Azərbaycan Arxeologiyası jurnalı

Departamentin apardığı mühüm işlərdən biri də 1999-cu ildən “Azərbaycan Arxeologiyası” jurnalının hazırlanması və nəşridir. Elmi-kütləvi jurnal olan “Azərbaycan Arxelogiyası”nın əsas məqsədi geniş oxucu kütləsinə Azərbaycan arxeologiyasının keçdiyi yol, qazandığı nailiyyətləri və bu günün problemləri haqqında məlumat verməkdən ibarətdir. Bununla yanaşı jurnalda vaxtaşırı dünya arxeologiyası, böyük arxeoloji kəşflər, görkəmli arxeoloqların həyat və fəaliyyəti haqqında da məlumatlar verilir.

Jurnalda Azərbaycan və dünya arxeologiyasına dair nəzəri, elmi-tədqiqat məqalələr dərc olunur. Jurnal arxeologiya elminin əsasları, metodologiyası, elmin yeni nailiyyətləri və problemlərinə geniş yer ayırır. Jurnalda azərbaycan, rus, türk, alman və ingilis dillərində məqalələr dərc olunur. Jurnal ildə iki dəfə çap olunur.

“Azərbaycan Arxeologiyası” jurnalının təsisçisi Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlıdır.

“Azərbaycan Arxeologiyası” jurnalının redaktoru tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadədir.

Jurnal tədqiqatçılarla yanaşı, tarix və arxeologiya elminə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub

"Azərbaycan Arxeologiyası" 2017 № 1 jurnalı