Missiya

Departamentin əsas məqsədi kompüterlərin nəzəriyyə və prinsiplərini komputer sistemlərinin layihələndirilməsi, yaradılması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün müasir komputer vasitələrindən istifadə edilməsi təcrübəsi ilə birləşdirən kurrikulum təmin etməkdir.

Departament iki bölmədən (istiqamətdən) ibarətdir:

  • Kompüter Elmləri
  • Kompüter Mühəndisliyi

Hər bir istiqamət öz sahəsində proqramların yaradılmasına cavabdehdir.

Kompüter Elmləri dərsləri və elmi-tədqiqat işləri nəzəri modellərdən praktiki tətbiqlərə qədər proqramlara diqqətini yönəldir.

Kompüter Mühəndisliyi rəqəmsal dizayn, kompüterlərin aparat vasitələri və arxitekturası, proqram təminatı və proqramlaşdırma və aparat vasitələri ilə proqram təminatının qarşılıqlı əlaqəsini əhatə edir.

Departamentin bütün proqramları tələbələrin və peşəkarların gələcək karyera inkişafı tələbatlarını qarşılamaq üçün güclü platformanın qurulması ilə dizayn edilmişdir.

Bu proqramlar diqqətini proqramlaşdırma dilləri, kompüterlərin arxitekturası, alqoritmlər, əməliyyat sistemləri, kompüter şəbəkələri, süni intellekt və başqa əsas və köməkçi sahələr kimi kompüter elmlərinin bütün sahələrinə yönəldir. Tələbələr kompüter elmləri təhsilini elektrik mühəndisliyinin dövrələr nəzəriyyəsi, siqnal və sistemlər, elektronika, inteqral dövrələr və qurğuların istifadəsi kimi uyğun aspektləri ilə kombinə edir.

Departament həmçinin digər fakültələrin tələbələri üçün bir sıra dərslər təklif edir. Bu dərslər müxtəlif sahələrdə kompüterləri effektiv tətbiq etmək və maraqlarına uyğun elmi-tədqiqat işləri aparmaq üçün bakalavr tələbələrinə dizayn edilmişdir.

Film about Khazar University