Bakalavr Dərəcəsi üçün qoyulan tələblər



Bakalavr dərəcəsi üzrə tələbələr müəyyən krediti toplayaraq ixtisasları üzrə lazımı tələblərə  cavab verməlidir. Belə ki, təhsilin tamamlanması üçün ümumilikdə  132 kredit, ixtisas üzrə isə 72 kredit toplanımalıdır.

Hər tələbə Bakalavr dərəcəsini bitirmək üçün lazım olan 3 əsas tələbi yerinə yetirməlidir:


  • Universitet tələbləri
  • Ümumtəhsil tələbləri
  • İxtisasla bağlı tələblər

 

Universitet tələbləri: Ümumi 33 kreditdən ibarət olan İngilis dili və Azerbaycanşünaslıq bölməsidir.

 

İngilis dili –  aşağıdakı proqramlardan ibarətdir:


  • Eşidib anlama və nitq Oxuyub anlama və yazı-1 (4 kredit)
  • Eşidib anlama və nitq Oxuyub anlama və yazı-2 (4 kredit)
  • Eşidib anlama və nitq Oxuyub anlama və yazı-3 (4 kredit)

Xüsusi sahələr üçün İngilis dili (ESP) və İngilis dili ikinci dil kimi (ESL) (3 kredit)

 

* Qeyd: İngilis dili və ədəbiyyatı, tərcümə və Jurnalistika / İngilis dili ixtisası üzrə təhsil alan tələbələrə ESL fənni əvəzinə ESP fənni təklif olunur.

 

Azərbaycanşünaslıq Bölməsi 12 kreditdən  ibarətdir:


  • Azərbaycan dil-1  (3 kredit)
  • Azərbaycan ədəbiyyatı-1 (3 kredit)
  • Azərbaycan  mədəniyyəti  (3 kredit)
  • Azərbaycan tarixi (3 kredit) 

 

Ümumi Təhsil Tələbləri- Minimum 21 kreditdən ibarət olan 3 əsas hissəni təşkil edir.

Ümumtəhsil tələbləri bakalavr dərəcəsi üzrə təhsil alan tələbələrə ixtisasdan əlavə müxtəlif elmi sahələri öyrənməyi təşkil edir. Tələbənin ixtisasının mahiyyətindən asılı olmayaraq Ümumtəhsil Tələblər tələbələrin intellektual perspektivlərinin genişləndirmək və gələcəkdə cəmiyyətdə ali-təhsilli bir şəxs kimi yetişmək imkanı verir. Ixtisas fənnləri ilə yanaşı, tələblər artıq birinci və ikinci kursda  Ümumtəhsil tələblərin təklif etdiyi fənləri götürürlər. Aşağıda qeyd olunan 3 hissədən ibarət olan Ümutəhsil Tələbləri bölməsində 21 kredit tamamlanmalıdır:


  •  Humanitar
  •  Sosial Elmlər
  •  Elm və Texnologiya

 

Humanitar : Bu bölmədə əsasən Ədəbiyyat, Dil və Dilcilik, Fəlsəfə, Tarix, Mədəniyyət və Sivilizasiya, Incəsənət və Incəsənət Tarixi kimi fənlər təklif edilir. Tələbələrdən bu sahə üzrə  hər kurs  3 kredit olmaq şərtilə ən azı 2  kursu bitirmələri tələb olunur. 

 

Sosial Elmlər: Bu bölmədə Tarix, Coğrafiya, Siyasi Elmlər, Beynəlxalq Münasibətlər, Hüquq və Hökumət, Antropologiya, İqtisadiyyat, Sosiologiya və Psixologiya kimi fənlər təklif olunur. Tələbələrdən bu sahə üzrə hər kurs  3 kredit olmaq şərtilə ən azı 2  kursu bitirmələri tələb olunur.

 

Elm və Texnologiya bölməsi Ümumtəhsil Tələblərin əsas hissələrindən biri olmaqla yanaşı, 3 hissəyə bölünür:


  • Fiziki Elmlər və Riyaziyyat
  • Həyat  Elmləri
  • Kompüter Elmləri

Tələbələr  Riyaziyyat, Kompüter Elmi, Fizika, Kimya, Astronomiya, Coğrafiya və Ətraf mühitlə bağlı fənnlər, Geologiya, Bioloji Elmlər və Antropologiya, Tibb Elmlərinə aid fənlərdən keçərək bu bölməni bitirə bilərlər. Tələbələr bu sahə üzrə  hər kurs 3 kredit olmaq şərtilə ən azı  3  kursu keçərək 9 kredit toplamalıdırlar. Təklif olunan fənlərdə tətbiq olunan metodlardan və kursların mahiyyətindən asılı olaraq fənlər müxtəlif bölümlərə də aid ola bilər. Misal olaraq, Antropologiya, Psixologiya və Coğrafiya Sosial Elmlər bölümünə, eyni zamanda da Təbiət Elmləri bölümünə  aid ola bilər. 21 krediti tamamlamaq üçün yalnız bir ixtisas fənnindən başqa  ixtisas fənlərini götürərək, Ümumtəhsil Tələbləri bölümünü tamamlamağa icazə verilmir. Yuxarıda qeyd edildiyi kimi, bəzi elmi dərəcələri almaq üçün bu üç sahə üzrə əlavə iş fəaliyyəti və ya tələbələrin spesifik kurslar götürərək Ümumtəhsil Tələblərinin şərtlərini yerinə yetirmələri tələb olunur.

 

Sərbəst Fənn seçimi- Bu bölümdə heç bir məhdudiyyət qoyulmadan, tələbələr 6 kreditdən ibarət olan  ən azı 2 əlavə ixtisas və ya qeyri-ixtisas fənləri götürə bilərlər.