Məqsədlər


Department neft mühəndisliyi üzrə  Bakalavr, Magistratura və Fəlsəfə doktorluğu proqramları üzrə kadr hazırlığı həyata keçirir.

 Bakalavr proqramının  əsas məqsədi məzunlar üçün neft mühəndisliyinin  müəyyən problemləri haqqında  müasir biliklər  əldə etmək üçün riyaziyyat və  fizikanın tətbiqinin  prinsipləri əsasında  elm və texnologiya əsaslarını mənimsəməklə neft mühəndisliyi problemlərinin həll edilməsi istiqamətində aşağıdakı bilik və bacarıq qabiliyyətini aşılamaqdır:

  • layihələndirmə işlərininin həyata keçirilməsi   və eksperimentlər aparılması;
  • məlumatların təhlil edilməsi  və interpretasiyası;
  • müasir texnologiya və mühəndislik vasitələrindən istifadə etməklə müvafiq sistemlərin, komponentlərin və proseslərin layihələndirilməsinin həyata keçirilməsi.

 Magistratura  və Fəlsəfə doktorluğu proqramlarının əsas məqsədləri aşağıdakılardır:

  • neft mühəndisliyi  ilə əlaqədar müxtəlif sahələrdə ixtisaslaşma imkanları;
  • tələbələrdə tədqiqat aparma prosesində təhlil  və sintez bacarıqlarının  inkişaf etdirilməsinə kömək etmək;
  • tələbələri müasir dünyada vacib olan dərin nəzəri və tətbiqi təlimlərlə təmin eetmək;
  • tələbələləri qabaqcıl təhsil və tədqiqat üçün hazırlamaq.

Əsas ixtisas kurs modulları aşagıdakılardır:

  • Mühəndisliyin əsasları
  • Neft və qaz geologiyası və geofizikası
  • Neft Və qaz yataqlarının işlənməsi
  • Neft və qaz resurslarının çıxarılma texnologiyası
  • Qazıma Mühəndisliyi

Kurslar neft mühəndisliyi və yer elmlərinin müvafiq sahələrini əhatə edənı mühazirələr, seminarlar, və müvafiq praktiki dərslər şəklində həyata keçirilir.

Mühazirə və seminarların əsas vəzifəsi   ideya və metodların mübadiləsi əsasında  neft və qaz yataqların real qiymətləndirilməsi və işlənməsi problemlərinin həllinə tətbiq oluna bilən layihələndirmə işlərinin yerinə yetirlməsidir.