Məqsədlər





Məqsədlər

 

Humanitar və Sosial Elmlər Fakültəsinin qeyri-ənənəvi anlamda tələbələrə təklif etdiyi proqram və kurslarına daxil olan fənn proqramlarına uyğun olaraq əsasən,

  • İxtisasa uyğun olaraq aparılan araşdırmalar
  • Əxlaqi və Taktiki (hərəkət tərzi) dəyərlər
  • İxtisas təcrübəsində tarixi ve sosial perspektivləri

kimi sahələrdə daha dəyərli araşdırmalar aparmaq imkanı verir. Bu fakültədə ölkədə fəaliyyət göstərən digər  ali təhsil mərkəzləri ilə müqayisə olunmayacaq  səviyyədə  Avropa və Müasir Şərq dillərinin öyrədilməsi proqramı tədris olunur. İncəsənət və Musiqi sahəsində tətbiq olunan yüksək səviyyəli proqramlar Xəzər Universitəsinin bütün fakültələrində tətbiq olunmaqla yanaşı, bütün  tələbələr bu sahə üzrə ən azı  bir neçə kurs keçmək məcburiyyətindədir. Bu model Azərbaycanda fəaliyyət göstərən Universitetlər tərəfindən də istifadə olunmağa başlayıb.

Dərslər İngilis dilində keçirilməklə yanaşı, ikinci dil kimi Ərəb və ya Fars dillərini də öyrənirlər. Bundan başqa, tələbələr Fransız, Alman, İspan, Çin, Koreya və başqa dilləri öyrənmək kimi imkanlar  əldə edirlər.

Humanitar və Sosial elmlər fakültəsinin proqram qaydalarına uyğun olaraq İngilis dili  və ədəbiyyat, Politologiya, Beynəlxalq münasibətlər, Psixologiya, Dilşünaslıq proqramları da öyrədilir. 

Humanitar və Sosial elmlər fakültəsinin əsas məqsədləri təhsilin müxtəlif sahələrində tədqiqat aparmaq üçün təhsil siyasəti və strategiyası hazırlamaq, təhsil, humanitar elmləri üzrə savadlı kadrlar yetiştirmək və onları qabaqcıl bilik və müasir tədris metodları ilə təmin etməkdir. Bilik və bacarıqların ötürülməsinə xüsusi diqqət verilir ki, bu da tələbələrimizə milli dəyər və ənənələrimizi onların gələcək tədris, elmi-tədqiqat və insanın inkişaf fəaliyyətinin ümumbəşəri dəyər və normaları ilə birləşdirməyə imkan verəcək.