Tarixi

Neft və Qaz Mühəndisliyi Departamenti 1991-ci ildə yaradılmışdır. Аzərbаycаn çох zəngin və qədim tаriхi ənənələrə mаlik böyük nеft sənаyеsi оlаn ölkədir. Departamentin yaradılmasında əsas məqsəd neft və qaz resurslarına olan təlabatın artması və həmin resursların axtarışı və mənimsənilməsini daha effektiv və səmərəli həyata keçirmək üçün neft sənayesini müasir və yüksək ixtisaslı mühəndis kadrlarla təmin etməkdir. Deptamentin əsas vəzifəsi - neft və qaz yataqlarının axtarışı, qazılması, işlənməsi və istismarında innovativ texnologiyaları tətbiq edə bilən, öz bilik və bacarıqlarını effektiv istifadə edə bilən yüksək ixtisaslı peşəkar neft mühəndisləri hazırlamaqdır.

Departament təhsilin inkişaf etdirilməsi və tələbələrin sənaye müəssisəlrində təcrübə keçməsi ilə əlaqədar transmilli və milli neft və qaz şirkətləri (BP, Sclumberger, Halliburton, Baker Hughes, Bos Shelf, SOCAR, SOCAR-AQS, Bahar Energy və s.) ilə yaxından əməkdaşlıq edir.

Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə departament əlaçı tələbələr üçün BP və SOCAR şirkətlərindən təqaüdlərinin alınması istiqamətində davamlı tədbirlər həyata keçirir. Malliyə dəstəyindən başqa, departamentin tələbələri BP, SOCAR, Halliburton, Baker Hughes, Bos Shelf, Bahar Energy və s. şirkətlərdə fərdi və kütləvi şəkildə neft və qaz mədənlərində və platformalarda təcrübə keçirlər.

Departamentin professor-müəllim heyyəti və tələbələri Neft Mühəndisləri Cəmiyyətinin (SPE) və Avropa Yer alimləri və Mühəndisləri Cəmiyyətinin (EAGE) aktiv üzvləridirlər. Bu professional cəmiyyətlərin təşkil etdiyi konfrans, seminar və digər tədbirlərində departamentin istər professor-müəllim heyyəti və istərsə də tələbələri məruzə və təqdimatlarla aktiv iştirak etməklə öz bilik və bacarıqlarını daha zənginləşdirirlər.