Fənlər


PETE 202: Neft Mühəndisliyinə Giriş (6 kredit)

Kurs əsasən tələbələrin neft sənayesinin əsas konsepsiyaları ilə tanış olmaq üçün tərtib edilib. Burada  neftin  fiziki və kimyəvi xassələri, onun tarixi və dünyada neftə və qaza olan təlabat, neft axtarışına, işlənmə növlərinə və mühəndislik konsepsiyası məsələlərinə, istismarın növləri və təbii karbohidrogenərin emalı və nəqli məsələlərinə baxılır.

 

 GEOL 203: Neft Geologiyası (6 kredit)

Yer və onun təbiəti, Mineral və Süxurlar. Süxurların dövran modeli. Çökmə hövzələri. Çöküntütoplanma şəraitləri, transqressiya və  reqressiya, Sedimentalogiyanın prinsipləri. Çökmə süxurların məsaməliyi və keçiriciliyi, Çöküntülərin laylanması və çökmə strukturlarının əmələgəlmə mexanizmləri. Klastik və karbonat çökmə şəraitləri. Neft axtarışı və onun elementləri. Neft Sistemləri və onun element və prosesləri. Struktur geologiya. Xəritəalma

 

PETE 302: Qazıma Mühəndisliyi (6 kredit)

Qazıma avadanlığı: quyu və avadanlıq. Flüidlərin qazıması və hidravlikası. Sement və Hidravlika. Qazılan quyuların sınanması (baltanın məhsuldarlığı). Təzyiqə nəzarət. Qazıma prosesində ölçmələr. İstigamətli qazıma (tangensial,əyriliyin müəyyən edilməsi, minimum əyrilik üsulları). Qazıma kəmərinin layihələndirilməsi. Kəmərlərin növləri (ikioxlu,üçoxlu). Kəmərlərin buraxılması (əyilmə və quyu ağzı yüklənmə).

 

PETE 303: Neft və Qaz laylarının fizikası (6 kredit)

Lay süxurlarının məsaməlik və  keçiricilik xassələri, elektrik xassələri, flüidlə doymuş məsaməli mühitin xassələri, nisbi keçiricilik. Məsaməli süxurların mexananiki xassələri, süxurların çatları və karbonatlılıq tərkibi. Nyuton və Qeyri-Nyuton neftlərinin xassələri. THT və lay flüidlərinin hərəkət fazası.Su və qaz vurma ilə məsaməli mühitdə neftin yerdəyişməsinin əsas fizikası. Suvurmanın əsaslandırılması

 

PETE 312: Quyuların geofiziki tədqiqi (6 kredit)

Qamma şüalanma, potensial, qalınıq ölçən, müqavimət, sıxlıq neytron, akustik, sement və sıxlıq müxtəlifliyi prinsipləri və əməliyyatları həyata keçirən karotaj növləri. Quyu geofiziki tədqiqat avadanlıqlarının diametri. Quyu karotajlarının interpretasiyası və onların qrafiki təsvir texnikası. Formasiyaların xassələrinin, o cümlədən məsaməliyin, karbohidrogen doyumluluğunun, litologiyanın,qalınlıq zonasının müəyyən edilməsi. Qaslı formasiyaların korelyasiyası və ehtimal edilən resursların müəyyən edilməsi. Sahə şəraitinə uyğun  karotaj növlərinin seçilməsi qaydaları.

 

 PETE 341: Karbohidrogen Laylarının Riyazi Modellənməsi (6 kredit)

Riyazi modelləmənin əsas prinsipləri. Məsaməli  mühitdə bir və çoxfazalı axının tənliklərinin müəyyən edilməsi. Sonlu müxrəkkəblik/Sonlu element tənliklərinin xarakteristikası. İlkin matriks problemlərinin strateji texnikasının həll edilməsi. Modelləmə məsələlərində məlumatların qiymətləndirilməsi. Məsələlərin həlli.

 

PETE 402: Neftçıxarma Texnologiyası (6 kredit)

Qazıma kəmərlərində lay sınanması. Quyuların tamamlama üsulları, Tamamlama məhlulları və  quma qarşı mübarizə. Perforasiya və quyuağzı avadanlıq və axın pequlyatoru, hasilat pakerləri, neft və qaz separatorları.

Fontan quyusunun xarakteristikası və neft və qaz quyularının əlaqəli sistem üsulları. Mexanikləşmiş hasilat üsulları. Ştanq nasosları və  quyuların istismarı, Qazlift yükləyici electrik nasos aqreqatı, hidavlik nasos aqreqatı, Məhsuldar layın zədələnməsi, Quyulara təsir texnikası, hidravlik parçalanmaş Hasilatın düşməsinin təhlili

 

PETE 403: Neft Yataqlarının İşlənməsi (8 kredit)

Karbohidrogenlərin məsamə həcmi və çıxarılma faktorunun hesablanması. Lay neftlərinin təsnifatı. Balans ehiyatıini isifadə edərək drenaj və  sıxışdırma mexanizmlərinin əlaqələndirilməsi, qazin, suyun, qaz papağının sixışdirlmasının həlli üçün layların məhsuldarlığının qiymətləndirilməsi. Sulaşma nəzəriyyəsi. Çatlı layların xarakteristikası. Məsaməlı mühitdə dayanıqlı və dayanıqsız bir fazalı axının tənlikləri. Məsaməli mühitdə çoxfazalı axın. Təzyiq  və indikatirun təsiri ilə bircinsli və müxtəlif çinsli laylarda işlənmənin xarakteristikası.

 

PETE 405: Neft yataqlarının işlənməsində Statistik təhlil (6 kredit)

Bu kursun məqsədi uyğun statistik üsulları nəzərdən keçirmək və onları petrofizikaya və ədədi qiymətləndirməyə tətbiq etməkdir. Nümunə götürmə proqramının planlaşdırılması. Xətti reqresiya və korrelyasiya və onların işlənməyə tətbiqi

 

PETE 415: Qaz və Qaz- kondensat yataqların işlənməsi (6 kredit)

Təbii qazların mənşəyi və xarakteristikası. Qaz ehtiyatlarının hesablanması. Qaz quyularının sınanması. Qaz ayrılmasının müəyyən edilməsi. Qaz axının ölçülməsi. Təbii qaz təminatı, neftyığımı sistemınin layihələndirilməsi, Qaz- kondensat yataqlarının işlənməsi. Dövran prosesi.  Təbii qazların təmizlənməsi və emali. Yeraltı qaz ambarı

 

PETE 419: Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit (6 kredit)

Yataqların istismar davamlılığı dövranı elementləri və ətraf mühit sistemləri. Beynəlxalq ekologiya standartları. Ekologiya məlumatlarının toplanması. Ekoloji nəzarət və standart sınaq üsulları.  Çirklənmə təhlilləri və onların qarşısının alınması. Laylara suvurulması. Neftli suların təmizlənməsi. Qazıma məhlullarının təmizlənməsi. Enerjinin optimallaşdırılması. Birləşmiş Gas türbini və axın turbini dövranı. Quyuda axın turbini. Qazıma prosesində, quyuların sınanmasında və neft və qaz şıxarılmasında təhlükəsizliyin aspektləri

 

PETE 450: Yay Təcrübəsi (6 kredit)

Yay təcrübəsi neft mühəndisliyi tələbələrinin qazıma əməliyyatlar, neftcıxarma   və neft və qaz yataqlarınınişlənməsi təcrübəsi və avadanlıqları ilə tanış etmək məqsədi daşıyır.

 

PETE 505: Ali Qazıma Mühəndisliyi ( 6 kredit)

Qazıma mühəndisliyində ali məsələlər.Bu məsələlər yeni texnologiyaların tətbiqi ilə predmetin müxtəlif sahələri ilə əlaqədar tədrisin aparılmasını nəzərdə tutur.

 

PETE 510: Dənizdə Neft və Qaz yataqlarının işlənməsi (6 kredit) 

Dəniz neft və qaz yataqlarının işlənmə xüsusiyyətləri. Dənizdə qazıma, quyuların sınanması və neftçıxarma texnologiyası. Dəniz platformaları. Dənizdə yüklə üzən platformalar. Sualtı neftcıxarma texnologiyası. Sualtı quyuların tamamlanması. Dəniz neftlərinin daşınması.

 

PETE 531: Neft Geologiyası və Geofizikası (6 kredit)

Çöküntü hövzələri. Çökmə süxurlar və onların fiziki-kimyəvi xüsusiyyətləri. Sedimentalogiya konsepsiyası. Məsaməlik və keçiriciliyin xüsusiyyətləri. Çöküntülərin laylanması və struktur formaları. Clastik çökmə şəraitləri. Karbonat çökmə şəraitləri. Neft və qaz axtarışı konsepsiyası və onun vacib elementləri. Neftaxtarışında risk analizi. Neft sistemləri və onların element və prosesləri. Xəritəalma və onun növləri. Neft və qaz resurslarının həcmi hesablanması. Geoloji statistik məlumatların təhlili. Quyu geofiziki məlumatlarının korelyasiyası. Neft və qaz yataqlarının axtarışında geofizik üsullar.

 

PETE 539: Karbohidrogen Yataqlarının Modellənməsi (6 kredit)

Dayanıqsız şəraitin inkişaf etdirilməsi, karbohidrogen yataqlarının fluid axını tənlikləri və sonlu müxtəliflik üsulunun tənliklərin həllində tətbiqi 

 

PETE 540: Ali Neft və Qaz Yataqlarının İşlənməsi (6 kredit)

Neft və qaz yataqlarının işlənməsində ali məsələlər. Bu məsələlər yeni texnologiyaların tətbiqi ilə predmetin müxtəlif sahələri ilə əlaqədar tədrisin aparılmasını nəzərdə tutur.

  

PETE 541: Formasiyaların Qiymətləndirilməsi (6  kredit)

Neft və qaz resurslarının kəmiyyətcə qiymətləndirilməsində quyu geofiziki tədqiqatların nəzəriyyəsinin, quyuların sınanma nəticələrinin və məlumatların laborator təhlilinin tətbiqi

 

PETE 548: Ali NeftçıxarmaTexnologiyası (6 kredit)

Neft sənayesinin iqtisadi qiymətləndirməsinin seçilmiş məsələləri, o cümlədən, dənizdə neftçıxarma əməliyyatları,  layihələndirmənin qiymətləndirilməsi və seçilməsi, capital qoyuluşu, uzun müddətə neft və qaz yataqlarının işlənmə layihələri və neftvermənin artırılması üçün artım təhlili.

 

PETE 551: Neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi (6  kredit)

Neft və qaz yataqlarının işlənmə planının məlumatları. Quyuların yerləşmə sxemləri. Layın təbii rejim mexanizminin qiymətləndirilməsi. Sulaşma ilə neft yataqlarının işlənməsi. Hasilatın və surejimli laylar üçün suvurma təzyiqinin hidrodinamik hesablanması. Layın daxilinə su və qazvurmanın hidrodinamik hesablanması. Neft laylarının layihələləndirilməsinin iqtisadi qiymətləndirilməsi. Neftçıxarmanın səviyyəsinin optimallaşdırılması. İqtisadi çərçivədə neftvermənin maksimuma çatdırılması.  Neft yataqlarının işlənməsinin təhlili və idarə olunması.

 

 PETE 562: Ali Təbii Qaz Mühəndisliyi (6 kredit)

Həcmi qaz yataqları üçün material balans texnikası. Geo-təzyiqli qaz yataqları. Kəmərlərdə təbii qazın axını. Qaz quyularının sınanması, psevdofunksiyalar, artım və axın sınanması. Qaz quyularının hasilat sınanması. Axından sonar axın, izoxron və modifikasiya edilmiş izoxron sınanmaları. Qaz quyularının uzun müddətli pronoz qiymətləndirilməsi

 

PETE 563: Neft və Qaz Yataqlarının menecmenti və qiymətləndirilməsi (6 kredit)

Mühəndislik mexanizmləri. Yataq məlumatlarından istifadə edərək layların təsviri və təhlili . Qazvurma ilə istismar xüsusiyyətinin gələcək üçün proqnozu. Yataq misalları ilə material balans texnikası.  

 

PETE 570: Neft Yataqlarının Ədədi modellənməsi (6 kredit)

Məsaməli mühitdə birfazalı axını üçün hissəli differensial tənliklərin müxtəliflik sxemləri. Qridlərin planı, növü və sərhəd şəraitləri. Həll üsulları. Muasir neftcıxarmada istifadə edilən müxtəliflik, modellər və qərarların qəbul edilməsi.

 

PETE 572: Neftvermənin Yüksəldilməsi Üsulları (6 kredit)

Suvurma və Dövrani təsirlər. Laya yüksək təzyiqli qaz və COvurmaqla qalıq neftin çıxarılması. Polimer və

termal (istisu, buxar) usulların xassələri. Səthi aktiv maddələr və turşular. Fiziki üsullarla təsir  (təzyiq, maqnitsahəsi, elektrik sahəsi). İkinci dərəcəli nevtvermə üsullarının texnoloji xüsusiyyətləri. Laydaxili yanma. Yatağın layihələndirmə parametrləri. 

 

PETE 578: Neftçıxarma Texnologiyasında Qeyri-Nyuton Sistemləri (6 kredit)

Nyuton sistemlərinin təsnifatı. Qeyri-Nyuton sistemlərinin reologiyası və termodinamikası. Neft kəmərlərində Qeyri-Nyuton neftlərinin xını. Məsaməli mühitdə Qeyri-Nyuton sistemlərinin axını. Ümumiləşmiş Darsi qanunu. Qeyr-Nyuton neftlərinin davamlı hərəkəti. Məsaməli mühitdə Qeyri-Nyuton neftlərinin təzyiq düşgüsü. Qeyri-Nyuton sistemi ilə məsaməli mühitdə neftin yerdəyişməsi.

 

PETE 600: Magistr Tezisi (12 kredit)

Elmi-Tədqiqat işi. Elmi rəhbərin tapşırığı ilə tələbə tərəfindən yerinə yetirilən individual təqiqat işi. Onun nəticələri Teziz formasında təqdim edilməli və müdafiə olunmalıdır.