Proqramlar

Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamenti bakalavr və magistr səviyyələrində təhsil təklif edir.

Bakalavr proqramını bitirdikdən sonra tələbələr fəaliyyətini  iki istiqamətdən birini seçməklə - tədqiqatçı və müəllim kimi davam etdirə bilər.

Azərbaycan dili və ədəbiyyat deparatamentinin, bakalavr proqramı üzrə məqsədi tələbələrin ədəbiyyat və dil üzrə biliklərini təcrübədə inkişaf etdirməkdir.

Xəzər Universitetinin digər departamentləri kimi  Azərbaycan dili və ədəbiyyat  departamentinin bakalavr və magistr proqramları tələb olunan və seçmə fənnlərdən ibarətdir. Seçmə fənnlər tələbələrin dil və ədəbiyyatın müxtəlif aspektlərini daha dərindən öyrənməsinə kömək edir, zəruri tədqiqat bacarıqlarını və tənqidi təfəkkürünü inkişaf etdirir.

Magistr proqramı məzunları 3 sahədən  birini  davam  etdirə bilər: Ümumi dilçilik, ədəbiyyat və türkologiya.  Departamentin  rəhbərliyi altında magistr tələbələr fərdi tədqiqat işi aparırlar. Departamentin geniş araşdırma sahələrinə  Ümumi dilçilik, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Türkologiya  və s. daxildir.

Bakalavr dərəcəsi diplomu tələb olunan kreditləri əldə edən və dərslərin düzgün bölüşdürülməsi şərtlərini yerinə yetirən tələbələrə verilir. Tələbələr əsas tələblərə aid 78 kredit daxil olmaqla ən azı 264 kredit toplamalıdırlar.


Bakalavr pilləsindəki hər bir tələbə aşağıda qeyd olunan fənnlər blokunun tələblərini yerinə yetirərək universitədən məzun ola bilər:

Univеrsitet tələbləri (UT)

Ümumtəhsil tələbləri (ÜTT)

İxtisаs tələbləri (IT)

 

Universitet tələblərinə ümumi sayı 27 kredit olan iki əsas komponent-İngilis dili və Azərbaycanşünaslıq daxildir.

İngilis dilindən tələb оlunаn 15 krеdit аşаğıdаkı fənnlərdən imtahan vеrməklə tоplаnır:

İngilis dili/Оxu -1              –  6 krеdit

İngilis dili/Yаzı -1              –  6 krеdit

İngilis dili/Оxu -2              –  6 krеdit

İngilis dili/Yаzı -2              –  6 krеdit

İxtisаsа uyğun İngilis dili   –  6 krеdit 


Аzərbаycаnşünаslıq üzrə tələb оlunаn 12 krеdit аşаğıdаkı fənlərdən imtahan vеrməklə tоplаnır:

Аzərbаycаn dili                  –  6 krеdit

Аzərbаycаn ədəbiyyаtı        –  6 krеdit

Аzərbаycаn mədəniyyəti     –  6 krеdit

Аzərbаycаn tаrixi              –  6 krеdit  

Ümumtəhsil tələbləri (ÜTT)

Tələbələr 21 krеditdən ibаrət оlаn ÜTT tələblərini ödə­mə­lidirlər:

Humаnitаr еlmlər               

Sоsiаl еlmlər                            

Tеxnоlоgiyа və təbiət еlmləri   

Humanitar elmlər qrupuna ədəbiyyat, dil və dilçilik, fəlsəfə, mədəniyyət və sivilizasiya, incəsənət və incəsənət tarixi fənnləri daxildir. Bu bölmədən tələbələr ən azı 12 kredit, yəni hərəsi 6 kredit olan 2 fənn götürməlidirlər.

Sosial elmlər qrupuna coğrafiya, siyasi elmlər, beynəlxalq əlaqələr, qanun və dövlət, antropologiya, iqtisadiyyat, sosiologiya və psixologiya fənnləri daxildir.  Bu bölmədən tələbələr ən azı 12 kredit, yəni hərəsi 6 kredit olan 2 fənn götürməlidirlər.


Texnologiya və təbiət elmləri ümumitəhsil proqramının bir hissəsi kimi üç sahəni özündə birləşdirir:

·      Fiziki еlmlər və riyaziyyat

·      Həyat haqqında elmlər

·      Kompüter elmləri

və Riyaziyyat, Kompüter Elmləri, Fizika, Kimya, Astronomiya, Coğrafiya və Ətraf Mühit Tədqiqatlar, Geologiya, Bioloji Elmlər və Antropologiya, Tibb elmləri fənnləri.

Bu bölmə üzrə tələbələr ən аzı üç fənn götürməlidirlər. Hər аlt bölmədən bir fənn götürməklə 9 krеdit, yəni hər bölmədən 3 krеdit tоplаnılmаlıdır.

Əsas tələblər iki qrupa bölünür: Tələb olunan və Seçmə fənnlər

Seçmə fənnlər: tələbələr minimum 6 kreditli iki əlavə fənn götürməlidir. Bu fənnlər heç bir məhdudiyyət olmadan hər hansı ixtisas və ya qeyri-ixtisas bölmələrdən götürülə bilər.

Azərbaycan dili və ədəbiyyat bakalavr proqramı

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi bakalavr proqramı


Magistr proqramı

Departamentin  rəhbərliyi altında magistr tələbələr fərdi tədqiqat işi aparırlar. Department 3 sahə -Ümumi dilçilik, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı  üzrə magistr proqramı təklif edir.

Azərbaycan dili üzrə magistr proqramı

Azərbaycan ədəbiyyatı üzrə magistr proqramı

Ümumi dilçilik üzrə magistr proqramı