komitəsi tərəfindən baxıla bilər. Kurs işini və ixtisas imtahanlarını müvəffəqiyyətlə bitirdikdə, tələbələr dissertasiya mövzusunu seçirlər. Kandidatorlar (namizədlər) öz dissertasiyalarında orijinal araşdırma aparmaqla fərdi müstəqil tədqiqat aparma qabiliyyətlərini nümayiş etdirməlidirlər. Onlar nəyə qadir olduqlarını tam şəkildə yekun (final) şifahi imatahanında göstərməli, öz dissertasiyalarını müdafiə etməli və müvafiq ixtisas sahələrinə mükəmməl ustalıq məharəti ilə qiymətli töhfələr verməlidirlər.

Onlar ixtisasları üzrə yazılı imtahanları başa vurduqdan sonra 5 il ərzində yekun imtahanlarını verməli və disertasiyalarını müdafiə etməlidirlər. Hər bir istisna halı Dissertasiya Komitəsi (Şurası) və Fakültənin Dekanı tərəfindən təsdiqlənməlidir, bu da yekun imtahanının təkrarlanmasını ehtiva edir. Ümumi məlumatüçün müvafiq kataloqun Doktorluq Proqramının təhsil siyasəti, Akademik Qaydalar adlı bölməsinə xüsusi iddialar müvafiq şöbələrdən (departamentlərdən) əldə edilə bilər.