Elmi-Tədqiqat

Elmi-tədqiqat təsisatları

Bizim müasir elmi tədqiqatlar üçün nəzərdə tutulmuş təsisatlarımız Neftçilər kampusunda yerləşir. Bu təsisatlara struktur və material labarotoriyası, elmi tədqiqat qrupları və kitabxana daxildir.

Struktur və material labaratoriyası

 

Universitetimizin “Tikinti materiallarının sınaq laboratoriyası” ən müasir təsisatlardan biri olub həm elmi-tədqiqat həm də tədris məqsədi ilə istifadə edilir. Labaratoriyada beton qarışığı, sement və gips kimi tikinti materiallarının sınağı üçün nəzərdə tutulmuş 10-dan çox əsas avadanlıq mövcuddur. Bu avadanlıqlar adı çəkilən materialların yumşalma temperaturunu, xüsusi çəkisini, çökməsini, qranulometrik tərkibini, hermetikliyini və hava tərkibi kimi müxtəlif xüsusiyyətlərini ölçə bilir. Həmçinin əsas olçmələr üçün tələb olunan avadanlıqlar mövcuddur. Labaratoriya kampusun zirzəmisində yerləşir və həyətdən girişi vardır.