Haqqında

Departamentin tədqiqat maraqları aşağıdakı sahələrlə bağlıdır:

  • Neft kimyası
  • Polimerlər (yüksəkmolekullu birləşmələr) kimyası
  • Kolloid kimya
  • Ekoloji kimya

Departamentin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri əsasən yeni və səmərəli səthi-aktiv reagentlərin alınması, öyrənilməsi və tətbiqi üzrə (xüsusilə neft sənayesində) araşdırmaların aparılmasıdır. Bu reagentlər əsasən tərkibində mütəhərrik hidrogen atomu olan ekoloji zərərsiz xammal növlərinin və geniş sənaye istehsalı olan heterotsiklik birləşmələrin iştirakı ilə alınır. Yüksəkmolekullu səthi-aktiv maddələr doymamış alifatik karbon turşuları, heterotsiklik birləşmələr və (qeyri)üzvi əsaslardan sintez olunur. Bu səthi-aktiv maddələrin nəzərdə tutulan tətbiq sahələri neftin yeraltı laylardan çıxarılma dərəcəsinin yüksəldilməsi, neft quyularının qazılması zamanı su axınlarının izolyasiyası, qazıma məhlullarının fiziki-kimyəvi göstəricilərinin yüksəldilməsi və digərləridir.