Elmi-Tədqiqat

Departamentdə Neft Mühəndisliyinin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.

Tədqiqatların əsas istiqamətləri aşağıdakılardır:

  • Neft və qaz yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı
  • Neftvermənin artırılması
  • Təbii qaz mühəndisliyi
  • Neftin çıxarılmasında qeyri-Nyuton sistemlərinin tətbiqi
  • Neft və qazın geologiyası və geofizikası
  • Petrofizika
  • Başqa sahələr

Departamentdə aparılan müxtəlif istiqamətli tədqiqatlar müasir neft və qaz sənayesinin problemlərinin həll edilməsi üçün və eləcə də fundamental elmi-tədqiqatlar istiqamətində böyük əhəmiyyətə malikdir. Departament hal-hazırda yuxarıda qeyd olunan istiqamətlərdə sənayenin tələblərinə cavab verən tədqiqatlar həyata keçirir və gələcəkdə də bu istiqamətdə geniş spektrli tədqiqatların aparılmasını planlaşdırır.

Departamentdə 2 laboratoriya yaradılmış və onlar həm təlim və həm də tədqiqat məqsədi üçün istifadə edilir:

1. Neft və qaz mühəndisliyi təlim və tədqiqat labotaroriyası

2. Neft və qaz yataqlarının simulyasiyası laboratoriyası

Departamentinin “Neft və qaz mühəndisliyi təlim və tədqiqat labotaroriyasi” neft və qaz mühəndisliyinin əsaslarının tədrisi və öyrənilməsi üçün yüksək səviyyədə laboratoriya avadanlıqları ilə təmin olunmuşdur. Onlar həmçinin, magistratura, doktorantura tədqiqatları və sənayeyə məsləhət işləri üçün istifadə edilir. Laboratoriya aşağıdakı avadanlıqlarla təchiz edilmişdir.

KERNA SULAŞDIRMA SİSTEMİ

Kerna sulaşdırma sistemi Neft və Qaz mühəndisliyi departamentində təlim və tədqiqat prosesində aparılan laborator eksperimentlərində istifadə edilir. Bu müəyyən edilmiş təzyiq və temperatur şəraitlərində kerna nümunələrində keçən maye axınlarının sistemindən ibarətdir. Bu prosesdə axın parametlərinin ölçülməsi və monitorinqi həyata keçirilir. Aparılan eksperimentlərin bəzi növləri kimi kollektor şəraitində ənənəvi maye vurma, kimyəvi sulaşdırma, mikrob üsulu ilə neftvermənin artırılması və keciriciliyin ölçülməsi işləri bu avadanlıqla yerinə yetirilir.


























ƏL İLƏ İDARƏ OLUNAN NƏMLƏNDİRİCİ

Əl ilə idarə olunan nəmləndirici kernadan kəsilmiş nümunələrdə vakuum və doyma dövrələrini ardıcıllıqla yerinə yetirməyə imkan verən neftli və qazlı kollektorların xassələrinin öyrənilməsi ilə əlaqədar tələbələr tərəfindən laborator tədqiqatları aparılması üçün istifadə edilir. Avadanlıq kerna kəsilmiş nümunə ölçüsündə nüvə kameradan, vakuum nasosdan, əl ilə idarə edilən təzyiq nasosundan, nəmləndirici vakuum aqreqatdan və əl ilə idarə edilən klapanlardan və boru xəttindən ibarətdir. Məsaməli mühitin kollektor xüsusiyyətlərini və effektiv keçiriciliyini qiymətləndirmək üçün - kernadan kəsilmiş nümunələrdən - nəmləndirici kimi su, duzlu məhlul, neft və başqa mayelərdən istifadə olunur.


























REKOMBİNASİYA KAMERASI

Bu avadanlıq yüksək təzyiqin və yüksək temperaturun rekombinasiyası kamerasından təşkil olunub və neft və qaz yataqlarının işlənməsi prosesində müxtəlif təzyiq və temperatur şəraitində maye axınının tədqiqi üçün istifadə edilir. Bir neçə saat ərzində ilkin lay maye axınının bircinsli qarışığını almaq üçün quyu ağzında separatordan neft və qaz nümunəsi əvvəlcədən muəyyən edilmiş həcmdə vurulur, istənilən temperaturda qızdırılır və kollektorun nəmləndirmə təzyiqindən yüksək təzyiqdə təzyiqləndirilməsi üçün istifadə edilir. Avadanlıq temperatur nəzarəti üçün qızdırıcı daş parçası yerləşdirilmiş rekombinasiya kamerasından, iki yerdəyişdiricidən və əl nasosundan ibarətdir. Separtorların və ya yerüstu mayelərin rekombinasiyası ilə kollektor mayelərini almaq üçün istifadə edilir.










İSTİLİK DƏYİŞDİRİCİ

Bu qurğu şəffaf slindrik örtüklü istilik dəyişdiricidən təşkil olunub və istilik dəyişdiricilərin konstruksiyasının daxilini vizuallaşdırmağa imkan verir. Biri maye boru vasitəsilə axir, digəri isə qabıq üzrə axıb keçir. Bu eksperimentin məqsədi tələbələrdə qabıq və boru dəyişdiriciləri üçün ümumi istilik keçiricilik əmsalını (U) hesablamaq və onlarda maye axını sürətinin effektini tədqiq etmək bacarığını aşılamaqdır. Eksperimenti həyata keçirmək üçün bir neçə kürəşəkilli kranlar istifadə edilir və onların vasitəsilə müxrəlif axım rejimlərini birlikdə müqayisə etmək mümkündür. Bu klapanları istifadə edərək isti və soyuq mayenin, həmçinin boru və ya qabıq vasitəsilə axmasını müqayisə edərək, tələbələr isti mayenin boru vasitəsilə axması zamanı istilik itkisini qiymətləndirə bilərlər. Dörd istilik buxarı istifadə edərək isti və soyuq mayenin daxil olan və çıxan temperaturalarını ölçməklə düz və əks istiqamətdə maye axının rejiminin temperatur fərqlərini hesablamaq olar. Burada iki kürəvari klapanlar isti və soyuq mayenin axın sürətini nizamlamaq üçün istifadə edilir və istilikötürmənin ümumi əmsalında işlənmə effektini tədqiq etməyə imkan verir. Avadanlıq əsasən isti maye şəklində olan müxtəlif eksperimentlərin aparılmasında istifadə edilir:

1. İstilik dəyişdiricinin məhsuldarlığının yüksəldilməsi;

2. İstilikötürmə əmsalının tədqiqi;

3. İstilik dəyişdiricidə çirklənmə faktorunun öyrənilməsi.















Departamentin “ Neft və qaz yataqlarının simulyasiyası” laboratoriyası Schlumberger şirkətinin dəstəyi ilə 2011-ci ildə yaradılmış və şirkət tərəfindən Petrel, Techlog, Eclipse kompüter programlarının istifadəsi ilə tələbələr, həm tədris prosesində və həm də elmi-tədqiatların aparılmasında, neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlənməsi və istismarının modelləşdirilməsi ilə əlaqədar innovativ layihələr yerinə yetirirlər. 













Petrel. Fasiyalarin modelləşdirilməsi