Elmi-tədqiqat

Professor müəllim heyətinin kompüter texnologiyalarının tədris prosesində tətbiq etmək bacarığı və elmi-tədqiqat problemlərinə xüsusi diqqət verməsi departamentin üstünlüklərindəndir. 

Elmi-tədqiqat işləri aşağıdakı sahələrdə aparılır:

  • Süni İntellekt
  • Verilənlərin kommunikasiyası və şəbəkələr
  • Verilənlər bazaları
  • Təsvirlərin tanınması
  • Multimediya sistemləri
  • Kompüter qrafikası
  • İnformasiya sistemləri

Departamentdə universitetin Neftçilər və Mərkəz kampuslarının və Dünya məktəbinin tələbələrinə xidmət edən  kompüter mərkəzi və 7 kompüter laboratoriyası mövcuddur. Onlar müasir kompüter və elektrik avadanlıqları ilə təchiz edilmişlər.Departamentin tədris və elmi-tədqiqat maraqları ölkədə və xaricdə digər təhsil və elmi qurumlar ilə əməkdaşlıq etməyə səbəb olur.